Redaktor seçimi
ADAU qohumbazlığın girovuna çevrilib -
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Günün xəbəri

AZƏRBAYCANDA ZAMANI ÇATAN İSLAHATLAR... -İdarəçilikdə hansı dəyişikliklər aparıla bilər?

Azərbaycanda idarəetmə sahəsində islahatların aparılması qaçılmaz zərurətə çevrilib. Yeni çağırışlar, dövlətin qarşısında duran strateji hədəflər hazırki icra hakimiyyəti sisteminin dəyişdirilməsini labüd edir.

Yenixeber.org: Ermənistan üzərində hərbi zəfərlə başa çatmış 44 günlük müharibədən sonra Azərbaycanın geosiyasi mövqeyi güclənib, regionda əhəmiyyəti daha da artıb, iqtisadi, siyasi əlaqələri genişlənib. Artıq dövlətin əldə etdiyi yeni imkanları dəyərləndirmək üçün çevik idarəetmə mexanizmləri formalaşdırılmalıdır. Bu, müdafiə və təhlükəsizlik, xarici siyasət, beynəlxalq ticarət əlaqələri sahələri ilə yanaşı daxili siyasətdə də mühüm islahatların aparılmasını zəruri edir.

Bu məsələ zaman-zaman Azərbaycanın siyasi gündəmində ciddi müzakirə olunur. Siyasətçilər, deputatlar, ekspertlər ölkədə konstitusiya dəyişikliyinin həyata keçirləməsini vacib hesab edirlər.

Ölkə rəhbərliyi də perspektivdə bu istiqamətdə islahatların aparılacağını göstərən bəzi addımlar atıb, bəyanatlar səsləndirib. Söhbət həm Azərbaycanın siyasi, həm də inzibati idarəetmə sistemində ciddi dəyişikliklərdən gedir.

Siyasi sistemdə hansı islahatlar aparıla bilər?

İlk növbdə Nazirlər Kabineti və Vitse-prezidentlik institutunun səlahiyyət sferasının dəqiqləşdirilməsinə ehtiyac var. Bir çox ekspertlər hesab edirlər ki, hökumətin say tərkibi maksimum azaldılmalı, müxtəlif sahələri kurasiya edən dövlət qurumları ləğv edilməli, yaxud birləşdirilməlidir. Nazirlər Kabinetinin ləğvi, onu əvəz edəcək mobil hökumət sisteminin Vitse-prezidentlər tərəfindən idarə olunması da səslənən təkliflər sırasındadır.

İkinci əsaslı dəyişiklik Milli Məclisin səlahiyyətlərinin artırılması və tərkibinin genişləndirilməsi ilə bağlıdır. Bəzi ekspertlər isə iki palatalı parlamentə ehtiyac olduğunu bildirirlər. Yeni Konstitusiyada qanunverici hakimiyyətin icra hakimiyyətinə nəzarət mexanizmlərinin bərpa olunması, habelə müdafiə, təhlükəsizlik sahəsində dövlət siyasətinin formalaşmasında əhəmiyyətli rola malik olması vacibdir.

Habelə proporsional seçki sisteminin tətbiqi ölkənin siyasi sisteminin möhkəmlənməsinə, nəticədə parlamentarizm institutunun daha da güclənməsinə gətirib çıxara bilər. Milli Məclisin hazırki 125 nəfərlik tərkibinin 151, yaxud 201 yerə qədər artırılması, fraksiyaların formalaşması üçün baryerlərin azaldılması, partiyaların maliyyələşmə mexanizminin şəffaflaşdırılması və gücləndirilməsi də qanunverici hakimiyyətin dövlət idarəetməsində rolunu daha da artıracaq.

Konstitusiya islahatları habelə dövlət idarəçiliyində bəzi ziddiyətlərə də aydınlıq gətirməlidir. Məsələn, Naxçıvan Muxtar Respublikasının (NMR) statusu Əsas Qanunda yazılmış unitar respublika quruluşuna uyğun gəlmir. NMR Konstitusiyasında qurumun Azərbaycanın tərkibində "muxtar dövlət" olduğu qeyd olunub. Muxtar Respublikada mövcud idarəçilik sistemi də ölkə Konstitusiyası ilə ziddiyət təşkil edir. Çünki Azərbaycanda icraedici hakimiyyət orqanının başçısı Prezidentdir. Amma Naxçıvanda qanunverici hakimiyyətin - Naxçıvan NMR Ali Məclisinin sədri əsas səlahiyyətli şəxsdir.

Bu günlərdə deputat Qüdrət Həsənquliyev də bu vəziyyətlə bağlı deyib ki, NMR-da əsas səlahiyyətlər onun Baş nazirinə məxsus olmalıdır.

Bundan başqa unitar respublikanın bir ərazi vahidində dövlət orqanları ilə paralel, onlara tabeçilik münasibətləri olmayan (yaxud simvolik olan) nazirliklərin, komitələrin, gömrük, vergi orqanlarının, habelə əlahiddə ordu qruplaşmasının, sərhəd xidmətinin və s. qurumların olması yolverilməzdir. Onu da nəzərə almaq lazımdır ki, bu strukturların saxlanması xərcləri mərkəzi büdəcədən ayrılan dotasiyalar (ildə 300-360 milyon manat) hesabına ödənilir.

Bu günlərdə Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ləğv edilərək Azərbaycan Respublikası DTX-nın Baş idarəsi statusuna endirilməsi ilk və mühüm addımdır. Prosesin davamı kimi başqa dövlət orqanlarında eyni xarakterli islahatların aparılması, beləliklə NMR-in statsuna yenidən baxılmasına ehtiyac var. Azərbaycanın heç bir ərazi vahidində dövlət içində dövlət olan idarəçilik sistemi ola bilməz. Buna qanunvericlik imkan vermir, yeni Konstitusiyada da bu məsələlər dəqiq, aydın şəkildə öz yerini tapmalıdır.

Bu islahatların aparılması Azərbaycan-Ermənistan münaqişəsinin həlli üzrə danışıqlar prosesində də rəsmi Bakının əlini daha da gücləndirər və əlavə bəhanələrə imkan verməz.

İnzibati idarəçilik sistemində hansı dəyişikliklər vacibdir?

Azərbaycanda 66 rayon, 11 respublika tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənd var. Onların idarə olunması yerli icra hakimiyyətləri və 1771 bələdiyyə tərəfindən həyata keçirilir.

Prezidentin 4 fevral 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi institutu təsis edilib. Nümayəndəlik Prezident Administrasiyasının struktur bölməsidir. Bu qurum sözügedən ərazilər iqtisadi inkişafı və dövlətin başqa strateji siyasətini həyata keçirməyə məsuldur.

Həmçinin Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə 14 iqtisadi rayon - Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Gəncə–Daşkəsən, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala iqtisadi, Şərqi Zəngəzur, Şirvan–Salyan iqtisadi rayon yaradılıb.

Prezident İlham Əliyev yerli mediaya müsahibəsində idarəetmə sahəsində islahatların anonsunu verib. Bildirib ki, icra hakimiyyəti sistemi özünü doğrultmur, hazırda yeni idarəçilik metodları sınaqdan çıxarılır. Ekspertlərə görə gələcəkdə regionların idarə olunmasında xüsusi nümayəndəlik institutunun yaradılması, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi mümkündür. "Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam