Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qaçqınkom”un 286 minlik tenderini vergi borcu olan şirkət uddu-DE-FAKTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cyberspace” MMC olub.
Yenixeber.org: “Qaçqınkom” Bakı, Gəncə şəhərlərində, Bərdə, Oğuz, İsmayıllı və Qax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə görə “Cyberspace” MMC-yə 286 min manat 41 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Cyberspace” MMC-nin qanuni təmsilçisi Abbasəliyev Ervin Sahib oğludur. 40 manat nizamnamə kapitalı olan şirkət 2 aprel 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ötən günə (9 sentyabr) olan məlumata görə, “Cyberspace” MMC-nin dövlət büdcəsinə 76 min 4 manat 74 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.(yeniavaz)

Elnur Əli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam