Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Lotu Quli” ilə Prezidentin köməkçisi Kərəm Həsənovun dostluğu: Türkiyədə qalmaqallı otelin sirləri-ARAŞDIRMA

Yenixeber.org: Bu günlərdə Xural.tv rəhbəri Əvəz Zeynallının Azad Söz kanalında açıqladığı dəhşətli fakt bu mövzunu gündəmə gətirib və böyük müzakirələrə səbəb olub. Ə. Zeynallının sözlərinə görə “lotu Quli” adı ilə tanınan mərhum kriminal avtoritet Nadir Səlifovu hələ həbsdə olduğu dövrdən tanıyır və o zaman münasibətləri yaranıb. Ə. Zeynallı bildirib ki, “lotu Quli” ona bir məqalənin silinməsini xahiş edib. Jurnalist də cavabında deyib ki, kriminal avtoritet insana bir dəfə zəng edər və təbii ki, Ə. Zeynallı bu müraciəti hörmət-xətirlə qarşılayıb. Məlum olub ki, N.Səlifov ondan hazırda Prezidentin köməkçisi Kərəm Həsənovla bağlı gedən məqalə haqda xahiş edib. Ə. Zeynallı bunun səbəbini soruşanda “lotu Quli” deyib ki, Kərəm Həsənovla dostluq münasibətləri var. Jurnalistin bu çıxışı sosial mediada partlayış yaradıb. Təsəvvür edin ki, Prezidentin köməkçisi Kərəm Həsənov barəsində gedən yazıya görə nə Administrasiyanın ictimai – siyasi şöbəsinə, nə Mətbuat Şurasına demir, birbaşa kriminal avtoritetdən məsələnin həllini xahiş edir. Qəribədir, K. Həsənov dövlət rəhbərinin köməkçisi olduğu halda nə üçün özü haqda yazını “lotu Quli” vasitəsi ilə sildirmək istəyib? Prezidentin köməkçisinin “vor zakon” aləmi ilə nə kimi əlaqəsi var?

Məsələ ilə bağlı apardığımız araşdırmalarda daha maraqlı faktlar üzə çıxıb. Məlum olduğu kimi kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb. Hadisə “Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə baş verib. Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

Yerli mediaya istinadən bildiririk ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

“Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı da ölkə mediasında maraqlı informasiyalar yayılıb . Həmin məlumatda bildirilir ki, bu şəxs DetAl Holdinqin baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir. Bundan əlavə, Ə.Zeynallı qeyd edib ki, K. Həsənova aid “Alva Donna” otelinə azərbaycanlılar buraxılmır. Səbəbi bilinməsə də, çox təhqiramiz münasibətdir. Öz həmvətənlərini Türkiyədəki otelinə buraxmayan bir məmur elə yalnız kriminal aləmlə əlaqə qura bilər.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam