Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

ABŞ Putinin sevgilisini niyə sanksiya siyahısından kənarda saxladı? –“Cenevrədə hündür divarlı malikanədə yaşayır...”

ABŞ-da nəşr olunan məşhur "The Wall Street Journal"da (WSJ ) dərc olunan məqalədə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin gimnast Alina Kabayevadan üç övladı var və ABŞ ona qarşı sanksiyalar tətbiq etməyi düşünsə də, son anda bu ideyadan vaz keçib.

Yenixeber.org: İndiyədək Putin və Kabayeva arasında iddia edilən münasibət mövzusu təkcə Rusiya mediasında deyil, əksər Qərb mediasında da tabu olub.

"Wall Street Journal"ın bu yazını dərc etməsinin səbəbi Kabayevaya Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sanksiya tətbiq oluna biləcəyi, lakin Putini qəzəbləndirməmək üçün onun sanksiya siyahısına daxil edilməməsi ilə bağlı məlumat olub.

Qəzet adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır ki, ABŞ rəsmiləri 39 yaşlı Kabayevanın ən azı üç uşaq dünyaya gətirdiyi Rusiya Prezidentinin dostu olduğuna inanır və onu Putinin şəxsi məlumatlarını gizlətməkdə şübhəli bilirlər. Məlumata görə, Kabayeva ABŞ sanksiyalarının potensial hədəfi olaraq qalır, lakin bu addımı müzakirə edən rəsmilər arasında belə bir fikir var ki, olimpiya çempionuna qarşı sanksiyaların tətbiqi Putinə şəxsi zərbə kimi qiymətləndiriləcək və bu, Rusiya və ABŞ arasında gərginliyi daha da artıra və Ukrayna ilə sülh danışıqlarına mane ola bilər.

ABŞ və Avropa xüsusi xidmət orqanlarının bildirdiyinə görə, Kabayeva İsveçrədə çox vaxt keçirib. Gimnastın hərəkətlərindən xəbəri olan ABŞ rəsmiləri onun Cenevrə yaxınlığındakı hündür divarlı malikanədə yaşadığını iddia edirlər.

Qəzetdə dərc olunan məqalədə bildirilir ki, Ukrayna hakimiyyəti bu ay İsveçrə hökumətinə məktub göndərərək Kabayevanın ölkəyə girişinə qadağa qoyulmasını və əmlakına həbs qoyulmasını tələb edib, lakin İsveçrə rəsmiləri onun ölkədə olduğuna dair heç bir sübuta malik olmadığını bildiriblər.

 

 

WSJ xatırladır ki, Kabayevanın adı ilk dəfə Kremlin saytında 2001-ci ildə çəkilib. 2008-ci ildə "Moskovski Korrespondent" qəzeti həmin vaxt rəsmi nikahda olan Putinin Kabayevaya evlilik təklifi etdiyini yazmışdı. WSJ-nin məlumatına görə, Putin bu məlumatı hiddətlə rədd edib və bir neçə gün sonra qəzet bağlanıb. Təxminən bu vaxtlarda Kabayeva idmanı buraxaraq Vahid Rusiya Partiyasından deputat seçildi və 2014-cü ildə parlamenti tərk edərək Milli Media Qrupu holdinqinin direktorlar şurasının sədri oldu.

Təxminən 2013-cü ildən Kabayeva və onun qohumları Rusiyada altı mənzil, iki ev və ən prestijli yerlərdə torpaq sahəsi əldə ediblər. Kabayeva və ailə üzvləri elektron poçtla göndərilən suallara cavab verməyiblər. Nəşrin İsveçrə, Avropa və Amerika rəsmiləri arasında mənbələri iddia edirlər ki, 2015-ci ildə Kabayeva Putindən uşaq dünyaya gətirib və doğuş Luqano gölünə baxan elit İsveçrə klinikasında baş verib. Daha sonra media Putinin səkkiz gün ictimaiyyət qarşısına çıxmadığını yazaraq, onun Kabayevanın yanında olduğunu irəli sürdü. Daha sonra Kreml bunun doğru olmadığını bəyan edib.

 

 

2019-cu ildə, WSJ-nin ABŞ rəsmiləri arasında olan həmsöhbətlərinə görə, Kabayeva Moskvada əkiz uşaq dünyaya gətirib. Nəşr bu barədə xəbərin "Moskovski Komsomol"da dərc olunması, lakin tez bir zamanda silindiyinə diqqət çəkir. WSJ mənbələrinə görə, artıq Kabayevaya qarşı sanksiyalar paketi hazırlayan ABŞ Maliyyə Nazirliyi şərh verməkdən imtina edib. Putinin mətbuat katibi Dmitri Peskov da nəşrin sorğularına cavab verməyib.

Putinin 2013-cü ildə boşandığını elan etdiyi Lyudmila Putina (Şkrebneva) ilə evliliyindən iki qızı var. Rusiya Prezidenti ailəsi haqqında danışmağı sevmir və onun qızları ilə çəkdirdiyi son foto 2002-ci ildə dərc olunub. Aprelin 6-da ABŞ Maliyyə Nazirliyi Katerina Vladimirovna Tixonova və Mariya Vladimirovna Vorontsovaya qarşı sanksiyalar tətbiq etdi - jurnalistlər məhz onları Rusiya Prezidentinin rəsmi nikahdan olan qızları adlandırıblar.

2020-ci ilin payızında "Proekt" nəşri Putinin sevgilisi olduğu iddia edilən, onun dostlarından yaxşı hədiyyələr alan və Rusiya Bankının səhmdarı olan Svetlana Krivonoqix adlı Sankt-Peterburq sakini haqqında yazıb. Bundan əlavə, nəşrin yazdığı kimi, Svetlananın qızı Elizabet dövlət başçısına inanılmaz dərəcədə bənzəyir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qadın haqda yazılanları şərh edərkən, belə bir qadın haqqında ilk dəfə eşitdiyini deyib. Daha sonra Kreml bunun doğru olmadığını bəyan edib. "Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam