Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qalmaqallı kredit işi ilə bağlı daha bir ilginc gəlişmə

 “AST Telman”ın borca görə hotel ərazisini satdığı “Luazo Corporation” şirkətinin baş direktoru Zaur İsazadəni Beynəlxalq Bankın sabiq rəhbəri ilə nə birləşdirir?; Rusiya Hüquq Akademiyasının sıravi məzunu olan bir şəxsin biznes imperiyasının sirri... 

"Xeberinfo.com":   Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST” ASC-nin Moskvanın Nikitsk bulvarı, 6/20 ünvanında otel inşası layihəsini ləğv etdiyi barədə xəbər vermişdik. Xəbərdə bildirilirdi ki, buna səbəb biznesmenin hotel tikintisi üçün aldığı torpaq sahəsini borca görə Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə verməsidir.

 
Belə ki, “Vedomosti” qəzeti Moskva hökumətindəki mənbəyə istinadən yazıb ki, Telman İsmayılov 27 min kvadratmetrlik hotel kompleksinin tikintisi üçün nəzərdə tutulan və 10 ildir mülkiyyətçisi olduğu ərazini ödəyə bilmədiyi borclarına görə “Luazo Corporation” şirkətinə verib. “Luazo Corporation” şirkəti isə “AST Group”un tərəfdaşıdır. İsmayılovun bu şirkət qarşısında nə qədər borc öhdəliklərinin olduğu göstərilməyib. 
 
Moskvadakı torpaq sahəsinin borca görə verilməsi sövdələşməsinə əsasən, həmin ərazinin 45 faizi “Luazo Corporation”un mülkiyyətinə keçib, 53,5 faizi isə Moskva meriyasının mülkiyyətində qalıb, cəmi 1 faizini “KBF AST” özündə saxlayır. “Fortrast Global” şirkətinin saytında yerləşdirilmiş məlumat da Telman İsmayılovun həmin torpaq sahəsini yeni investora verdiyini təsdiqləyir. 
Həmin investor - şirkətin minoritar səhmdarlarından biri və rəhbəri İsazadə Zaur Natiq oğludur. Bu şəxs eyni zamanda “Luazo Corporation” şirkətinin baş direktorudur. “Fortrast Global”ın saytında göstərilir ki, Moskvanın Nikitsk bulvarında otel kompleksinin inşası layihəsi həmin şirkətin investisiya portfelinə daxildir.
***
Bəs “AST Telman”dan torpaq alıb hotel tikmək istəyən Zaur İsazadə kimdir? Qeyd edək ki, yazı dərc olunan kimi onun haqda qəzetimizə maraqlı məlumatlar daxil olub. 
Adının çəkilməsini istəməyən mənbə İsazadə barəsində dosyeyə belə bir sualla başlayır: “İlk baxışda Rusiya Hüquq Akademiyasının sıravi məzunu olan bir adamda bu qədər səhmlər və firmalar hardandır?” Mənbə suala özü belə cavab verir: “Ondan başlayaq ki, Zaur İsazadə Vəzirovun qohumudur (O Əbdülrəhman Vəzirov ki, 20 Yanvar qırğınının günahkarlarından biridir). Daha doğrusu, Vəzirovun qardaşı qızının əridir. Eyni zamanda o, Azərbaycan Beynəlxalq Bankının (BB) Moskva filialının sədri Fuad Abdullayevin yaxın adamlarındandır (Fuad Abdullayevin ”AST Telman"la Moskvada illərdir mülk mübahisəsinin olduğu bildirilir - red.) İsazadənin BB-nin Moskva filialında yüz milyon dollarla krediti var və əksər kreditlərin verilməsində birbaşa vasitəçilik edir".
Mənbə daha sonra bildirir: “Beynəlxalq Bankın ”Portofino" yaşayış kompleksini də İsazadə inşa edir və satır. Xaqani Bəşirovun (BB-nin keçmiş sədri Cahangir Hacıyevin ortaqlarından biri, hazırda Fransada yaşayır -red.) cinayət işində də Zaur İsazadənin adı hallanıb. Bu adamın həmçinin çoxsaylı offşor firmaları var. Bu yaxınlarda Moskvada bir qrup azərbaycanlı vətənpərvər  “Bakı” kinoteatrını alıb orada Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq istəyirdi. Ki, bizi Moskvada təkcə “pomidor-qarpız satanlar” kimi tanımasınlar. Cahangir Hacıyev bu təşəbbüsü bəyənib Fuad Abdullayevə azərbaycanlılara kömək etməyi tapşırsa da, sonuncu onlara cürbəcür əngəllər yaratdı - həm də Zaur İsazadənin köməkliyi və iştirakı ilə. Di gəl, Zaur İsazadə yüz milyonlarla dollar kredit götürür və üstəgəl, öz yaxın əhatəsinin də kredit götürməsinə yardımçı olur".
Belə görünür, Beynəlxalq Bank ətrafında son baş verənlər də Vəzirovun yaxın qohumunun bankla əlaqələrinə ciddi təsir etməyib. 

 

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam