Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Avni Dəmirçi ilə 20 milyard çirkli pulu yuyan Rza Zərrab arasında paralellər… - Rza Zərrab Türkiyə rəsmilərinə 1 milyard rüşvət verib…/DE-FAKTO

Avni  Dəmirçi ilə 20 milyard çirkli pulu yuyan Rza Zərrab arasında paralellər… - Rza Zərrab  Türkiyə rəsmilərinə 1 milyard rüşvət verib…
    “Ziraatbank”ın fəaliyyəti ciddi  yoxlanılmalı və Avni Dəmirçi  deport olunmalıdır…
Yenixeber.org: “Ziraatbank”ın  Azərbaycandakı “patron”u  Avni Dəmirçi ilə bağlı araşdırma apararkən, maraqlı  bir faktla qarşılaşdıq. 
Biz  Avni Dəmirçi ilə bağlı hətta ötən yazımızda Rza Zərrab məsələsinə bir cümlə ilə  toxunmuşduq. 
Amma indi əlimizdə olan  material deməyə əsas verir ki, bəli, Avni Dəmirçi də  Rza Zərrabla  eyni əməlin, eyni yolun yolçusudur. 
Belə ki,  Rza Zərrab 2016-cı ildə ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilib. 
Səbəb nə idi ? 
Əlbəttə, çirkli pulların yuyulması. 
Bəli, Türkiyə mətbuatı yazır ki, Rza Zərrab  2010-2015-ci illər arasında İrana qarşı sanksiyaları pozaraq 20 milyard dollarlıq pul köçürmələri həyata keçirib.
Rza  Zərrab  Türkiyə üzərindən həyata keçirilən bu əməliyyatlar üçün  türk rəsmilərinə 800 milyon dollar rüşvət paylayıb. 
Bunu biz yazmırıq ee, cənablar, Türkiyə mətbuatı 2 gün öncə yazıb. 
Təsəvvür edirsiniz, 20 milyard çirkli pul, bu bir dövlətin büdcəsidir ee. Və üstəlik Türkiyədəki vəzifəli şəxslərə təxminən 1 MİLYARD rüşvət…
Məhz buna görə də Gündəlik-Bakı olaraq usanmadan, bezmədən yazırıq ki, Ziraatbank-ın Azərbaycandakı fəaliyyəti ciddi yoxlanılmalı, hətta lazım gələrsə, Avni Dəmirçi deport olunmalıdır. 
Biz hətta  vaxtilə Azərbaycanda fəaliyyət göstərən İranın “Royalbank”ını misal çəkmişik. Və qeyd etmişik ki, gec də olsa “Royalbank”ın sahibləri olan ata-oğul Camlar həbs olundular. Amma çox gec. 
Eyni aqibət  Ziraatbankı da, onun “patronu”  Avni Dəmirçini də gözləyir. 
Ehtimalımıza görə,  Avni Dəmirçi də bizim bəzu bank məmurlarını əməlli-başlı “yemləyir”. 
Biz dəfələrlə  Avni Dəmirçiyə yazmışıq ki, Azərbaycanda etdiyin  əməllərinin 1 faizini Türkiyədə  etsəydin çoxdan cəzanı almışdın. 
Bəli,  FETO-nun “kassiri”  olan Avni Dəmirçi  Sumqayıtda  dini radikalların tədbirində iştirak edir, ağası Fətullah Güləni vəsf edir, amma...
Qardaş Türkiyənin ölkəmizdəki səfriliyinin rəsmi tədbirlərinə qatılmaqdan imtina edir...
Bəli, Avni Dəmirçi ölkəmizdə fəaliiyyət göstərən müstəqil mediaya  məhkəmələr vasitəsilə təzyiq və təhdid edir. 
Yeri gəlmişkən,  vaxtilə “Royalbank”a görə, Mərkəzi Bankın rəhbərliyi  cəzalandırılsaydı,  bu gün Ziraatbank və Avni Dəmirçi  at oynada bilməzdi. 
Bəlkə, Avni Dəmirçi də Rza Zərrab kimi bizim bəzi məhkəmə hakimlərimizi pulla ələ almaq  istəyir? 
Ümiyyətlə, çirkli pulların yuyulması məsələsi bütün dünyada  ağır cinayət sayılır. 
Söhbət təkcə Avni Dəmirçidən getmir ee...
Söhbət Azərbaycan dövlətinin imicindən, nüfuzundan gedir. 
Bizim üçün ən önəmli məsələ məhz budur.(Gündəlik-Bakı.com)  
P.S. Görəsən, bütün bu yazılanlardan cənab Elman Rüstəmovun xəbəri yoxdur ?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam