Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

100 MİLYONLUQ KREDİTİ MİLYON-MİLYON “ƏRİTMƏK”... –Əmək Nazirliyindəki tender korrupsiyasının yeni detalları

Uzun çək-çevirdən, süründürməçilikdən sonra hansısa pensiyaçının, əlilin qanunla ona düşən haqqını bərpa edəndə bunu az qala gecə-gündüz və dəfələrlə reklam edən, camaata minnət qoyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nədənsə qurumdakı tender korrupsiyası ilə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə geniş yayılan faktlara və iddialara qarşı susqunluq göstərir, səsini çıxarmır.

Yenixeber.org: Xatırladaq ki, nazir müavini Anar Kərimovun vaxtilə partnyoru və əsas simalarından biri olduğu, indi isə qaynının rəhbərlik etdiyi “EKVİTA” MMC adlı yerli şirkət nazirlikdən “məsləhət vermək” adı altında əvvəlcə 1 milyon manata yaxın, ardınca isə başqa şirkətlərlə konsorsium şəklində 9 milyon 265 min manatlıq tenderlər alıb. Mütəxəssislər belə tenderlərin korrupsiya yüklü olduğunu bildirirlər. Bununla bağlı konkret faktlar, rəqəmlər, sənədlər ortaya qoyulsa da, nazirlik bunları görməzdən gəlir. Eynilə prokurorluq orqanları kimi...

ƏƏSMN-dəki tender korrupsiyasına dair yeni məqamlar üzə çıxıb. İctimai fəallardan olan iqtisadçı Rəşad Əliyev (Rashad Aliyev) öz “feysbuk” səhifəsində bu mövzuyla bağlı yazıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit hesabına həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi"ndəki tenderlərlə bağlı qaranlıq məqamların ardı da var imiş. Bu ilin oktyabr ayında Dünya Bankının elə eyni 100 milyonluq kredit layihəsi çərçivəsində, eyni satınalma metodu ilə başqa bir tender də keçirilib – “Əmək Bazarının qiymətləndirilməsi və VTC strategiyasının hazırlanması”.

 

 

1 oktyabr 2021-ci ildə tenderin qalibi olan konsorsiumla 1 milyon 274 min ABŞ dolları məbləğində müqavilə imzalanıb. Tenderin qalibi olmuş konsorsiuma daxil olan “GLOBAL LEGAL” MMC adlı yerli şirkətin qanuni təmsilçisi Sevil Yəhyayeva adlı şəxsdir. Araşdıranda məlum olur ki, “Ekvita” şirkətinin hüquq menecerinin də adı Sevil Yəhyayevadır (skrinşotlar əlavədə). Hələ sən demə, 920.000 manatlıq "peşə standartlarının hazırlanması" tenderində də “Ekvita” MMC şirkəti tək yox, “Global Legal” MMC şirkəti ilə konsorsium şəklində qalib gəlibmiş (bu barədə rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində yayımlanmış bildirişin şəkli əlavədə). Bir az da araşdıranda məlum oldu ki, qalib konsorsiumun digər üzvü olan "IBF INTERNATIONAL CONSULTING" şirkətinin mütəxəssisi olan bir şəxs isə eyni zamanda “Ekvita” şirkətinin işçisidir (skrinşot əlavədə). Yəni belə görünür ki, oktyabrda keçirilmiş bu 1.3 milyon dollarlıq tenderin qalibi olmuş şirkətlər də, avqustdakı 9,2 milyonluq layihənin qalibi olan və nazir müavininə çox yaxın hesab edilən “Ekvita” şirkəti ilə bu və ya digər şəkildə əlaqəli şirkətlərdir.”

Göründüyü kimi, sonradan dövlətin hesabına qaytarılacaq xarici kreditlər nazirlik rəhbərliyi tərəfindən özlərinə yaxın şirkətlər vasitəsilə “məsləhət, “peşə standartlarının hazırlanması” və s. adlarla milyon-milyon silinməkdədir. Və yəqin ki, şəxsən nazirin bütün bunlardan xəbəri yoxdur. Olsa, aləmi dağıdardı. Sahil müəllim prinsipial adamdır axı...

 

 

Bu gedişlə nazirliyin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit yaxın müddətdə “əridiləcək”. Ola bilsin ki, Dünya Bankında Azərbaycanda onun kreditlərinin necə “kreativ” şəkildə həzmi-rabedən keçirildiyini bilmirlər. Hansı ki, əslində bank bu pulların təyinatı üzrə istifadəsilə maraqlanmalı və belə qaranlıq məqamlar üzə çıxarkən krediti dayandırmalıdır.

Nazirliyin sözçüsü isə məsələ ilə bağlı sualını cavablandırmaqdan yayınıb. “Gənc”, “Avropa təhsilli”, “müasir menecerlik təfəkkürünə malik” və s. kadrlarla doldurulmuş nazirlik belə mövzularda susmağa üstünlük verir. Görünür, deyiləcək sözləri yoxdur, çünki “görünən dağa bələdçi lazım deyil”... “AzPolitika.info”

 


 

 


 

 


 

 


 

 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam