Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AzTV belə talan olunur-FAKTLAR

 

AzTV-dəki maxinasiyaları təsdiq edən CİDDİ RƏQƏMLƏR - ƏTRAFLI

Yenixeber.org: AzTV-də özbaşınalıq, maliyyə pozuntuları, korrupsuya və maxinasiyalarla bağlı tutarlı faktlar informasiya portallarında, sosial şəbəkələrdə kifayət qədər işıqlandırılıb. Bununla bağlı məlumatların axını hələ də davam edir.
Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il fevral tarixli “Aztv-nin texniki bazasının müasirləşdirilməsi üçün ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait təyinatına görə xərclənməyib, müxtəlif adlarla müxtəlif sahələrə yönəldilib. Çox maraqlıdır ki, bütün bunlar Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsinin gözləri qarşısında baş tutub. Bu, necə ola bilər ki, vəsaitin 2 milyon manatı digər xərclər adı ilə silinir, yerdə qalan məbləğ isə yeni dekorasiyalarin qurulması və texniki avadanlıqlarin icarəsi adi ilə sənədləşdirilir, amma adıçəkilən idarə buna göz yumur?
Mediada gedən faktlardan biri də o idi ki, aparılan yoxlama dövründə Proqram direktorluğu və reklam departamenti tərəfindən reklam qovluqları gizlədilmişdi. İki il ərzində TV-də gedən reklam barədə heç bir məlumat verilməmişdi. Məhz Palatanın apardığı yoxlamalar nəticəsində reklam sənədləri üzə çıxarıldı və minimum 2 milyon manatdan artıq mənimsəmə faktı aşkar olundu.
Yeni məlumatlar da əvvəlkilər kimi adamı dəhşətə gətirir. Həmin faktla zəngin məlumatlardan biri mikrofon qovluqları ilə bağlıdır. Belə ki, İnformasiya Proqramları Studiyasında mikrofon qovluğuna baxılmadan qonorarların yazılması kimi qanunsuzluqlar baş verib. Aparıcı sədrin tapşırığı ilə hər ay televiziyanın bədii rəhbəri Ranar Musayev 7000 manat qonorar alıb.
Rövşən Məmmədovun sağ əli sayılan, AzTV-nin köhnə işçilərinə ""Siz Naftalin iyi verirsiniz", - deyən Ranar Musayevin "İmic" qrupuna isə 250 min manat əlavə olaraq vəsait yazılıb. Həmin vəsait maliyyə idarəsinin rəisi Niyaməddin Quliyev tərəfindən kartlardan çıxarılaraq geri alınıb.
Rövşən Məmmədovun istəyi ilə belə qonorarların yazılması faktları onlarladır. Studiyada heç bir yaradıcılıq fəaliyyəti ilə məşğul olmayan və sədrə yaxınlığı ilə seçilən şəxslərə yazılan qonorarların həcmi hər kəsi şoka sala bilər. Belə ki, bu qeyri-qanuni qonorarların yazılması ilə 600 min manat göyə sovrulub. Bu arada qeyd edək ki, həmin qonorarların verilməsi zamanı ciddi mənimsəmə hallarına da yol verilib. İstimai-siyasi Proqramlar Departamentində də eyni qanunsuzluqlar baş verib. Burada isə 400 min manat vəsaitdən söhbət gedir.
AzTV-də ən böyük mənimsəmə operatorlara verilən qonorarlar zamanı üzə çıxıb. Belə ki, operatorların sayı televiziyada olan kameraların sayından iki dəfə artıq göstərilib. Operatorlara ayrılan qonorarların sonradan geri qaytarılıması isə televiziyada baş verən özbaşınalığın bariz nümunəsidir. Bu proses zamanə Nazilə Babayeva və televiziyanın maliyyə idarəsinin rəisi Niyaməddin Quliyev tərəfindən 150 min manat mənimsənilib. Əlbəttə, Rövşən Məmmədovun "xeyir-duası" ilə. Hələ bu harasıdır? Aparıcı sədr öz köməkçisi Həmidağaya 3000 manat qonorar yazaraq onun mühüm hissəinin gerin qaytarılmasın nail olub. Bundan başqa, aparıcı sədr TV-nin adi çilingərinə hər ay 2000 manat qonorar yazdırıb. Yenə də Niyaməddin Quliyevin müdaxiləsi ilə həmin vəsaitin böyük qismi geri alınıb.
AzTV-nin aparıcı sədrinin ən çox sevdiyi yeyinti yeri dekorasiyalardır. Məhz yeni dekorasiyaların quraşdırılması adı altında mənimsəmənin məbləği 230 min manata çatıb.
Dövlət satınalmaları haqqında qanunun tələbləri də ciddi şəkildə pozulub. Elə tək bir müqavilədə sədr 100 min manatın "dalı"na keçib.
AzTV-nin mərkəzi aparatında, maliyyə və ümumi şöbələrində, Texniki İstehsalat Birliyində yaxın işçilərinə qeyri-qanuni olaraq 100 min manata qədər qonarar yazdırıb. Halbuki bu işçilər vaxta muzdla işləyib.
Hesablama Palatası cəmiyyətə ötürdüyü mesajla bu cür dəhşətli faktları təqdim etmədi. Qəmi kəm! Biz araşdırmalarımızı davam etdirəcəyik.(stimulxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam