Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bərdənin İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası…-FOTOFAKT

İcra başısının müavini dövləti bu qədər talayırsa, onda hansısa nazir hər il büdcədən nə qədər mənimsəmək imkanına sahib olur?..

Yenixeber.org: Sosial şəbəkədə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanların maşın kolleksiyası haqqında məlumat yayılıb. Məlumatda Bərdənin icra başçısının müavini İlham Məmmədovun ik oğluna – Nicat və Kənan Məmmədovlara məxsus olan avtomobil kolleksiyası yer alıb. Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Bu fotoda gördüyünüz gənclər Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanları, 03.03.1996 təvəllüd Nicat (ortada) və Kənan (sağda) Məmmədovlar və onların avtomobil kolleksiyasıdır.

Dövlət nişanlı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobilləri var. Nömrələrdən və insta hesablarından görünür ki, onların ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım.

İcrabaşının müavinin balaları bu qədər talayırsa, hesablayın hansısa nazir, onun övladları nə hoqqalardan çıxır?! Bu ölkəyə tarakan kimi daraşıb, həşərat kimi gəmirirlər. Sərvət bitmir, göz doymur. Xalqın isə pensiyasını kəsirlər, qazilərə pensiya vermirlər. Paylaşın ki, bəlkə xəbərsizlərin xəbəri oldu”.


Qeyd edək ki, İlham Məmmədov icra başısı belə deyil, sadəcə başçı müavinidir. Əgər bir başçı müavininin övladları bu bahalı maşın kolleksiyasına sahibdirlərsə, o zaman deməyə söz belə qalmır. Biz sadəcə bu kolleksiyanı cəzasızlıq şəraitində məmurların ölkə büdcəsini necə talan etmələrinin çox kiçik bir nümunəsidir.

Öz tərəfimizdən bildiririk ki, cənab İlham Məəmədovun bu maşınları hansı rəsmi gəlirləri ilə alması barədə açıqlamasını və sübutunu dərc etməyə hazırıq…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam