Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir ?- Faiq Xudanlı-Elşad Cəfərov cütlüyünün qara əməlləri…/ARAŞDIRMA

                Əbülfəz  Qarayev getdi, Anar Kərimov gəldi, ancaq vəziyyət dəyişmədi...

Yenixeber.org: Mədəniyyət naziri  Əbülfəz Qarayev işdən azad olunanda, yaxın ətrafı  həbs olunanda, hamı düşünürdü ki, mədəniyyət sahəsində nəhayət  sular durulacaq. 
Hətta yeni mədəniyyət naziri  Anar Kərimovu çoxları islahatçı nazir kimi bəh-bəhlə tərifləyirdi. 
Amma təəssüf ki, belə olmadı. 
Gundelik-bakıya daxil olan məlumatlardan bəlli olur ki, əvvəl olduğu kimi yenə nazirlikdə qohumbazlıq, rüşvətxorluq və korrupsiya halları davam edir. 
Məlumat üçün qeyd edək ki, bu ilin əvvəlində cənab nazir  Anar Kərimovun  əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 
Cənab  Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovla birləşərək ilk gündən Füzuli rayon Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu işdən azad edərək   onun  yerinə orta ixtisaslı Əliyev Anar Nemət oğlunu təyin edib. 
Bu adama başa salmaq olmur ki, Anar  Əliyevin Füzulinin Qarabulaq kənd uşaq musiqi məktəbində 32 saat dərs  saatı var. Belə olan halda Anar Əliyev necə  başqa məktəbdə direktor ola bilər ? 
Ən təəccüblüsü odur ki,  Anar müəllim hər iki məktəbdən maaş  alır. 
Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır. 
Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir. 
Görəsən Anar  Əliyev  gün ərzində  Xətai ilə Qaradağ rayonu arasında  marafon yarışına çıxır ? 
Deməli Anarın məsələsində cinayət əməli də var. 
Belə ki, qanunsuz olduğuna görə, Qarabulaq məktəbinin direktoru  Anar  Əliyev əmək haqqını buraxmaq istəmir. Faiq Xudanlı və Elşad Cəfərov isə direktoru məcbur ediblər ki, əmək haqqını burax. 
Görəsən  kifayət qədər  ali təhsilli kadr olduğu halda, orta ixtisaslı  Anar Əliyevi niyə direktor qoyublar ? 
Faiq Xudanlı ilə nümayəndəsi Elşad Cəfərov Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə  savadsız, işini bacarmayan,  heç bir musiqi ifa edə bilməyən, amma Elşad Cəfərovla yaxınlıq edən Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin ediblər. 
Hal-hazırda məktəbdə  dərs bölgüsü üstə  böyük narazılıq var. Çünki Elşada arxalanan  Lamiyə öz yaxınlarına yüksək dərs saatları verir. 
Direktor  Lamiyə  anası Cavadova Gültəkinə, xalası qızları Hüseynova Aynur, Hüseynova Təhminənin  hər birinə 24 saat dərs verib. Ancaq direktorun qohumları həftədə 2 dəfə məktəbə gəlirlər.  Əslində  hansı müəllimin 24 saat dərsi varsa, həmin müəllimlər həftənin  5 günü saat 2-dən 6-ya qədər məktəbdə olmalıdır. 
Lamiyə məktəb işini bilmədiyinə görə, dayısı, Horadiz uşaq musiqi məktəbinin direktoru  Azər Cavadov məktəbdə  dərs bölgüsünü aparır. 
Görəsən Horadizdə məktəbdə  Azər Cavadovun işini kim aparır ? 
Yeri gəlmişkən, direktor Lamiyə Əhmədovanın əri Vüqar Əhmədov polis işçisidir. 
Bütün bunlar azmış kimi, Faiq Xudanlı və Elşad Cəfərov Füzuli rayon Qarabağ  kənd uşaq musiqi məktəbində müəllimlərlə görüşdə müəllimlər arasında  nifaq salmışlar və bunun nəticəsində  2 müəllim bir-birlərini bıçaqlamışdır. Hazırda iş hüquq-mühafizə orqanlarında  araşdırılır. 
Ümumiyyətlə, musiqi məktəblərində qayda üzrə həftənin 1-ci günləri  13-14 müəllim olmalıdır  və hər günün öz müəllimi olmalıdır. Hər bir müəllimin jurnalı, eyni zamanda  şagirdlərin davamiyyəti yoxlanılmalıdır. Əgər şagirlərin sayı  normadan azdırsa, məktəb bağlanmalıdır. 
Ancaq  bütün bunlara əməl edən yoxdur. Çünki direktorların beli Xudanlıya bağlıdır. 
Hazırda  Müşfiq  qəsəbəsində  yerləşən 3 saylı Füzuli rayon uşaq musiqi məktəbində də ciddi narazılıqlar var. 
Regional İdarəyə tabe olan İmişli rayonundakı vəziyyət daha da ciddidir. İmişli rayon mədəniyyət müəssisələrində aparılan  qərəzli manitorinqlər  bütün mədəniyyət işçilərinin qəzəbinə səbəb olub. 
Regional mədəniyyət müəssisələrində heç bir maddi- texniki təminat olmadığı halda onlardan yüksək səviyyədə işlər tələb olunur. 
Faiq Xudanlı Beyləqan rayonunda da  işləri dözülməz həddə  çatdırıb. 
Təsəvvür edirsiniz, Xudanlı dövlət qulluğu statusunda olan Regional İdarənin baş məsləhətçisi vəzifəsini həvalə edib tarix diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərliyə. O da rayonda mədəniyyət işçiləri arasında narazılıq yaradır. Faiq Xudanlı Xocavənd rayon nümayəndəsini Xocavəndə yollayanda ona ezamiyyət yazır. Maraqlıdır ki, nümayəndə öz rayonuna  gedəndə ezamiyyət olunmalıdır ? 
Bunlar hamısı dövlət  vəsaitlərini talamaq üçündür. 
Bütün bunlar bir yana  Xudanlı- Elşad cütlüyü hətta “siyasi işlər” də törədirlər. 
Faiq Xudanlı 2003-cü ildə  Prezident seçkisində İsa Qəmbərin təbliğatçısı olub. 
Elşad  Cəfərov isə  Füzuli  RİH-də baş verən bütün məsələləri Faiq Xudanlıya çatdırır və rayonda sabitliyi pozmağa çalışırlar. 
Faiq  Xudanlı o qədər həddini aşıb ki, deyir  nazir Anar Kərimov da xahiş etsə eşitməyəcəm. Bəlkə İlham Əliyev zəng edə mənə xahiş edə onda  deyərəm hə. 
Deyəsən, Faiq Xudanlı öz köhnə “peşəsinə”, yəni qutab satmağa qayıtmalı olacaq. 
Biz demirik, Faiqin özü deyir ki, mən həmişə  Sahil metrosunun yaxınlığında disk, qutab satırdım. İndi gəldim oldum rəis.
P.S Bax burda deyiblər, qutab satandan heç vaxt rəis olmaz, çünki o alverçidir.(gündelik-bakı.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam