Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Suraxanıda başçının müavini Fuad Cəbrayılovun “karyera karuseli''- Fuad Cəbrayılovun oğlunun OLİQARX HƏYATI..../DE-FAKTO

                      Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərovun tikinti biznesi
                İradə Gülməmmədovanın keçmiş, Əziz Əzizovun indiki nüavini köhnə əməllərindən qalmır
              Fuad Cəbrayılovun oğlunun OLİQARX HƏYATI.... 
Yenixeber.org: Hazırda  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz  Əzizovun müavini olan  Cəbrayılov Fuad Höcətağa oğlu bu vəzifəyədək  uzun bir qalmaqallı yol keçib. 
Fuad  Cəbrayılov vaxtilə BTİ ( Bakı Texniki İnventarizasiya ) idarəsində, Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində “kupça”  satmaqla, rayonunun kənd təsərrüfatı təyinatlı torpaqlarının  böyük əksəriyyətinə çıxarışlar verməklə külli miqdarda pul qazanıb və Abşeronda  xeyli sayda obyektə sahib olub. 
Fuad Cəbrayılov o qədər qanunsuz əməllər törədib ki, səsi yuxarılara gedib çıxıb və nəticədə onu bir müddət “ağzıbirə” salıblar. 
 Lakin  qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə  Fuad  Cəbrayılov canını həbsdən qurtara bilib, hətta vəzifəsini də qoruyub  saxlayıb. 
Lakin Arif  Qaraşov  Xidmət rəisi vəzifəsindən gedən kimi  Kərəm Həsənov Fuad Cəbrayılovun “mitilini bayıra” atıb. 
Bir müddət işsiz qalan Fuad Cəbrayılov həmin vaxt qaynatası  Aydın Cəfərovun tikinti biznesini idarə edib. Sonra isə qaynatasının köməkliyi ilə  Abşeron icra hakimiyyətində məsləhətçi, daha sonra icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 
Fikir verdinizmi, ictimai-siyasi məsələlər üzrə müavin. 
Ancaq Fuad Cəbrayılov əslində Abşerondakı tikinti və torpaq məsələlərinə nəzarət edərək külli miqdarda pul qazanıb. Və günün birində hansı əməlinə görəsə, vəzifədən qovulub. 
Yenə qaynatası  Aydın Cəfərov və sabiq Xidmət rəisi Arif Qaraşov köməyə gələrək, Fuad Cəbrayılovu  Suraxanı icra hakimiyyətinə “pərçim” edə biliblər. 
Məlumat üçün qeyd edək ki, Aydın Cəfərov DYP-də vaxtı ilə tabor komandiri olub və onun oğlu Zaur Cəfərov bir vaxtlar Səbael Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Sabiq nazir  Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun vəzifəsindən qovulmasının səbəbi isə bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirməsi və əksər hallarda rəhbərliyə məlumat verməməsi olub. Onu da qeyd edək ki, Aydın Cəfərov keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır.
Bəli,  Fuad Cəbrayılov  hazırda  Suraxanının icra başçısı Əziz Əzizovun müavinidir. Nə üzrə müavindir bəlli deyil. 
Ancaq bəlli olan odur ki, Suraxanıda kim qanunsuz ev tikmək, hasar çəkmək, mansar artırmaq istəyirsə, ilk növbədə Fuad Cəbrayılovun  cibinə əl uzadır və ondan xeyir-dua alır. 
Fuad Cəbrayılov qaynatası Aydının hesabına hələ daha böyük vəzifələrə getmək barədə düşünür. Bu adamı elə bil  “karyera karuselinə”  mindirib  fırladırlar. 
Fuad Cəbrayılovun  2-ci arvadından olan oğlunun həyat tərzi, Qarabağda qanlı döyüşlər gedərkən, şəhid tabutları gələrkən, kürəkən və qaynatanın evlərinin mansarında  çal-çağırla, yeyib-içməklə məşğul olmaları başqa bir yazının mövzusudur.
Növbəti yazıda həm də  10- PP –702 nömrəli avtomobilin tez-tez harada və niyə peyda olmasına aydınlıq gətirəcəyik.(Gündelik-bakı.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam