Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nehrəmli Tağının toruna düşən həmkəndlisi nə onun birinci şikarıdır, nə də sonuncu-ŞİKAYƏT

 

Yenixeber.org: Redaksiyamıza daxil olan şikayət bu dəfə İbrahimovlar sülaləsindəndir. Şikayət məktubu ilə bizə müraciət edən, İbrahimovların həmkəndlisi, qohumluq bağları olan Rusiya vətəndaşı Məmmədov Nağı Bayram oğludur. Məktubda qeyd olunur ki, Rusiya vətəndaşı Bayramov Nağı 3 il əvvəl Azərbaycana gələrək, ailəsinə mənzil almaq üçün “xeyri özümünkünə verim” prinsipi ilə həmkəndlisinin təsisçi olduğu” Qlobal-SF MM” şirkətinə müraciət edib. Şirkətə 61.000 manat ödəyərək,, yoldaşının adına mənzil almaq istəyib, Tağı isə “qara məni basınca,qoy qaranı mən basım”, düşüncəsi ilə, Nağı kişinin belinə minnət də yükləyib ki, yadlara mənzilin kvadratını 1000 manata satıram, sənə 850 manata. Beləcə saxtakarlığına davam etməyə ayaq yeri saxlayıb. Həyat yoldaşı etibarnamə ilə bütün hüquqlarını Mamedov Nağıya təhvil verib, əmlak və pul almaq istisna olmaqla.Nağı müəllimdə pul görən qohumu Tağı müəllim ondan əlini tutmasını rica edib. Mənzil pulundan əlavə 68000 manat borca pul istəyib, nüfuzlu həmkəndlisinin sözünü yerə salmayan qohumu İbrahimovun əlini tutmaqdan boyun qaçırmayıb. Ümumilikdə Nağı müəllimin 129 000 manat pulu keçib Tağı müəllimə. Binanın tikintisini gözləməkdən gözünün kökü saralan Nehrəmli kənd sakini qohumunun vicdanına pənah apararaq, pulunu tələb edib. Soyadları ölkə gündəmində fırıldaqçılıqla məşhur olan İbrahimovlar nəslinin layiqli davamçısı Tağı İbrahimov pulu qaytarmaqdan boyun qaçırıb. Nağı Mamedov kəndlisini məhkəmə ilə hədələsə də, Tağı İbrahimov “Get, hara istəyirsən şikayət et”, deyib. Tağı keçmiş Diaspora rəhbəri qardaşı Nazim İbrahimova güvənərək ,atış gəldiyi vətəndaşlar qarşısında at oynadır. Dövlətin qanunlarına güvənən Nağı müəllim məhkəməyə müraciət edir, keçən ilin sentyabrında məhkəmə N. Mamedovun xeyrinə qərar çıxarır. Qərara əsasən, “Qlobal-SF MM” onun xeyrinə 68.000 tutulması qət edilmişdir. 61.200 manat məbləğində pul vəsaiti “Qlobal- SF MM” dən tutularaq zərərçəkmişə ödənilməsi qərara alınmışdır. Tağı isə “baxmayaraq ki, sən məhkəmələri udmusan, sənə bir manat da pul verməyəcəm, hara lazımdır, pul ödəyəcəm”. Şirkət tərəfindən Nağı müəllimin adından saxta sənət düzəldilərək, məbləği aldığı haqda qəbz hazırlanır. Guya Nağı Mamedov həyat yoldaşı Mamedova Zeynəb verdiyi etibarnamə ilə şirkətdən mənzil pulunu geri alıb, Mamedov etibarnamə ilə pulu necə ala bilər ki, etibarnamədə əmlak hüququ Nehrəmli Nağıya həvalə olunmayıb. Qəbzə imza atan şəxsin M.Nağı olmadığı ekspert tərəfindən aşkar olunmuşdur. Ümumiyyətlə, Nehrəmli kənd sakini Nağı Mamedovun intelektual səviyyəsi yüksək olmadığından, Tağının onu gəlir obyektinə çevirməyi elə də çətin olmayıb. Azad Azərbaycan telekanalının keçmiş rəhbəri Tağı Nehrəmlinin adı MM -nin təsisçisi olaraq dəfələrlə mənzil fırıldaqlarında hallanır. Yumruq kimi birləşən saxtakar qardaşlar bir- birinin fırıldaqlarını ört-basdır etməkdə mahirdirlər. Mümkün təhlükələrdən qorunmaq üçün daim ruslar demiş, qarındaşlarını “pakrvat” edirlər. İbrahimovların fırıldaqçı şəbəkəsinin aparıcı üzvi Sahib İbrahimov barmaqlıqlar arasındada olsa da, Tağı hələ ki qazamatdan can qurtarmağı bacarır. İbrahimovlar qardaşları ölkə üçün əməlli-başlı başağrısına çevrilib. Qardaşların maliyyə xəyanətləri, büdcə vəsaitlərini talan etməsi, xarici ölkələrdəki biznesləri haqda müdhiş faktlar var. Bir müddət əvvəl gündəmi zəbt edən İbrahimovlar indi hücrələrinə çəkilərək yediklərini həzm edirlər. Qardaşların maliyyə xəyanətlərindən sonra mövqeləri sarsılıb.

       Tağı 129 000 manatı mənimsəməklə yenidən ölkə gündəmində

Ölkə mətbuatının mənfi qəhrəmanı Tağı İbrahimovun ismi daim qalmaqallı hadisələrlə gündəmə gəlir. ATV kanalının keçmiş sədrinin kanalı 20 milyon manata satması, 4,5 milyon manata Novxanıda villa alveri ilə populyar olan Tağı 129 000 manatı mənimsəməklə yenidən ölkə gündəmində. İş adamı Rauf Hüseynovun mətbuata verdiyi açıqlaması Mən bütün vicdanımla and içirəm ki, mənim əmlakıma və sərmayələrimə Tağı İbrahimov tərəfindən əl qoyulub. Adam fikirləşir ki, İbrahimov bilsəydi vicdan nədir, saxta müqavilələrdən tətik edib, silahlanmazdı.

            Milli mentalitetdən irəli gələn "kişi sözü"

Tağı İbrahimov saxta müqavilələrlə vətəndaşları aldatması, pul vəsaitlərini mənimsəməsi,fırıldaqçılıq əməlləri birinci dəfə deyil. Nəinki Tağı İbrahimov, İbrahimov qardaşları fırıldaqçılıqla ölkədə ad çıxarıblar. Kişi verdiyi sözün daim arxasında olmalıdır, İbrahimovların isə kişi sözünə sadiqliyi olsaydı , şəxsləri daim saxtakarlıq əməlləri ilə xatırlanmazdı.İbrahimovların adları oxşar maliyyə fırıldıqlarında çəkilir. “Qlobal –SF MM” nin təsisçisi T. İbrahimov , direktoru əmisi nəvəsi Nəriman İbrahimovdur.

Dövlətin qanunları ilə “Çilik-toxuma” oynayan Tağı üçün yolun sonu görünməkdədir

Yaxta sahibi olan Tağı sadə vətəndaşların dişi, dırnağı ilə yığdığı mənzil pulları hesabına yaxtada kef edir. Kişi olanın gözü öz əmlakına baxar. Türkiyədə restoranlar və biznes obyektlərinin sahibi keçmiş televiziya rəhbəri Tağı müəllim Nehrəmli Nağı kişi kimi sadə insanların alın təri ilə qazandığı əmlakına göz dikir. Tağı İbrahimovun oxşar xarakterli saxtakarlıq əməlləri törətməsinə dair də mətbuatda məlumatlar dərc olunmaqdadır. Tağı İbrahimovun tikməli olduğu binada 2008- ci ildən mənzillər satılsa da, lakin tikintinin daşını, sementini görən olmayıb. Aydın olur ki, Nehrəmli Tağının toruna düşən həmkəndlisi nə onun birinci şikarıdır, nə də sonuncu. Tağı İbrahimov məsuliyyətdən yayınmaq üçün təsisçi olduğu “Qlobal SF MM” nin təsisçiliyini İbrahimovların son beşiyi Həmid İbrahimova verərək, atış gəldiyi vətəndaşların tələblərindən yaxa qurtaracağını zənn edir. Dövlətin qanunları ilə “Çilik-toxuma” oynayan Tağı üçün yolun sonu görünməkdədir. Dövlətin məhkəməsindən yayınmağı bacaran İbrahimovlar tanrının məhkəməsindən yayınmaqda aciz qalacaqlar. Məsələ ilə bağlı Tağı İbrahimovla əlaqə saxlasaq da, keçmiş mətbuat işçisi dəstəyi qaldırıb, bu barədə kəlimə eşitmək istəmirəm söylədi. Hörmətli Tağı müəllim, soğan yeməmisən, için niyə acıyır.

(cia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam