Redaktor seçimi
“Veysəloğlu”nun qul bazarı – Əmək Müfəttişliyinin görə bilmədiyi Azərbaycan “mənzərələri”…-
Əziz Əzizov Bakıda uşaqların futbol meydançasını satıb:
Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-
Elnur Abdullayevin batan, amma qazanclı projesi: “HABER GLOBAL” –
Mətbuat öldü! Yaşasın media!
SALEH MƏMMƏDOVUN 57 MİLYONLUQ YEYİNTİSİ ÜZƏ ÇIXDI – “Azəravtoyol” rəhbərliyində köklü dəyişikliklər gözlənilir-
Zərərlə işləyən SOCAR rəhbərliyinə külli miqdarda bonuslar ödənilib -
Günün xəbəri

“BioNTech” vaksini Çin peyvəndindən 10 qat daha təsirlidir -ARAŞDIRMA

Honq Konqda aparılmış araşdırmanın nəticələri göstərirb ki, COVID-19-a qarşı “BioNTech” vaksini ilə peyvəndlənmiş adamlarda Çinin “Sinovac” vaksini ilə peyvəndlənmiş adamlardan 10 dəfə artıq anticism yaranır.

Yenixeber.org: Honq Konq Universitetinin 1442 tibb işçisinin vaksinlənmə tarixçəsi əsasında apardığı tədqiqatın nəticəsi iyulun 15-də Lancet “Microbe” jurnalında dərc olunub. Amma alimlər bunu da bildirirlər ki, vaksinin hər hansı xəstəliklə mübarizədəki uğuru təkcə anticismlərin sayı ilə müəyyən edilmir.

Bununla belə, tədqiqatçıların fikrincə, bu araşdırma ümumilikdə müxtəlif vaksinlərin effektivliyi arasında fərq olduğunu nümayiş etdirib. Tədqiqatçıların gəldiyi nəticəyə görə, “Sinovac” təxminən koronavirusa yoluxmuş və xəstəliyə üstün gəlmiş adamlarda olan qədər anticism yaradır.

AFP agentliyi yazır ki, bu araşdırmadan əvvəl də başqa təhlillər ilk dəfə istifadə olunan MRNA texnologiyası ilə istehsal olunmuş “BioNTech” və “Moderna” kimi vaksinlərin COVID-19-dan daha effektli qoruduğunu göstərib.

Bu da qeyd olunur ki, klassik vaksinlər ucuz başa gəlir və onların daşınması daha asandır. Bu vaksinləri daha yoxsul ölkələrin hökumətləri üçün cazibədar edən də elə budur.

Sözügedən tədqiqatın müəlliflərindən biri - epidemioloq Ben Koulinq deyib ki, başqa vaksinlərin əlçatan olmadığı ölkələrdə “Sinovac” vaksinindən istifadə davam etdirilməlidir. Alim AFP agentliyinə deyib ki, köhnə metodlarla hazırlanmış vaksinlər də yüz minlərlə insan həyatını xilas edib. Ekspertlər bunu da əlavə edirlər ki, klassik vaksinlə peyvənd olunanlar mümkün qədər tez gücləndirici doza da vurdurmalıdırlar.

Lakin onlar mümkün qədər tezin vaxtını hələki bilmədiklərini deyirlər. Agentlik bildirir ki, Honq Konq Universiteti SARS-ın ilk variantı yaranandan, yəni 2003-cü ildən bəri koronavirusların öyrənilməsi sahəsində dünya liderlərindən biridir. Bu şəhərdə hazırda həm Almaniya istehsalı “BioNTech”, həm də “Sinovac” vaksinindən istifadə olunur.

Honq Konqun 7.5 milyon əhalisinin yalnız 28 faizi vaksinlənib. Burada 2.6 milyon doza “BioNTech”, 1.8 milyon doza “Sinovac” vurulub.

AFP yazır ki, vaksinasiya kampaniyasının başlanğıcında Honq Konqun pekinyönlü rəhbərliyi yekdil olaraq seçimi milli istehsaldan olan Sinovac vaksinin xeyrinə etmişdi. “BioNTech” vaksininin “Sinovac”-dan effektli olduğunu deyən bir həkimi vaksinasiya proqramından qovmuşdular.

Amma indi şəhərin aparıcı epidemioloqları üstünlüyü “BioNTech”-ə verirlər və bunu açıq bəyan etməkdən çəkinmirlər. (azadliq.org)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}