Redaktor seçimi
Əziz Əzizov Bakıda uşaqların futbol meydançasını satıb:
Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-
Elnur Abdullayevin batan, amma qazanclı projesi: “HABER GLOBAL” –
Mətbuat öldü! Yaşasın media!
SALEH MƏMMƏDOVUN 57 MİLYONLUQ YEYİNTİSİ ÜZƏ ÇIXDI – “Azəravtoyol” rəhbərliyində köklü dəyişikliklər gözlənilir-
Zərərlə işləyən SOCAR rəhbərliyinə külli miqdarda bonuslar ödənilib -
Azər Bayramovun adından HAQQ YIĞILIR... -
Günün xəbəri

Saleh Məmmədovla Şükür Astanovunun korrupsiya ortaqlığı davam edir: Yol infrastrukturuna ayrılan vəsait bacıoğlu Zülfüqarın əli ilə “yerbəyer” edilir-DE-FAKTO

 

  

Yenixeber.org: Nepotizm (qohumbazlıq) korrupsiyanın bir növüdür. Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri (AAYDA) Saleh Məmmədovla qudası – Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımovun iş birliyi nepotizmin ən bariz təzahürlərindəndir. Sədr bununla AAYDA-nın struktur vahidlərində rəhbər vəzifələrdə çalışan şəxslərə də nümunə göstərib. Hərçənd, sistemdə heç də hamı öz qohumunu vəzifəyə yerləşdirməyə müvəffəq ola bilmir. Bundan ötrü işinin öhdəsindən gəlmək, vəzifəni layiqincə yerinə yetirmək deyil, “yuxarının” korruptiv tələblərini “qüsursuz”yerinə yetirmək, dövlətin yol infrastrukturunun təkmilləşdirilməsinə yönəltdiyi maliyyə vəsaitini peşəkarcasına mənimsəmək qabiliyyəti tələb olunur.

Uzun müddət 6 saylı Regional Yol İstismar İdarəsinin rəisi işləmiş Şükür Astanov bu tələblərə yüksək səviyyədə cavab verdiyindən, vəzifəsinin ona verdiyi bütün fürsətləri dəyərləndirə bildi: Həm ölçüyəgəlməz vara-dövlətə, mülkə-səltənətə yiyələndi, həm dövlət tərəfindən fəxri ad və mükafatlara “layiq” görüldü, həm özünü xalqa “xeyriyyəçi” kimi sırımağı bacardı, həm vəzifəsini “hörmət-izzətlə” tərk etməyə müvəffəq oldu, ən nəhayət, tərk etdiyi vəzifəsini qohumuna ötürərək de-fakto yenə həmin vəzifədə söz sahibi olmaq imkanını qorudu.

Korrupsiya ortaqlığı prinsiplərinə həmişə sadiq qalmış köhnə kadrları öz orbitində saxlamaqda fayda görən Saleh Məmmədov da Şükür Astanovun “xidmətlərini” dəyərləndirərək onun yerinə bacısı oğlu Zülfüqarı təyin etdi. İndi heç kəsə sirr deyil ki, Şükür Astanov dövlət müəssisəsinin rəhbər kreslosunu miras kimi ötürdüyü bacısı oğlunun idarəetmə işinin əsas yönəldicisidir, hər şeyə özü nəzarət edir.

Ümümiyyətlə, AAYDA sistemində çoxdandır tendensiyaya çevrilmiş bu cür vərəsəlik məsələsi həm də ona görə sərfəlidir ki, xələf öz sələfinin vaxtilə imza atmış olduğu çirkin əməllərin üstünü açmasın. Əslində nə qədər ki Saleh Məmmədov vəzifə başındadır, Agentliyin struktur vahidlərində rəhbər vəzifəyə “köhnə qvardiya” üzvlərinin qohumları olmasalar da belə, təsadüfi şəxslər heç cür irəli çəkilə bilməz və heç kəsin “ağ qarğa” olub öz sələfinin cinayətlərini ifşa etməsi, “qarğıdalıya protiv getməsi” mümkünsüz görünür. Əks halda, yəni Saleh Məmmədovun pulyeyən şəbəkəsinə qeyd-şərtsiz üzv olmayacağı təqdirdə həmin şəxs sədrin himayəsini – arxasındakı “böyük dayağı” itirib ən azı vəzifəsindən məhrum olar.

Beləliklə, hamının gəlməli olduğu qənaət bu olmalıdır: Şükür Astanovun idarə rəisi vəzifəsində olduğu dönəmdə fəaliyyəti ciddliklə araşdırılmalı, o, dövlətdən oğurladığı pulları geri qaytarmağa məcbur edilməlidir.

RealMedia.az,

RAMİN MƏHƏMMƏDOĞLU

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}