Yenixeber.org: Azərbaycanda yüksək vəzifə tutmuş şəxslərin, nazir və bəzi deputatların ailələrinin malik olduğu varidatın, sərvətin miqyasını sadə vətəndaşların təsəvvür belə etməsi mümkün deyil. Onların malik olduqları əmlakların, biznes sahələrinin, ticarət və iaşə obyektlərinin sayı bəzən o qədər çox olur ki, yarımçıq siyahısını belə görəndə heyrətlənməyə bilmirsən.
Oliqarx nazir və məmurlar belə böyük sərvətlərə sahib olduqlarını gizlətmək üçün adətən bizneslərinin idarə olunması üçün xüsusi adamlar tuturlar. Bu adamlar onların bizneslərinin rəsmi olaraq idarəçiliyini həyata keçirir, xarici və yerli şirkətlərlə müqavilələr bağlayır, banklardakı maliyyə əməliyyatlarını reallaşdırır, dövlətə məxsus müəssisələri, obyektləri müxtəlif şəxslərin adına özəlləşdirir və sair işləri həyata keçirirlər. Yəni, faktiki olaraq sənəd üzərində oliqarx nazir və məmurlara məxsus əmlak və bizneslərin sahibi kimi görünürlər. Vaxtı gələndə isə, təbii ki, bütün bu sərvəti öz sahiblərinə ötürürlər. Ona görə də, yüksək vəzifəli şəxslərin ailə biznesini idarə edənlər onların nələrə malik oduqlarını dəqiq bilirlər. Bu adamlar adətən oliqarxların yaxın ətrafından seçildiyindən onların adına sənədləşdirilən sərvətin əsl sahiblərini heç vaxt açıqlamırlar. Ancaq danışanlar da olur. Uzun illər boyu mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun ailəsinin biznesini idarə etdiyini bildirən Elçin Salamov da belələrindəndir. Bir müddət bundan əvvəl o, Camalovlar ailəsinin ona və qardaşlarına qarşı haqsızlıqlara yol verdiyini bəyan edərək, Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişdi.
Müraciətdə Elçin Salamov işlədiyi müddətdə Camalovlar ailəsinin hansı mülkləri, biznes sahələrini və obyektlərini əldə etdiklərini açıqlamışdı. Bildirək ki, mega biznes imperiyasının siyahısında çoxlu sayda bahalı biznes mülklərinin, obyektlərin, şadlıq sarayları, mağazalar, klinikalar, otellər, restoranlar, əyləncə mərkəzləri, avtomobil dayanacağı, daşınmaz əmlaklar, xarici ölkə səfirliklərinə verdiyi bahalı villaların binaları, ticarət mağazaları, geniş torpaq sahələri, çoxlu sayda dəbdəbəli villalar, bağ evləri və xeyli sayda bahalı son model avtomobillər yer alıb. Siyahı həddən artıq geniş olduğundan, onu rayonlar üzrə qruplaşdıran Elçin Salamovun müraciətində yazdıqlarına görə, aşağıdakıların hamısı bir ailənin – Camalovlarındır:
Bakı şəhər Nərimanov rayonunda:
“KRAL” şadlıq sarayı;
“Anatolia” oteli;
“Premyer” oteli;
“Admiral” oteli.
“Ambiance” oteli;
“Aksesuar inşaat” mağazası;
“Azərbaycan-İsrail” klinikası;
Nərimanov rayonu ərazısində onlarla qeyri yaşayış və yaşayış sahələri;
Teymur Əliyev və Həsən Əliyev küçələrində yerləşən bir neçə dəbdəbəli villa.
Nəsimi rayonunda:
”Ambassador” oteli;
“Niaqara” restoranı;”Veqas”
“Niaqara” şadlıq sarayı;
“Olimpik Star” əyləncə mərkəzi;
“Qızıl Tac” şadlıq sarayı;
“Niaqara” restoranına bitişik “Araz” marketin binası;
“Niaqara” şadlıq sarayına bitişik pullu avtomobil dayanacağı;
“Olimpik Star” əyləncə mərkəzinə bitişik böyük sahəyə malik pullu avtomobil dayanacağı;
“Vətən” kinoteatrının yaninda ticarət mağazaları;
Füzuli kücəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi;
Həsən Əliyev 13 ünvanda yerləşən “Avtomobil Təmiri Mərkəzi”;
Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi.
Səbail rayonunda:
“Neftlayihətikinti” ASC və onun bütün əmlakları;
“Fəvvarələr meydanı” deyilən ərazidə yaşayış və qeyri-yaşayış sahələri;
Badamdarda bir neçə dəbdəbəli villa, həmçinin özlərinin yaşadıqları iki dəbdəbəli villa.
Yasamal rayonunda:
Yasamal rayonu Cəfər Cabbarlı küçəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi 3 mərtəbəli bina;
Bakı Apellyasiya Məhkəməsi yaxınlığında 2 ədəd dəbdəbəli villa.
Binəqədi rayonunda:
“ATRİUM” əyləncə mərkəzi və ona bitişik 1 ha-a yaxın torpaq sahəsi;
Cratos Hall şadlıq sarayı və ayrıca restoranı
“VEQAS” İdman Mərkəzi;
2 mərtəbəli PUB bar;
“Vorovski adlanan ərazidə böyük sahəyə malik pullu avtomobil dayanacağı;
Bakıətrafı qəsəbələrdə və rayonlarda:
Xəzər rayonu ərazisində:
Mərdəkanda “Arzu” restoranı və böyük bir villa, Buzovna, Türkan, Zirə, Şüvələn qəsəbələrində böyük ölçülü torpaq sahələri və onların içərisində inşa edilmiş çoxlu sayda dəbdəbəli bağ evləri;
Şirvan, İsmayıllı (Xənəyə kəndində),
Quba (Qəçreş ərazisində),
Xaçmaz (Nabran qəsəbəsində),
Xızı (Altıağac, Qızılqazma)
Şamaxı (Çuxuryurd) rayonlarında böyük ölçülü torpaq sahələri. Onların bəzilərində də dəbdəbəli bağ evləri tikilib.
Qusarda – “Şahdağ” Turizm Mərkəzinin ərazisində 1,2 ha. torpaq sahəsi və sair.
Səfirliklərə kirayə verdikləri villalar, məsələn Əfqanıstan səfirliyi, Çin səfirliyinin uşaq baxçası. Həmçinin Azure – Yeni Həyat yaşayış kompleksində evlər və saysız-hesabsız digər kirayə verilmiş mənzillər Camalovlara məxsusdur.
Maşınlar və sahib olduqları nömrələr:
Toyota Land Cruiser / 90-EH-999
Bentley Continental GT / 99-EE-100
Mercedes S-Class / 99-EE-100
Mercedes C-Class / 10-EE-100
Range Rover Velar 2019 / 10-EE-100
BMW X7 Sport 2019 / 99 -AA -085
Mercedes Benz GLE Coupe 2018 / 99-EE-100
Porsche Cayenne 4.8 S Turbo MANSORY / 10-KO-100
Digər nömrələr: 99-TT-085, 90-DK-009, 10-PP-788, 10-YY-788. 99-AA-788. 90-AA-778, 90-EH-999, 90-PP-999, 10-EA-100, 10-AZ-733, 90-AZ-733, 99-AZ-733, 10-KO-100, 10 -AA -085, 90-AA -085, 99 -AA -085, 10-AA-183
Redaksiyamıza daxil olan məlumata görə bütün bu əmlak və obyektlərdən gələn aylıq gəlir 800.000 manata yaxındır və ailənin kassiri Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi işləyən Elşən Camalovdur. Məqaləni hazırlayarkən E. Camalova etdiyimiz zənglərə isə cavab vermədiyində istənilən vaxt onun da mövqeyini dərc etməyə hazırıq.(aktualxeber.az)