Redaktor seçimi
Milyarder Fərhad Əhmədovu qardaşı oğlu belə
Baba Rzayevin qardaşından Prezidentə təxribat: sahibkarı aldadıb intihara çatdırıb -
Rövşən Məmmədov Əli Həsənova nə qədər pul verib? - ŞOK DETALLAR -
“Azərbaycan Dəmir Yolları”nın adı QALMAQALDA -
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ -
Qohumları deputat Məşhur Məmmədova qarşı üsyana qalxdı-
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rüşvət belə alınır-
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti –
Günün xəbəri

ETSN səlahiyyətlisinin məhkəmə gedişində xərclədiyi 4 milyon sonda işə yarayacqmı?-ARAŞDIRMA

Yenixeber.org: Azərbaycanda meşələrin qanunsuz kəsilməsi ilə bağlı dövrü mətbuatda kifayət qədər ciddi məlumatlara rast gəlmək mümkündür. Təssüflər olsun ki,bu məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri tərəfindən təkzib olunmur,araşdırılacağı,qarşısının alınması üçün tədbirlər görülməsi barədə ictimaiyyətə məlumatlar verilir,lakin bir neçə gündən sonra eyni ərazilərdə meşələrin qırılması ilə bağlı yeni məlumatlar yayılır. Buna respublikanın şimal-qərb bölgəsində meşələrin kütləvi qırılması ilə bağlı yazılarımıza nazirliyin verdiyi cavablar misal ola bilər. Elə bir il bundan əvvəl Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin həbs olunması barədə yayılan məlumatlardan sonrakı kimi. İlqar Qəribov həbs olunsa da Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə dairəsində olan meşələr bu gün yeni direktor Alim Əlizadənin rəhbərliyi altında məhv edilir. Kimdir Alim Əlizadə? Hazırda həbs həyatı yaşayan İlqar Qəribovun ortağı olmuş biri. Bu gün də Qəbələ və Oğuz meşələrinin qırılaraq satılmasnda əli olan,keçmiş ortağının azadlığa çıxmasına maddi dəstək göstərən biri. İlqar Qəribovun kimliyi isə cəmiyyətə tam bəlli deyil.

Qeyd edək ki,hazırda Şəki Ağır Cinayələr Məhkəməsində İlqar Qəribovun dəstəsinin cinayət işi üzrə məhkəmə istintaqı 6 aydan çoxdur ki,davam edir. Bu prosesə sədrlik edən hakim Rəşid Hüseynovun 1 ay öncə qəfil vəfatından sonra işin icraatı Şəki Ağır Cinayələr Məhkəməsinin sədri Rəşad Əliyevə həvalə edilmişdir. Əldə etdiyimiz ən son məlumatlara görə sonuncu məhkəmə prosesi mayın 20-də baş tutmuş və dəvət edilmiş 11 şahiddən yalnız bir neçəsinə işin mahiyyətinə aid olmayan təsirsiz suallar verilmişdir. Müstəqil müşahidəçilərin qənaətinə görə hakim və dövlət ittihamçısı açıq-aşkar məhkəmə çəkişməsi zamanı günahlandırılan şəxslərə qarşı ittiham aktında qeyd edilənlərlə bağlı çox sorğu-suala yer vermir. Əksinə, təqsirləndililən şəxslərin vəkillərinə tam imkan verilir ki, onlar lazım olan sənəd və sübutları toplayıb məhkəməyə təqdim etsin, gen-bol müdafiə çıxışları etsinlər.

Digər məlumatlı mənbənin qeyd etdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini cənab Firdövsi Əliyev ETSN-nin birbaşa aidiyyatı strukturlarına şifahi göstəriş vermişdir ki, İlqar Qəribov və dəstəsinə məhkəmə prosesləri üçün tələb edilən və onların xeyrinə olacaq bütün sənəd və sübutlar müzakirə edilmədən təşkil edilsin və dərhal Şəki Ağır Cinayələr Məhkəməsinə göndərilsin. Bu göstərişdən sonra həqiqətən də İlqar Qəribovun azadlığa çıxması üçün lazım olan bütün sənədlər nazirlikdə saxtakarlıqla tərtib edilərək möhürlənir və məhkəməyə göndərilir ki, hakimlər kollegiyası sözügedən dəstəsini şərti işlə azadlığa çıxara bilsinlər. Digər verilən məlumatda bildirilir ki, bu dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov milyonlarla manat vəsait sərf edib və etməkdədir. Sadəcə iş DİN-nin Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Baş prokurorluğun nəzarətində olduğu üçün Şəki Ağır Cinayələr Məhkəməsində risk edib məsələni tezbazar “meşə quldurlarının” xeyrinə həll etmək istəmirdilər. Lakin prezidentin məhkəmə hakimləri ilə bağlı 24 may 2021-ci il tarixli məlum sərəncamı olmasaydı. Belə ki, həmin gün Şəki Ağır Cinayətlər Məhkəməsinə də Əliyev Rafail Əyyub oğlu yeni sədr təyin olunmuşdur. Ona görə də Qəribov dəstəsinin işi əvvəlki sədr olan Rəşad Əliyevdən alınaraq kollegiyan tərkibinin digər üzvü olan hakim Bilal Məmmədovun icraatına verilmişdir. Xatırladaq ki, Qəribovlar dəstəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər (308-314) – 311.3.3 maddələri üzrə təqsirli bilinirlər. 1(091)-76/2021 saylı növbəti məhkəmə prosesi 10 iyun 2021-ci il, saat 9-30-a təyin edilmişdir. Verilən məlumata görə 21 yanvardan başlanan məhkəmə prosesini 10 iyunda yekunlaşdırmaq qərarına gəliblər. Buna səbəb kimi yeni sədr Rafaıl Əliyevin hər hansı ədalətsiz məhkəmə hökmünün verilməsinin əleyhinə olması ilə bağlı tanınmasıdır. Ona görə də məhkəmə kollegiyası “Qəribovlar işi”ni təcili yekinlaşdırmaq və şərti iş verməklə dəstəni azadlığa buraxmaq istəyirlər. Bunun üçün İlqar Qəribovun qardaşı məhkəmə prosesinə cəlb edilən zərərçəkənlərin və şahidlərin evlərinə gedərək hamısını necə lazımdırsa plan üzrə “razı salmışdır”.

Bəs görəsən İlqar Qəribov azadlığı üçün niyə milyonlarla vəsait xərcləməyə hazırdır? Mənbəbin bildirdiyinə görə İlqar Qəribov ETSN- də işə başlayarkən o əvvəlcə təyinat üzrə Şəki Meşə Təsəsrrüfatı İdarəsinə adi bir mütəxəssi kimi göndərilir. O zaman İlqar Qəribov sağ qapısı və qanadı çürüyən, qırmızı rəngli VAZ 21 011 markalı köhnə avtomobili ilə idarəyə gedib gəlirdi. Onun belə tezliklə karyera yüksəlişi isə Ağaqardaş Qaraşovla tanışlığından və kirvə olduqdan sonra başlanmışdır. Ağaqardaş Qaraşov onu dostu olan nazir müavini Firdövsi Əliyevlə də tanış etmiş və İlqar Qəribova b arəsində zəmanət vermişdir.Beləcə İlqar Qəribov tezliklə Qəbələ Regional Meşə Təsərrüfatı Məkəzinin direktoru olmaqla yanaşı, nazir müavinin sayəsində həm də külli-ixtiyar sahibinə çevrilir. Belə ki, Şamaxıdan Balakən rayonuna qədər olan ərazilərdə istər Regionnal Meşə Təsəsrrüfatı, istərsə də Regional Ekologiya İdarə rəisləri və onlara tabe olan idarə rəhbərləri yalnız İlqar Qəribovun “dobrosu” ndan sonra nazir müavini Firdovsi Əliyev təsdiq edə bilərdi. Və təbii ki, bu zonadan istər Ekologiya, istərsə də Meşə Təsərrüfatı İdarələrinin əsas gəliri və qazancı cənab Qəribovun vasitəsi ilə onu ETSN-də himayə edənlərə çatdırlılrdı. Məlumatlarda təşkil edilmiş mexanizmin gecə-gündüz işləməsi nəticəsində İlqar Qəribovun bu gün 27 milyon manat varidata sahib olduğu bildirlir. Gəncə şəhərində 6 ədəd zərgərlik mağazaları, Bakı şəhərində 11 ədəd apteki, Türkiyədə 3 möhtəşəm villası, məşhur “EMBAVOD” mebel fabrikində də kirvəsi Ağaqardaş Qaraşovla birlikdə pay sahibi olması, və s. saysız-hesabsız obyektləri onu deməyə əsas verir ki, bu “qazanılan” milyonları o ETSN-dən aldığı 570 manat əməkhaqqı ilə toplaya bilməzdi. Bu adamın 11 mart 2020-ci ildə xidməti otağında cinayət başında yaxalanması və seyfindən çıxan yüz min manat qədər pul əskinasları onu deməyə əsas verir ki, bu “çirkli” pullar idarə rəisinin 3-4 günlük qazancı hesab oluna bilərdi. Hər halda, hesab edirik ki, bu günkü Azərbaycan reallığında təbii sərvətlərimizin kütləvi surətdə talanması və satılması nəticəsində uzun illər əldə edilmiş milyonların İlqar Qəribovu və dəstəsinin azadlığa çıxamsı üçün böyük köməkliyi dəyə bilərdi, amma ortalıqda İsmayıllı rayonunun sabiq prokuroru olmuş Ülvi Abbasov faktoru olmasaydı.

               İsmayıllı rayon prokuroru Ülvi Abbasovun qəfil həbs edilməsi kimin sifarişi idi?

Xatırlatmaq yerinə düşərdi ki, bir neçə ay əvvəl İsmayıllı rayonunun sabiq prokuroru, 2018-ci ilin noyabrında vəzifədən sui-istifadədə və rüşvət almaqda təqsirli bilinərək həbs edilən və 9 il müddətinə azadlıqdan məhrum olunan Ülvi Abbasovun barəsində Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrlik etdiyi məhkəmə heyəti tərəfindən bəraət qərarının çıxarılıdığı məlum oldu.

Xatırladaq ki, prokuror həmin vaxt Göyçayda körpünün uçması və çay yatağında qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı aparılan iş çərçivəsində həbs olunmuşdu. Mətbuat və ümumilikdə cəmiyyətimiz nədənsə bu ilginc hadisəyə ciddi diqqət yetirmədi və adekvat reaksiya vermədi. Unutmayaq ki, söhbət İsmayıllı kimi böyük bir rayonun prokurorunun, dövlət ittihamçısının həbsindən gedir. Normalda bu həbs və sonrakı bəraət qərarı hüquq-mühafizə, prokurorluq və məhkəmə sistemi üçün utandırıcı, hətta biabırçı bir hadisə sayılmalıdır. Niyə?

Ülvi Abbasovun həbsi barədə həmin dövrdə ictimaiyyət bir çox versiyalar irəli sürürdü. Amma onun məhz Qəbbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmuş İlqar Qəribov tərəfindən şərlənməsi heç kimin ağlına belə gəlmirdi. Bu istiqamətdə apardığımız araşdırmalardan belə nəticəyə gəlirik ki, sabiq prokuror məhz Göyçay körpüsünün uçması ilə əlaqədar olaraq,çay axarında qanunsuz karxana açmış və istifadə etmiş iş adamlarını sıxışdırdığına görə ona qarşı qurulmuş tələyə salınmışdır. Mənbəmizin verdiyi məlumatlardan belə məlum olur ki, həqiqətən Göyçay rayonunda məlum körpünün uçması hadisəsindən sonra istintaqa cəlb edilən və ekoloji tarazlığın pozulmasına səbəbkar olmuş iki nəfər şəxsin şər-böhtandan ibarət şikayətləri və onları himayə edən İlqar Qəribovun sifarişi əsasında Üvi Abbasov həbs edilmişdir. İndi bizə məlumdur ki, ETSN Qəbbələ regional Meşşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov balaca bir rayonda oturmasına baxmayaraq kimlərinsə himayəsi altında fəaliyyət göstərərək böyük işlərlə məşğul olub və Göyçay çay yatağnda iri qum və çınqıl yataqlarının qanunsuz istismarına icazə vermiş ETSN rəhbərliyinin də qəzəbinə tuş gəlmiş rayon prokurorunun hərəkətlərini cəzasız qoymayıb.

Bəs bu gün bəraət alaraq azadlığa çıxmış sabiq prokuror sifarişçisi haqqında nə fikirləşə bilər? Təbii ki, həbsdə qaldığı ən azı 2 il müddətində təcrübəli prokurorun onu kimin sifarişi əsasında həbs edildiyini bilməmiş deyil. Hədəfi də bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində istintaqı aparılan İlqar Qəribovdur. Belə olan halda, İlqar Qəribovun şərti azalığa çıxması üçün külli miqdarda xərc çəkməsinin bir mənası ola bilərmi? Yaxud da, İlqar Qəribov qəflətən dövlət ittihamçısının protestinə “tuş” gələ bilərmi? Hazırda bizim üçün cavab tapmaq istədiyimiz suallar çoxalır. Amma məlumatlı mənbə onu da bildirir ki, Ülvi Abbasovun həbsinə sifariş verdirən İlqar Qəribovun hələlik sabiq prokurorun onu bir düşmən kimi nişangah altında sxlamasından və bizə də məlum olmayan digər planlarından xəbəri yoxdur. Hələlik bizə o məlumdur ki, Ülvi Abbasov Şəki Ağır Cinayətlər Məhkəməsində İlqar Abbasovun dəstəsinin işi ilə bağlı məhkəmə prosesləeində baş verən və verməkdə davam edən məzhəkələri yaxından izləməkdədir. Bu prosesi məlumatlara görə nazir müavini Firdovsi Əliyev də izləməkdədir. Keçmiş kadrı İlqar Qəribovun şərti də olsa azadlığa çıxarılması məqsədi ilə.

Bəs sabiq prokurorla İlqar Qəribovun düşmənçiliyinə nə səbəb olub.

Ülvi Abbasovla İlqar Qəribov arasında baş vermiş düşmənçiliyin motivləri haqqında məlumat verən mənbə bildirir ki, İ.Qəribov hələ əvvəl işlədiyi ETSN İsmayıllı Meşə İdarəsinin rəisi olduğu dövrdə İsmayıllı meşələrində apardığı kütləvi ağac kəsintiləri barədə İsmayıllı rayon Prokurorluğuna daxil olmuş müraciətlər araşdırılmış və 25000 manat cərimə yazılmışdır. Prokurorluğa dəvət edilmiş İlqar Qəribov prokuror Ülvi Abbsovla xidməti otağında mübahisə etmiş və hətta bir az da irəli gedərək şillə də vurmaq istəmişdir. Lakin maraqlı burasıdır ki, İlqar Qəribovun cərimə ilə cəzalandırılmasından sonra ETSN-dəki havadarları onu daha yüksək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinə müdir təyin etmiş və ona tətbiq olunmuş 25000 manat cərimə məbləği bu günədək ödəniməmiş qalmışdır. Yəni, Ekologiya Nazirliyi İlqar Qəribova tətbiq olunmuş 25000 manat cərimənin dövlət büdcəsinə ödənilməməsində maraqlı olmaqla, əslində dövlətin iqtisadi maraqları əlehyinə hərəkət etmiş olublar.

İndi bizə qalır yalnız gözləmək ki, cənab İ.Qəribov məhkəmə istintaqı gedişatı dövründə xərclədiyi 4 milyon manat müqabilində 10 iyunda azadlığına qovuşacaqmı?(aktualinfo.org)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}