Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qorxmaz Hüseynovun qardaşının biznesi-SİYAHI

"Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun qardaşı, SOCAR-ın Neft qazma trestinin rəis müavini olan Faiq Hüseynovun biznesi ilə bağlı məlumat yayılıb.

Yenixeber.org: Məlumata görə, F.Hüseynovun əmlaklarının siyahısında "Linkoyl” yanacaqdoldurma məntəqələri başda gəlir.

Bu yanacaqdoldurma məntəqələrinin adı "Lukoil”lə oxşar olsa da, fərqli firmadır və şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərir. 

Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, "Linkoyl” yanacaqdoldurma məntəqələrində yanacaq kifayət qədər keyfiyyətsizdir.

F.Hüseynovun biznes səltənətində ikinci yeri isə hamamlar tutur. Bakıda "Bəy”, "Atilla” və daha 7 hamamın ona məxsus olduğu bildirilir.

Məlumata görə, Q.Hüseynovun qardaşı hətta obyektlərindən birini "Azərsu” ASC-nin Xətai rayon idarəsinə icarəyə verib. Bundan başqa, paytaxtda "ekologiya postu” adlanan yerin arxasında "Şamlıq” istirahət mərkəzi də F.Hüseynova məxsusdur. 

Yeri gəlmişkən, hazırda həbsdə olan Ata Abdullayev adlı şəxs həmin restoranda karantin vaxtı toy keçirilməsini aşkarlamış və ictimailəşdirmişdi.

SOCAR-da vəzifə tutan F.Hüseynovun Xətai rayonunda restoranları, obyektləri yüksək məbləğə arendadır. Həmin obyektlər onun bacısı oğlu Habil tərəfindən idarə edilir.

Məlumata görə, F.Hüseynovun biznes imperiyası bununla məhdudlaşmır, onun kərpic zavodları, Şabranın Kirvan kəndində isə Hüseynov qardaşlarının vilları var. Hətta deyilənə görə, villanın birində zoopark yaradıb. Dünyada olmayan quşlar F.Hüseynovun malikanəsində saxlanır.

Eyni zamanda paytaxtın "Montin” ərazisindəki evində təkcə kosmetik villasına 1 milyondan çox pul qoyub. 

Bildirilir ki, F.Hüseynovun Pirallahıda çörək zavodu da var, həmçinin plastik boru buraxan zavod – "Azərtexnolayn” da ona məxsusdur.

Faiq Hüseynov iddialarla bağlı tia.az-a deyib ki, sadalananların heç biri ona məxsus deyil. O, həmin obyektlərin bəzilərinin bacanağının olduğunu, bəzilərinin isə sahiblərini tanıdıqlarını desə də, ona aidiyyatının olmadığını bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam