Redaktor seçimi
TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ... -
UNUDULMUŞ QARALOV... – 
Fazil Məmmədovun kürəkəninin Londondakı yeni mülkləri -
Azad Rəhimov milyonları belə xərcləyib-
Sahil Babayev qəsdən vətəndaşları dövlətdən narazı salır-
“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?-
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?-
Gözdən əlillərin pensiyası niyə kəsilir?-
Günün xəbəri

“Azərlotereya” müəmması-ARAŞDIRMA

Gəlirlə işləyən tək-tük dövlət şirkətlərindən biri olan “Azərlotereya” niyə xarici idarəetməyə verildi?

Yenixeber.org: Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür: “Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.

Cabbarov qeyd edib ki, bu məsələdə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici investorların, texnologiyaların və texnoloji biliklərin ölkəmizə cəlb edilməsidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov saytımıza açıqlamasında bildirdi ki, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir:

“Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək – bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir – digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir. Burada digər məqam əldə edilən vəsaitlərin sahibkar, eləcə də istehlakçı arasında uduş fondunun bölüşdürülməsi və uduş fondunun formalaşdırılmaı ilə bağlıdır. Bu istiqamətdə də beynəlxalq təcrübədən istifadə olunması məqsədəuyğundur. Bu isə birmənalı şəkildə Azərbaycanın lotereya bazarının inkişafına təkan verəcək. Gözlənilir ki, yaxın zamanda bu bazarda canlanma müşahidə edəcəyik”.

İqtisadçı ekspert Natiq Cəfərli isə tam əksini düşünür. Onun fikrincə, “Azərlotereya” ASC-nin xarici şirkətin idarəetməsinə verilməsi sual doğurur:

“Ziyanla işləyən, büdcədən dotasiya alan dövlət şirkətlərinin özəlləşdirilməsi və idarəetməyə verilməsi illərdir bizim də gündəmə gətirdiyimiz bir məsələdir. Amma mənfəətlə işləyən bir şirkətin 10+5 illik xarici bir şirkətin idarəetməsinə verilməsi anlaşılan deyil. Çünki özəlləşmənin, idarəetmənin fəlsəfəsi ziyanla işləyən şirkətlərin dövlətin üzərində yük olmasından qurtulması ilə əlaqəlidir. Belə bir addımın atılmasında əsas məqsəd ondan ibarətdir ki, dövlət büdcəyə yük olan, dotasiya ilə işləyən şirkətlərdən canını qutarsın. Burda isə tam əksinədir. “Azərlotereya” həm gəlirlə işləydi, həm dövlətə vergi verirdi, həm də Azərbaycan vətəndaşları həmin şirkətdə çalışırdılar. İndi birdən-birə şirkətin türk şirkətinin idarəetməsinə verilməsi ciddi suallar doğurur”.

Eskpertin fikrincə, ola bilsin ki, burada biznes maraqlarından daha çox şəxsi yaxınlıq və dostluq münasibətləri rol oynasın:

“Bundan başqa səbəb görə bilmirəm. İstər dövlət, istərsə də özəl şirkət olsun, onların idarəetmə məntiqi eyni olmalıdır. Gəlirlə işləyən şirkət başqasına verilərmi? Heç kəs verməz. Ona görə də gəlirlə işləyən şirkətin başqa bir şirkətin idarəedilməsinə verilməsi hansısa ciddi maraqların olmasından xəbər verir”.(pressklub)

Ülviyyə Şahin

 

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}