Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Xammal bazarında yeni supertsikl gözlənilir -bu, Azərbaycana nə verəcək?

Xammal bazarında yeni supertsikl gözlənilir: bu, Azərbaycana nə verəcək?

Son 100 ildə xammal qiymətlərinin yalnız 4 supertsikli – neft, mis və digərlərinin qiymətlərinin bahalaşdığı və uzun müddət yüksək səviyyədə qaldığı dövr olub.

Yenixeber.org: Birinci supertsikl XX əsrin əvvəllərində, ikincisi 1930-cu illərdə, üçüncüsü 1950-ci illərdə, dördüncüsü isə 1990-cı illərin sonlarında başlayıb. Supertsikllərdən hər biri təxminən 20-30 il davam edib. 2013-cü ildə analitiklər dördüncü supertsiklin başa çatdığını elan edib və indi biz beşinci supertsiklin astanasındayıq.

Son supertsikl ərzində neftin qiyməti 20 dollardan 140 dollara, misin qiyməti isə 2 min dollardan 10 min dollara yüksəlib.

Supertsikllərin yaranma səbəbləri həmişə fərqli olub - neft bumu, dəmir yolu əlaqələrinin inkişafı, sənaye inqilabı və s.

Bu dəfə əsas hərəkətverici qüvvə neft hasilatının məhdudlaşdırılmasına, bərpa olunan enerji mənbələrinin və elektrikli avtomobil bazarının inkişafına səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə ola bilər. Son iki vəziyyət üçün xeyli sayda metal lazımdır.

Neft qiymətləri hələ maksimum səviyyəsindən uzaqdır (bəlkə də heç o səviyyəyə çatmadı), lakin analitiklərin çoxu proqnozlarını yaxşılaşdırır. Son ortalama göstəricilər qısamüddətli perspektivdə 60-65 dollar/barel civarındadır, bəziləri (“JPMorgan Chase” və “Goldman Sachs”) isə orta müddətdə 100 dollar/barel səviyyəsi gözləyirlər. Bu ehtimal böyük ölkələrin hökumətlərinin iqtisadiyyatlarına külli miqdarda pul yatırdığı 2008-2009-cu illərin təcrübəsindən irəli gəlir. Ancaq indi artım daha kəskin ola bilər – yardımı banklardan əlavə, vəsaiti xammaldan asılı olan mallara xərcləyəcək adi vətəndaşlar da alır.

Qeyd etmək lazımdır ki, neftin hazırkı bahalaşması hələ də dünya iqtisadiyyatının bərpası və müvafiq olaraq “qara qızıl”a olan tələbatla əlaqədardır. “Brent” markalı neft bir barel üçün 65 ABŞ dollarından baha olmaqla COVID-19-a qədərki səviyyəsinə çatıb. Bəzi skeptiklər supertsiklin olacağı təqdirdə onun qısa müddət davam edəcəyini düşünürlər.

Digər xammallar da bahalaşır. Mis London Ticarət Birjasında metrik ton üçün 10 min ABŞ dolları, COMEX-də isə bir unsiya üçün 5 ABŞ dolları səviyyəsini keçərək yavaş-yavaş 2011-ci ildəki tarixi maksimumuna yaxınlaşır və hətta onu da keçə bilər. Gümüşün yaxın gələcəkdə bahalaşacağı proqnozlaşdırılır. Kənd təsərrüfatı məhsullarının qiymətləri də artmaqdadır - soya paxlası keçən ildən bəri təxminən iki dəfə artaraq bir buşel üçün 1 417 ABŞ dollarına, buğda isə 25% artaraq 662 dollar/buşelə çatıb.

Azərbaycanın gündəlik neft hasilatını məhdudlaşdırdığı OPEC+ razılaşması böhran keçəndən sonra bu və ya digər şəkildə sona çatacaq. Belə vəziyyətdə ölkəmiz, digər neft istehsalçıları kimi, hasilatı artıra biləcək, ancaq bunun dünyada qiymətləri “boğacağı” riskləri də var.

Buna baxmayaraq, yuxarıda da qeyd edildiyi kimi, iqlim dəyişikliyi ilə mübarizə qiymətlərin artımına təkan verəcək. Bunun neft hasilatının daha yüksək olmasına maneə olacağı gözlənilir. İstehsal indiki göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasa, bahalaşma fonunda Azərbaycanın gəliri açıq-aşkar artacaq.

Bununla belə, Azərbaycan hökuməti dövlət büdcəsində neftin baza qiymətini bazar qiymətindən aşağı nəzərə almaqla daha ehtiyatlı siyasət yürüdür. 2021-ci il üçün bu rəqəm 40 ABŞ dollarıdır, halbuki bir barel üçün 50-55 ABŞ dolları proqnozu verilir. Bu siyasət, ehtimal ki, neftin bahalaşmasından sonra da davam edəcək və bu da “əlavələr” hesabına ölkənin strateji valyuta ehtiyatlarını doldurmağa imkan verəcək.

Azad Həsənli - maliyyə analitiki


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam