Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Məryəm ananın inzivaya çəkildiyi məbəd və xristianların “həcc ziyarəti” – FOTOLAR

                           Məryəm ana onu ziyarətə gələnləri birinci özü qarşılayır və xeyir-dua verir...

 

Yenixeber.org: İzmir Türkiyənin ən qədim şəhərlərindən biridir. Türkiyəyə gedib İzmiri ziyarət etməmək üçün heç bir səbəb yoxdur. Çünki İzmiri ziyarət etmək üçün hər cür şərait var. Həm də bu şəraiti təbiət özü yaradıb. Çünki İzmir eşq şəhəri olması ilə yanaşı, həm də Egey dənizinin qoynunda təmiz havası, əsrarəniz təbiəti, qədim tarixi və dinc ab-havası ilə qonaqlarını qarşılayır. Ona görə də turistlərin bu şəhəri sevməməsi yəqin ki, mümkün deyil.

 

Biz də Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə #GoTürkiye, #OnlyInTürkiye, #ReTurkey, #SafeTourism, #ReadyAndSafeTürkiye, #SafeTourismTürkiye proqramı çərçivəsində Türkiyədə səfərdə olduğumuz müddət ərzində yolumuzun bir hissəsini İzmirdən saldıq. Həm də İzmirin döyünən ürəklərindən sayılan, şəhərdən 80 kilometrlik məsafədəki Səlcuq şəhərində yerləşən Məryəm ana məbədini və antik yunan şəhəri Efesi ziyarət elədik.

 

İzmirdə ilk ziyarət etdiyimiz məkan əyalətin Səlcuk şəhərində, Bülbül dağının qoynunda yerləşən və dünya xristianları üçün mühüm əhəmiyyət daşıyan Məryəm ana ziyarətgahı oldu. Məryəm ana ziyarətgahı həm xristianların, həm müxtəlif ölkələrdən gələn turistlərin, həm də müsəlmanların zamanla ziyarət etdiyi məkandır. Məkan şəhər mərkəzindən 7 km uzaqlıqda yerləşdiyi üçün ora ancaq taksi və ya şəxsi avtomobillə getmək mümkündür.

 

Rəvayətə görə, İsa peyğəmbər çarmıxa çəkiləndə 12 həvarisindən biri olan Conu işarə edərək, anası Məryəmə onu övladlığa götürməsini, Cona isə Məryəmi anası hesab etməsini tapşırır. İsa məsih qeybə çəkiləndən sonra da Məryəm ana və Con şəhəri tərk edib həmin bu məkana gəlirlər. Bundan sonra Məryəm ana 3 il Qüdsdə, 3 il Beytanyada, ömrünün son illərini isə məkanda yerləşən kiçik evdə yaşayıb. Lakin onların nə vaxt və harada vəfat etmələri hələ də sirr olaraq qalır.

 

Məryəm ana ilə əlaqəli müasir tarix XIX əsrin birinci yarısında  Almaniyanın Vestfalyan şəhərinin bir qəsəbəsində, Anna Katerin adlı qadının xəstə yatağından başlayır. Çarəsiz bir xəstəliyə tutulan qadın ömrünün on iki ilini iztirab içində və yataq şəraitində yaşayır. Lakin İsa məsihin və Məryəm ananın həyatı haqqında sahib olduğu görüntülər sayəsində təsəlli tapır. Qadının yuxularının davam etməsi ictimaiyyətin marağına səbəb olur.

Lakin Klemens Brentano adlı alman şair, 1818-ci ildə Dülmenə köçəndən sonra Katerinin yuxularını qeyd etməyə başlayır və bir müddət sonra topladığı materialları nəzərdən keçirir və nəhayət “Rəbbimiz İsa Məsihin əzabı”adlı kitab yazır. Onun ölümündən sonra isə “Anna Katerinanın gözə görünmələrinə görə Məryəmin həyatı” adlı kitab nəşr edilir. 

Kitablar oxunduğu zaman bu yer haqqındakı məlumatlar kilsə rahiblərinin diqqətini çəkir. Yazılanların həqiqət olub-olmadığını araşdırmaq üçün yola çıxılır və Efesə gəlirlər. Kitabda tərif edilən yerə - dağın yüksəkliklərinə çıxırlar. Yorulub susayan tədqiqatçılar yuxarıda bir tarlada işləyən qadınları görüb su istəyirlər. Qadınlar sularının qurtardığını, amma aşağıda su tapa biləcəklərini söyləyirlər. Su içmək üçün getdikləri bu yerdə, ağacların arasında köhnə bir ev qalığının olduğunu görür və kitabda bəhs edilən yerin bura olduğunu anlayırlar. Araşdırmalar nəticəsində evin birinci yüzilliyə aid olduğu məlum olur.

 

Evin yerləşdiyi məkana çatmamış zəvvarları yolun sağ tərəfində ucaldılan nəhəng Məryəm ana heykəli qarşılayır. Sanki, bununla demək istənilir ki, Məryəm ana onu ziyarətə gələnləri birinci özü qarşılayır və xeyir-dua verir. Məkana çathaçatda isə Məryəm ana və Məryəm ana evi haqqında bir neçə dildə yazılan məlumatlar dərc edilib. Məlumatların bitdiyi yerdə isə Məryəm ananın heykəlini görmək mümükündür.

 

Lakin ziyarətə nə qədər turist gəlsə də, məkanın genişliyi və həddindən artıq dincliyi insanları nə darıxmağa, nə də sıxılmağa qoyur. Çünki məkan bir növ “Yer üzünün cənnəti” missiyasını öz üzərinə götürüb. Belə ki, ziyarətçiləri davamlı təqib və nəğmələri ilə feyziyab edən bülbüllər, ziyarət bulağının səsi, təmiz hava, həmişəyaşıl ağacların ürəkaçan görüntüsü və insanların gəzdikcə yorulmaq əvəzinə daha da qüvvətlənməsi əlavə dinclik bəxş edir.

 

Məbədin bir özəlliyi də ondan ibarətdir ki, insanı rahatlaşdırmaq üçün lazım olan bütün hadislərin vəhdətini burda tapmaq olar: təbiət, tarix və sənət. Belə ki, təbiətin əsrarəngiz fonunda tarix, ikona və heykəlləri seyr elədikcə insan özünü ruhani tarixin bir parçası hesab edir. Bununla yanaşı, hər il iyul ayının 15-də məbəddə “xristianların həcc ziyarəti” təşkil edilir və dünya xristianları bura ziyarətə gəlirlər. Həmçinin, həftənin bazar günləri civardakı dindarlar məkanda dini ayinlər həyata keçirirlər.

 

Məryəm ana ziyarətgahının həyəti nə qədər geniş olsa da, onun bir zamanlar yaşadığı, sonradan isə kilsəyə çevrilən evi olduqca kiçikdir. Ona görə də zəvvarlar ayinləri açıq havada keçirirlər. Çünki ziyarətçilərin sayı çox, məbəd isə darısqaldır.

 

Evin həyətində İslam dininin “zəmzəm” suyunu xatırladan Məryəm ana bulağı var. Bulağın üstünə “məhəbbət, sağlamlıq və zənginlik” yazılıb. Bu sözlərin tarixi məlum olmasa da, inanca görə, sudan içən ziyarətçilər eyni ilə yazıldığı kimi məhəbbət, sağlamlıq və zənginliklə əhatə olunurlar.

 

Evdən bir qədər aşağıda kağız və plastik qabların asıldığı divar parçası var.  Bura da “niyyət divarı” adlanır. Belə ki, ziyarətə gələn zəvvarlar arzu və dualarını kağız parçasına, ya da plastik qablara yazaraq bu divardan asırlar. Əslində, əvvəllər “niyyət divarı” eyni ilə bizim ziyarət ocaqlarında olduğu kimi həyata keçirilib. Yəni, insanlar cib dəsmallarını, yaxud müxtəlif parçaları kəsərək ağaca bağlayır və niyyət tutarlarmış. Lakin bu ayin məkanın vizual üslubuna xələl gətirdiyi üçün belə bir divar ərsəyə gətirilib. Bununla da artıq zəvvarlar məkanın hər tərəfinə yox, yalnız xüsusi ayrılmış hissəyə niyyət və dualarını yaza bilərlər.

 

Nəhayət, bütün bunların fonunda, məkanın möhtəşəm və rahat ab-havasına toxunmaq yerinə düşər. Az əvvəl də dediyim kimi, insanı izaholunmaz ab-havaya daxil edən hər şeyi burada tapmaq olar. Əvvəllər, düşünürdüm ki, görəsən, bütün ziyarətgahlar insana nə üçün mənəvi rahatlıq bəxş edir? Əcəba, bu rahatlıq həmin məkanlarda uyuyan müqəddəslərə görədir, yoxsa başqa bir nüans var? Lakin sonradan apardığım araşdırmalar nəticəsində məlum oldu ki, müqəddəs şəxslər, adətən, enerjisi çox olan məkanlarda dəfn edildikləri üçün zəvvarlara da bu enerji əks olunur və üstəlik də həmin müqədəsslərə olan sevgi və inanc bu rahatlığı bir az da artırırmış.

 

Həqiqətən də, məkanın möhtəşəm enerjisi və içimdəki ruhaniyyət məkanda bir xeyli gəzməyimə səbəb oldu. Hətta, insan sakit və hüzur içində olarkən bütün gözəl xatirləri yada saldığı kimi, mən də bu hisslər və xatirələrdən məhrum olmadım. Sanki Məryəm ana və İsa peyğəmbər ömürlərini bu uğur üçün fəda etmişdilər...

 Fotoları təqdim edirik

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam