Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Eldar Əzizovla Nəciməddin Sadıkovun ŞOK GİZLİNLƏRİ – “Sadval” təşkilatından “5-ci KOLON”a gedən YOL –FOTO

Yenixeber.org: İllərdir icra hakimiyyəti postlarında yapışıb qalan Eldar Əziz oğlu Əzizovun keçmişi və bu gün sahib olduqları ilə bağlı redaksiyamıza bir çox faktlar daxil olub. Həmin faktlara toxunmazdan öncə Bakı merinin rəsmi məlumatlarda qeyd olunan həyat yoluna nəzər salaq:

Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Səbail rayon İcra Hakimiyyətinin başçısı işləyib. 15 noyabr 2018 – ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib, 1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.

Eldar Əzizovun keçmişinə nəzər salanda ilk öncə onun Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi və cəmiyyətdə barəsində xəyanəti ilə bağlı ittihamların səngimədiyi Nəciməddin Sadıkovla yaxın münasibətləri gündəmə gəlir. Apardığımız araşdırmalar zamanı məlum olur ki, Eldar Əzizov keçmiş qərargah rəisi ilə həm yerli, həm bir xalqın nümayəndəsi olmaqla yanaşı, həmdə yaxın dostdurlar. Onların uzun müddət bir – birinə yaxınlığının arxasında Rusiya faktoru da önəmli rol oynayıb. Hər iki şəxsin “5-ci Kolon”un əsas simalarından olması bu günə qədər medianın diqqətindən yayınıb. Biz növbəti yazıda bu şəxslərin “5-ci Kolon”dakı fəaliyyətləri və Rusiya maraqlarının ölkədə təmin olunması ilə bağlı həyata keçirtdikləri proseslərə nəzər salacağıq.

Nəciməddin Sadıkovla paytaxt merinin dostluğu uzun tarixə söykənsədə bu barədə məlumat ilk dəfə 2005 – ci ildə Reallıq qəzetində dərc olunmuşdu. Hər iki şəxsin “Sadval” təşkilatı ilə sıx əməkdaşlıq etdiyi barədə məlumat verən qəzet, təşkilatın maliyyələşməsində onların rolundan bəhs etmişdi.

Eldar Əzizovun Gəncədə icra başçısı olduğu dönəmdə Nəciməddin Sadıkova böyük ərazilər və obyektlər hədiyyə etdiyi barədə redaksiyamıza təqdim olunan faktlardan birini araşdırdıq. Məlum oldu ki, Gəncə – Samux yolunun ətrafında hektarlarla ərazi və böyük Tikinti Materialları bazarı Nəciməddin Sadıkova məxsusdur. Əzizovun icra başçısı olduğu dönəmdə inşası həyata keçirilən bazarı iki qardaş işlədir və onlar Sadıkovun yaxınlarıdır. Həmin bazarın ətrafında olan torpaq sahələri də Eldar Əzizov tərəfindən “Sadval”çı adalndırılan Nəciməddin Sadıkova hədiyyə edilib. O zaman Reallıq qəzetinin apardığı araşdırmalar və dərc etdiyi yazılar adıçəkilən məmurların qəzəbinə səbəb olub və çox keçmədən araşdırma aparan jurnalist qanunsuz olaraq hərbi xidmətə “yola salınıb”. Eldar Əzizovun Nəciməddin Sadıkova bir zəng etməsi Kəpəz rayon polis şöbəsi və Kəpəz rayon Hərbi Komissarlığını jurnalisti qanunsuz həbs edərək Naxçıvan Muxtar Respublikasına hərbi hissələrdən birinə xidmətə göndərməsinə səbəb olub. Hərbi hissə komandirinə gələn tapşırıqla hərbi hissəyə daxil olan jurnalist həmin gün dağlara – postlara göndərilib. 3 aylıq karantin qaydalarını pozan bu şəxslər jurnalistdən belə qisas alıblar. Məsələ aktuallaşsada Eldar Əzizov – Nəciməddin Sadıkov cütlüyü cəzasız qalıb.

Eldar Əzizovun Nəciməddin Sadıkovla birgə fəaliyyəti təkcə bunlarla bitmir. Bakının milyarder meri Prezidentin keçmiş köməkçisi Əli Həsənovla da yaxınlığı ilə seçilib. Rusiyanın əsas adamlarının bir –birinə bağlılığının arxasında dövlətə xəyanət amilinin olmasını dana bilmərik. Lakin son proseslər göstərdi ki, ölkəmiz və cəmiyyətimiz üçün təhlükəli olan Nəciməddin Sadıkov, Əli Həsənov və digərləri kimi, Eldar Əzizov da unudulmamalı və belə şəxslərin gizli fəaliyyətləri ifşa olunmalıdır.(Reallıq.TV)

Ardı var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam