Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... -3000 avroluq masajçı qadınlar və daha nələr-İTTİHAM

 

Az əvəl yerli KİV-də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydırovun ölkədən çıxardığı astronomik məbləğ barədə informasiyalar yayıldı. Aydın oldu ki, FHN şefinin 28 milyard dollarlıq sərvəti Azərbaycandan çıxardığı iddia olunur.
Yenixeber.org: Redaksiyamıza yazan müəllif isə daha böyük məbləğin məhz ölkənin baş dəmiryolçusu - Cavid Qurbanov tərəfindən çıxarıldığını iddia edir. Həmin iddiaların yer aldığı məqaləni təqdim edirik:

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanov vəzifəyə gəldiyi gündən maraq obyekti olub, Böyük biznes imperiyasına yiyələnmiş C. Qurbanov nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə, mərc oyunları kimi müxtəlif sahələrdə şirkətlərin sahibidir. Ümumilikdə adı mənfi tərəfdən çox hallanan məmurlardandır.
Redaksiyamıza göndərilən məqalə belə başlayır. Daha sonra məalədə yazılıb:

I Fəsil

                           Müəmmalı sərvətin gizli sahibi kimdir? Sürücü, mühafizəçi, yoxsa...?

“Qəhrəmanımız” haqqında ilk şokedici xəbərlər hələ 2012-ci ildə yayılmışdı. Belə ki, “Yeni Musavat”qəzeti 24.10.2012 tarixli sayında yazırdı: QSC rəhbəri Cavid Qurbanovun sürücüsü Mahir Quliyev Süvalanda 5 milyon manatlıq torpaq sahələri alıb: “Gəncədə dəyəri 2 milyon manat olan ferma tikdirib. Bir çox yeni tikilmiş binalardan 2-3 mənzili alıb və arasını açıb birləşdirib, ən son texnologiyalarla təchiz olunmuş əşyalar yerləşdirib. Novxanı və Qurd dərəsi bağlarında hektarlarla torpaq alıb və içində çox möhtəşəm villalar ucaldıb”.
Bahalı nömrə nişanlı avtomobillər
Yazıda deputatın sürücüsünün bahalı maşınlarından və həmin maşınların qiymətli nömrələrindən də bəhs edilir: “Bildiyimiz kimi, dövlət nömrə nişanlarından Az 10 ?? 010 olan nömrələr ən bahalı nömrələrdir. M.Quliyev həmin nömrələrdən 4-nü bahalı avtomobil markalarının üstünə bağlanılıb. Onlardan mənə məlum olanları Az 10 DO 010, Az 10 DU 010, Az 10 CC 010-dur. Bununla belə Mahirə məxsus başqa bahalı nömrə nişanları var - Az 10 CH 100, Az 10 ZZ 800, Az 10 CO 003. Sadaladığım dövlət nömrə nişanlarının hamısı ən son model bahalı avtomobillərin üzərindədir. Sizcə, 500 ABS dolları maaşla bu şəraiti qurmaq olarmı?
Silah mağazalarından 10 cürə bahalı odlu silahlar alıb. M.Quliyev 7 dəfə həcc ziyarətində olub. Bu ziyarət minimum 5 min manata başa gəlir. M.Quliyevin gəzmədiyi ölkə yoxdur. 2 övladı xaricdə illiyi 60 min avro olan pullu kolleclərdə təhsil alır. Ona məxsus qiyməti 50 min avro olan motosikleti var. Avtobus marşrutlarında 10-larla bahalı avtobusları var. Bina və yol tikintilərində istifadə olunan ağır texnikalarının və mikserlərinin sayı-hesabı yoxdur. Sizcə, 500 ABS dolları maaşla bunlara sahib olmaq mümkündürmü?"

                                              Biri 15 min manata 50 bakirə qız!

Qəzetə danışan naməlum qadın digər məsələlər haqda da bilgi verib. Deyib ki, M.Quliyev 50-yə yaxın qızın bakirəliyini hərəsinə 15 min manat ödəməklə əllərindən alıb: “Öz tanışlarının içində Hacı Mahir ləqəbi ilə tanınan M.Quliyev hacı olduğuna görə spirtli içki qəbul eləmir, lakin rəfiqələrimizin və tanış xanım dostlarımızın yanında kef məclislərində marixuana deyilən ot tərkibli narkotikdən dəfələrlə istifadə edib. Həmin kef məclislərində hətta xarici ölkələrdən gəlmiş xanım masajçılar çox olub. Onu da qeyd edim ki, masajçı qadınların hər biri 2500-3000 avroya Azərbaycana gəlib masaj xidməti göstərir. Ayda minimum 2-3 dəfə belə hallar olub”.

                                               Ağılagəlməz gizli biznes?

Məqalədə Hacı Mahirin var-dövlətinin mənbəyi haqda da bəzi bilgilər var. Qəzet bu məsələni də sözügedən qadının dilindən təqdim edir: “Mahirə sual verəndə ki, bu qədər var-dövlətin ola-ola niyə hansısa möhtərəm şəxslərin yanında sürücü işləyirsən, cavabında deyir ki, möhtərəm şəxsin yanında ona görə sürücü kimi xidmət göstərirəm ki, hökumət qazancımın hansı yolla qazanıldığını araşdıra bilməsin. O deyirdi ki, mənim çox güclü, ağıla gəlməz biznesim var. Mənə və rəfiqələrimizə doğrudan da çox maraqlı idi ki, ona sual verəndə ki, ay Hacı, bəs sənin möhtəşəm dediyin o biznes nə biznesidir? Cavabında həmişə bildirirdi ki, heç kimin ağlı kəsməyən, ağılagəlməz bir biznesdir”.
Qadın bildirib ki, M.Quliyevin Türkiyədə, Dubayda çox iri biznesi var”.
Yeri gəlmişkən, qarşı tərəfdən medianın bu ittihamına nə açıqlama verildi, nə faktlar yoxlandı, Əgər faktlar doğru deyildisə...


II Fəsil

                          Çevriliş, qalmaqal, ilginc İran əlaqələri…və Cavid Qurbanov...

Vəzirovdan İlham Əliyevədək bütün rəhbərlərlə dil tapan “Azəryolservis” sədrinin adı eks-prezidentə sui-qəsddən tutmuş İran kəşfiyyatı ilə əlaqələrədək hallandırılır
Bu fikirlər Gündemxeber.az saytında 21-11-2014,tarixli sayında çap olunmuş məqalənin müəllifi Rəşad Hüseynova məxsusdu. O yazır:
“Azəryolservis”in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı gundemxeber.az ünvanına ilginc faktlardan ibarət məlumat daxil olub. Məlumatı ötürən şəxs Cavid Qurbanovun fəaliyyətini, hətta onun həyat tərzini qaranlıq və saxta adlandırır. Mənbə bildirir ki, Cavid Qurbanov Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən aşağı olub.

                                                         Vəzirov faktoru

Millət vəkilinin atası Qəmbər Qurbanov həmin illərdə Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova ali təhsil ocağını bitirməkdə yardım edib. Mənbə qeyd edir ki, millət vəkili o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına rüşvətlə hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri vəzifəsində çalışan Cavid Qurbanov indiki kimi dövlətin əmlakını talamaqla məşğul olub.

                                                             Mütəllibovla yaxınlıq və çevriliş

Ayaz Mütəllibov dövründə isə onun bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin xatirinə Maştağaya “qaynana” yolu çəkdirir. Bununla da münasibətlərini Ayaz Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Mənbə iddia edir ki, Cavid Qurbanovun yaxın qohumları Azərbaycanda silahlı yolla dövlət çevrilişini həyata keçirmək istəyən Sürət Hüseynovun silahlı dəstəsinə rəhbərlik edən Zobik və Pərvin adlı şəxslərlə əlbir olublar və mərhum prezident Heydər Əliyevin həyatına sui qəsd hazırlayan hərbiçilərlə birləşən və Qəmbər Qurbanovla çiyin-çiyinə çalışan Rəfael Hüseynov, Maştağalı Tarix və Ağa adlı hərbi cinayətkarlardan ibarət dəstə ilə birgə planlar çözüblər.

                                                   Qaçaqlıq illəri

Mənbə daha sonra bildirir ki, Cavid Qurbanov eks-prezident Heydər Əliyev dönəmində də mühüm post tutub. Lakin az sonra tutduğu postdan azad edilib. Dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: “Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə, Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin”. Bu cür fərman o zamankı hökumətdə indiki millət vəkilinin həbsi demək olub. Elə bu baxımdan da Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bir müddət Rusiyada gizlənən, beynəlxalq axtarışda olan Cavid Qurbanov Mahir Cavadovla sıx əlaqələr quraraq dövlət çevrilişi və Heydər Əliyevə sui-qəsd planları hazırlayırmışlar. Hətta Mahir Cavadovla Cavid Qurbanov xarici dövlətlərdə peşəkar “killer” axtarışına da çıxıblarmış.
Sonda bu planların baş tuta bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq Ziya Məmmədovun köməkliyi ilə birinci şəxsdən əfv diləyib və bağışlanıb. Tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədə oliqarx-məmurlar sırasına qatılıb.

                                                                İbrahimovlarla qalmaqal

Hörmətli millət vəkili ilə bağlı ilginc məlumatlar bununla tükənmir. Belə ki, Cavid Qurbanovla ATV kanalının sədri arasında da qalmaqal yaşanıb. Buna səbəb isə Cavid Qurbanovun vaxtı ilə Tağı İbrahimova hədiyyə etdiyi “Texnika-A” şirkətini yenidən geri istəməsidir. Bu şirkət iri dövlət layihələrinin icrası zamanı sahib olduğu texnikanı icarəyə verməklə məşğuldur. Bəs, nədən Cavid Qurbanov ona milyonlarla qazandıran bu şirkəti Tağı İbrahimova hədiyyə edib? Söhbət ondan gedir ki, vaxtı ilə Cavid Qurbanov Tağı İbrahimovun münasibətləri çox yaxşı olub. Bu münasibətlər get-gedə daha da sıcaqlaşıb və Cavid Qurbanovla Tağı İbrahimov arasından su keçməyib. Biz bunun gerçək səbəblərini bildiyimizdən sadəcə məişət məsələsi olduğuna görə qəzetimizdə açıqlamırıq. “Texnika-A” Tağı İbrahimova hədiyyə edildikdən qısa müddət sonra o, şirkəti bacısı oğlunun adına rəsmiləşdirib. Lakin indi Tağı İbrahimovla Cavid Qurbanovun arası dəyib və onların münasibətlərində soyuqluq yaranıb. Bu baxımdan “Azəryoservis”in rəhbəri “Texnika-A”nı geri qaytarmaq istəyir. Artıq bu barədə Tağı İbrahimova dəfələrlə xəbər göndərilib. Ancaq ATV-nin prezidenti Cavid Qurbanova rədd cavabı verib. Cavid Qurbanov isə “Texnika-A”nı geri qaytarmaqda israrlıdır.

                                                         İlginc İran əlaqələri

Cavid Qurbanovun sürücüsü kimi təqdim olunan və İranın xüsusi xidmət orqanları ilə əlaqələri tam olaraq təsbit olunmuş Mahir Lənkəranlı hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışdadır. Və bu fakt da ASC prezidentinə qarşı müəyyən hücumlara nədən olmuşdu. Yəni bildirilirdi ki, əslində Mahir Lənkəranlı Cavid Qurbanovun İrandakı biznesinin əsas yönəticilərindən biridir.
İndi isə Cavid Qurbanovun İranla əlaqələrini sübutlayan çox ciddi faktlar ötürülüb. Mötəbər mənbənin redaksiyamıza verdiyi bilgilərdən belə aydın olur ki, bu gün Cavid Qurbanov İran agenturasına aid Azərbaycandakı şübhəli iqtisadi çevrələrin əsas ortaqlarından biri, bəlkə də birincisidir. Məhz bu əlaqələrin nəticəsidir ki, nəqliyyat nazirliyi 8 magistral yol hissəsinin inşaat işlərini məhz İranın xüsusi xidmət orqanları ilə əlaqəli fars şirkətlərinə verib.
Mənbəmiz bildirir ki, Cavid Qurbanov eyni zamanda Bakıda mola rejiminin əsas iqtisadi rıçaqlarından biri hesab olunan “NAB” Dış Ticaret şirkətinin də əsas himaədarlarından biridir. Bildirək ki, bu şirkət “ Bank of Baku”da, “Hyundai Auto Azerbaijan”da və “Bacu Electronics”də böyük paya malikdir.
Mənbəmizin iddialarına görə, odur ki, Mahir
Lənkəranlının bu gün qeybə çəkilməsi də təsadüfi qəbul oluna bilməz: “Mahir Lənkəranlının İranla əlaqələri şübhəli yox, fakt idi. Və bu adam böyük işlər görüb. Hər halda, Cavid Qurbanovun yanında dayanaraq bu işləri görməsi faktı da təsdiqləyir ki, ASC prezidentinin bütün olanlardan nəinki xəbəri olub, hətta iştirakı da var”".
Qeyd edək ki, yazının davamı var və yazıda iddia olunan bütün məqamlarla bağlı istənilən maraqlı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...(teref.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam