Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb -ŞOK İDDİA
Yenixeber.org: Təxminən iki il öncə, 2019-cu ilin dekabrında həmin vaxt Dövlət Gömrük Komitəsinə (DGK) ilyarımdır rəhbərlik edən Səfər Mehdiyev sensasiya sayıla biləcək açıqlama ilə çıxış etmişdi. Xarici Ticarət İştirakçılarının "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz" sisteminin tətbiqinin nəticələri və perspektivlər" mövzusunda 2-ci Respublika Forumundakı nitqində Mehdiyev gömrük sistemində tətbiq edilən yeniliklərin maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şəriat yaratdığını bildirmiş və bunun nəticəsində son iki ildə (2018-2019) gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü bəyan etmişdi!
"Unikal" qəzetinin bügünkü sayında qeyd edilib ki, bu, Azərbaycanda ard-arda iki devalvasiyanın baş verməsindən cəmi iki il sonra yaşanmışdı, həmin rəqəm daha yüksək ola bilərdi. Buradan eyni zamanda, belə aydın olurdu ki, uzun illər boyunca gömrük sistemində milyardlarla manat vəsait qeyri-şəffaflığın, "kölgə iqtisadiyyatı"nın qurbanı olub və kimlərincə cibinə axıb! Bu məqamda isə diqqətlərin hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yönəlməsi təbiidir. 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri təyin olunan Heydərov bu vəzifədə 11 il çalışıb; 2006-cı ildə indiki vəzifəsinə təyinat almasına baxmayaraq adıçəkilən Komitə üzərində nəzarətini daha 13 il qoruyub saxlayıb. 2018-ci ildə DGK-yə Səfər Mehdiyevin sədr təyin olunmasından sonra "fövqəlnazir"in gömrük sistemi üzərindəki 23 illik hökmranlığı da tarixə qovuşub. Məhz bundan sonra isə yuxarıda haqqında bəhs etdiyimiz fakt – hər il milyardlarla manatın dövlət xəzinəsindən yayındırıldığı aydın olub.
Təkcə 2018-2019-cu illərdə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü nəzərə alsaq, kiçik bir hesablama nəticəsində aydın olacaq ki, K.Heydərov Dövlət Gömrük Komitəsinə rəhbərlik və nəzarət etdiyi illər ərzində təxminən 28 milyard manata yiyələnib. Həmin vəsaitin ölkədən elə gömrük orqanı vasitəsilə, "TIR"larla çıxarıldığı güman edilir. Bu pullar əsasən Rusiyaya, oradan isə İngiltərəyə, Almaniyaya, Birləşmiş Ərəb Əmirliklərinə, İsrailə və s. yönəldilib. "Fövqəlnazir"in ölkədən kənarda, adı çəkilən dövlətlər başda olmaqla, dünyanın bir çox nöqtəsində ailə biznesi mövcuddur. Elə gömrük sistemindən mənimsənilən milyardlar da bu biznes vasitəsilə "yuyulub". Sözügedən pullar Heydərovun oğullarının yaratdığı ofşor şirkətlərə, Londondan tutmuş Dubayacan dünyanın bir sıra böyük şəhərlərində alınan daşınmaz əmlaka, mülklərə yönəldilib. Unutmayaq ki, yalnız yerli yox, xarici mənbələr də "fövqəlnazir" barədə ofşor zonlarda on milyardlarla manatlıq sərvətin sahibi kimi göstərilir. Ən maraqlısı isə adıçəkilən nazirin belə iddiaları təsdiqləməsə də, hələ ki, şəxsən yalanlamaması, ya da buna ehtiyac görməməsidir. Ölkədən çıxarılan həmin on milyardların indiki şəraitdə əhəmiyyəti xüsusilə qabarıq nəzərə çarpır. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sayəsində işğaldakı torpaqlarımız düşməndən azad edilib. Qarşıda yeni mərhələ – azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinin aparılması dayanır. Razılaşaq ki, haqqında danışılan təxminən 28 milyard manatla bu işlərin böyük hissəsini həyata keçirmək mümkündür.
Mövzu ilə bağlı danışdığımız tanınmış iqtisadçı Samir Əliyevin də fikrincə, əslində indiyədək baş verənlər, eləcə də, mətbuatda yazılanlar deməyə əsas verir ki, ölkədən böyük vəsaitlər çıxarılıb."Kütləvi informasiya vasitələrində bugünədək dəfələrlə qeyd edilib ki, gəmilərlə, yaxud təyyarələrlə çemodanlarda iri məbləğdə pullar xaricə daşınıb. Reallıq ondan ibarətdir ki, adi vətəndaş və sahibkar ölkədən pul çıxara bilmir. Əvvəllər belə idi ki, pul köçürmək istəyən şəxs xüsusi yerlərə gedirdi və orada köçürməni həyata keçirirdi. Pul köçürmə zamanı da digər ölkələrin müəyyən şərtləri var idi. Bunun vergisi çox aşağı idi. Ona görə də insanlar banklar vasitəsilə yox, bu cür qeyri-rəsmi yolla pul köçürmələrini həyata keçirirdilər. Belə pul köçürmələrinin isə ölkə iqtisadiyyatına böyük ziyanı dəyir. Çünki Mərkəzi Bank həmin köçürmələri izləyə bilmir. Nəticədə ölkədən nə qədər valyuta çıxdığını müəyyən etmək mümkün olmur".
S.Əliyev ölkədən böyük pulların çıxarılmasının başqa bir maraqlı sxemindən də danışıb: "Bu sxem ondan ibarətdir ki, məsələn, məhsul ixrac olunur, lakin pul ölkəyə gəlmir. Pul xaricdə başqa istiqamətdə yönəlir. Hətta bir müddət əvvəl belə bir qərar verilmişdi ki, həmin vəsaitlər qısa müddətdən sonra Azərbaycana qayıtmalıdır. İxrac olunan məhsulun pulu xarici bankda çox qala bilməz. Bunun üçün öncə 180 gün vaxt verdilər, sonra isə həmin vaxtı uzatdılar. Bunun özü də ölkədən böyük pulların xaricə daşınmasının bir yolu idi. Ümumiyyətlə, Azərbaycandan kənara valyuta axını müxtəlif formalarda həyata keçirilir, nəticədə isə bundan kimlərsə qazanır, lakin ölkə iqtisadiyyatı itirir...".