Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəfayət İmranovun başı dərddə... -Cəzalandırılacağı deyilir...

Kamran Əliyevin ölkənin baş prokuroru təyin olunmasından sonra prokurorluq orqanlarının fəaliyyətində ciddi dönüş yaranıb.

Yenixeber.org: Bu strukturda aparılan islahatlar 2021-ci ildə də davam edəcək.

Məlumata görə, Hərbi Prokurorun müavini Şəfayət İmranovun faəliyyəti barədə ciddi qanunsuzluqlar üzə çıxıb.

Müdafiə Nazirinin sabiq birinci müavini Nəciməddin Sadıqovun yaxını kimi tanınan Şəfayət İmranov  hakimiyyətin reputasiyası üçün ciddi zərbə sayılacaq “Tərtər İşi”nin müəlliflərindəndir.

İstintaq dövründə işgəncələrdən vəfat edən bir sıra hərbçilərimizin ölümündən sonra bəraət alması Hərbi Prokurorluğun qanunçuluqdan daha çox sifarişlə işlədiyini nümayiş etdirdi.

Məlumata görə, Kamran Əliyevin Baş Prokuror təyinatından sonra bu işlə bağlı şikayətlərə obyektiv baxılmasına başlanılıb.

Proses zamanı isə Şəfayət İmranovun ağlasığmaz qanunsuzluqları üzə çıxıb.

Bundan başqa onunla bağlı araşdırmalarda həm də ölkənin ən varlı adamlarından birinə çevrilməsi də müəyyən edilib.

Göyçayda və Bakıda restoranlar, mağazalar sahibi olan hərbi prokurorun müavini Belarusda da 5 ulduzlu otel və restoranlara sahibdir.

Mənbəmizin məlumatına görə, yaxın zamanlarda Kamran Əliyev Hərbi prokurorun biznesmen müavinini yola salacaq.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam