Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Gürcüstanda növbəti erməni yalanının ifşası: 15 il əvvəl ölən müğənni konsert "verəcək" -ARAŞDIRMA

Gürcüstanda növbəti erməni yalanının ifşası: 15 il əvvəl ölən müğənni konsert verəcək - ARAŞDIRMA

ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib.

Yenixeber.org: Elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib.

Təşkilatın məlumatına əsasən, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak edəcəklər. Konsertin elanı ötən həftədən “Facebook” sosial şəbəkəsində aktiv şəkildə reklam olunur.

Ötən gün təşkilat “Facebook” səhifəsində tədbirə qatılacaq Gürcüstandan olan müğənnilərin siyahısını yayıb. Amma məlum olub ki, bəzi gürcü müğənnilər xeyriyyə tədbirindən məlumatsızdır.

Salome Korkotaşvili
Salome Korkotaşvili

 

Belə ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva siyahıya daxil edilən müğənnilər - Salome Korkotaşvili və Sopo Batilaşvili ilə əlaqə saxlayıb. Müğənnilər konsertdən xəbərsiz olduqlarını bildiriblər və onların konsertdə iştirak edəcəkləri barədə yayılan məlumatları təkzib ediblər.

Daha sonra S.Korkotaşvilinin “Facebook” səhifəsində onun konsertə qatılmayacağı barədə məlumat yerləşdirilib. Bu məlumatdan sonra müğənninin adı konsertin afişasından çıxarılıb. Digər müğənni S.Batilaşvilinin də adı yenilənən siyahıda yer almayıb. Təşkilatın ötən gün yaydığı məlumata əsasən, gürcü müğənni Ketato da pandemiya səbəbindən konsertdə iştirak edə bilməyəcək.

İrakli Çarkviani
İrakli Çarkviani

 

Ən təəccüblüsü isə odur ki, gürcü müğənnilərin siyahısında birinci yerdə “Mepe” təxəllüslü İrakli Çarkvianinin adı göstərilib. Lakin müğənni 2006-cı ilin fevralında vəfat edib.

Xeyriyyə konsertinin keçiriləcəyi 20 yanvar tarixi də heç şübhəsiz təsadüfən seçilməyib. Azərbaycan xalqının ümummilli hüzn günündə ermənilərin artıq mövcud olmayan qondarma rejimə yardım məqsədilə konsert təşkil etməsi onların növbəti həyasızlığıdır. Tədbirdə guya gürcü müğənnilərin də iştirak edəcəyi barədə yalan məlumatlar yaymaqla ermənilər həm də Azərbaycan və gürcü xalqları arasında müəyyən gərginlik yaratmaq məqsədi güdüblər. Lakin ermənilərin təxribatçı cəhdlərinin hamısı uğursuzluğa məhkumdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam