Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Holcim-in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri-ARAŞDIRMA

 



Yenixeber.org: Keçmiş Qaradağ sement zavodu, indiki “Holcim Azərbaycan” ASC-də baş verən qanunsuzluqlar barədə xeyli müddətdir ki, araşdırma yazıları dərc edirik. Qısa xatırlatma üçün qeyd edək ki, zavod öz gəlirlərini saxta yolla MİNUS göstərib real gəlirlərini gizlədərək uzun illər zavodda can qoymuş keçmiş işçilərin, yəni yerli  səhmdarların dividentlərini vermir. Ancaq zavodun fransız direktoru Frederik Guimbal bahalı eyş-işrət məclislərinə pul tapır.  

 

Digər tərəfdən  zavod vaxtı keçmiş, istifadə müddəti bitmiş sementi satışa çıxarır. Bütün bu qanunsuzluqlarla bağlı Vergilər naziri cənab Mikayıl Cabbarova müraciət etmişik.

Nazirlikdən saytımıza daxil olan məlumata görə, 2020-ci ilin dekabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmdətinin Operativ Yoxlama İdarəsi “Holcim Azərbaycan” ASC-də yoxlamalara başlamışdır.

Daxil olan məlumata əsasən yoxlama zamanı “Holcim Azərbaycan” ASC-nin maliyyə direktoru Sultanova Dilbər Orucəli qızının qanunsuz  maliyyə fırıldaqları aşkar olunub.

Beləki  Dilbər Sultanova iri tikinti və “obnaliçka”  şirkətləri ilə əlbir olaraq məhsulların bazarda sənədsiz satışına, şirkətlərin nağdlaşdırma aparmasına bir başa rəhbərlik etmişdir. Bunun nəticəsində “Holcim Azərbaycan” ASC-nin istehsal etdiyi  klinker, kisə və açıq sementlərin bazarda sənədsiz dövriyyəsini təşkil etmiş, iri şirkətlərə gələn pul vəsaitlərinin ƏDV məbləğlərinin əvəzləşdirilməsini, bazarda sənədsiz satılan məhsulların vergidən yayınmasını təşkil etmişdir. O, bu işləri görərkən zavodun direktoru olan Frederik Guimbalın onun arxasında durduğunu və bir başa dəstəkçisi olduğunu bildirmişdir.

 

Dilbər Sultanova həmçinin səhmdarlara ödənilməli olan dividentlərin ödənilməməsi üçün zavodun illik mənfəətini MİNUS, guya zərərlə çıxdığını göstərmişdir. Bunun üçün o, iri şirkətlərə böyük məbləğdə  ENDİRİM məktubları  təqdim etmişdir. Həmin şirkətlər isə bu məktublar əsasında mənfəət vergisindən yayınmış, həmçinin dövlət büdcəsinə ödəməli olduqları vergiləri ödəməyərək vergidən yayınmışlar.

 

Dilbər Sultanova QANUNSUZ  əldə etdiyi pul vəsaitləri hesabına Bakı şəhərinin Səbail, Nizami, Nərimanov və Yasamal rayonlarında çoxlu sayda iki otaqlı mənzillər alaraq KİRAYƏ  vermiş, bunun da qarşılığında külli miqdarda pullar əldə etmişdir.

 

   Frederik Guimbal isə ötən yazımızda qeyd etdiyimiz kimi Fransanın ermənipərəst prezidenti Makronun siyasətinə uyğun olaraq Zəfər günü dövlət atributlarımıza hörmətsiz yanaşıb. Bu günədək Holcim ASC  bir sosial layhəyə dəstək olmayıb. Amma əvəzində Guimbal qanunsuz yolla qazandığı pullardan bəzi radikal müxalifətə  dəstək olaraq  Azərbaycanın daxilində inkişafın və stabilliyin pozilması üçün fəaliyyət göstərmişdir.

 

Bütün bu qanunsuzluqların  BAŞ MALİYYƏ MEMARI isə Dilbər Sultanovadır.

Qoy müvafiq dövlət qurumları bu qanunsuzluqları araşdırsın.

Növbəti yazıda Milli  Məclis üzvlərinin Holcim ASC-də baş verənlərə münasibətini  dərc edəcəyik.(nuh.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam