Əhmədzadənin Sabirabaddakı oliqarxı - Elman Nuriyev bölgənin kralıdır-ARAŞDIRMA
Belə ki, E.Nuriyev uzun illərdir ki, 7 Aran rayonunu əhatə edən Kür və Araz çaylarının mühafizə bəndlərinin tikinti qadağan edilən ərazilərində özünə obyektlər inşa etməklə məşğul olub. DİA.AZ-a bilgi verən mənbə bildirir ki, uzun illərdir ki, Kür çayının Sabirabad şəhəri sahilində yerləşən "Şamlıq" Restoranı da E.Nuriyevə məxsusdur. E.Nuriyev 44 günlük Vətən Savaşı dövründə bu restoranı ləğv edərək özünə hektarlarla ərazidə, özü də Kür çayının mühafizə bəndləri zonasında böyük bir Şadlıq Evi inşa etməklə məşğul olub. Məlumat verən mənbə bildirir ki, bir çox yerli və idarələrin texnikaları işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb edildiyi bir vaxtda Nuriyev özünə şadlıq evi inşa etdirib və texnikaları da öz şəxsi mülkiyyətini, sərvətini artırmaq üçün saxlayıb.
Sabirabad rayonunda bütün əhali şəhidlərini son mənzilə yola salarkən, rayonun demək olar ki, bütün kəndlərində, rayon mərkəzində hər kəs yalnız şəhidlərinin əziz xatirəsini yad edərək onlara ehtiram saxladığı bir zamanda Elman Nuriyev şadlıq, toy, sərvət əldə etmək üçün özünə gün ağlamaqla məşğul olurdu.
Hazırda da hektarla ərazidə tikinti işləri tam sürəti ilə davam etməkdədir. Onu da əlavə edək ki, Əhməd Əhmədzadənin böyük qoyun sürülərini, balıq vətəgələrini, tikinti, təmir işlərini, həmçinin də dövlət büdcəsindən maliyyələşən idarələrə ayrılan ehtiyat hisslərini də məhz Nuriyevin başçılığı ilə qara bazarda, özü də qardaşı Saleh Nuriyevin dükanlarında "xırıd" edirlər. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə E.Nuriyevin Kür çayının mühafizə olunan bənd ərazisində inşa etdirdiyi Şadlıq Evində işləyən dövlət təşkilatına məxsus texnikalarının video görüntülərini də sizlərə təqdim edəcəyik. Eyni zamanda rayonda və Bakıda yerləşən obyektlərinin, özünə və yaxın ailə üzvlərinin məxsus bahalı avtomobil kolleksiyalarının görüntülərini də təqdim edəcəyik. Yeri gəlmişkən, Elman Nuriyevin inşa etdirdiyi Şadlıq Sarayı yalnız Kür çayının mühafizə zolağına düşmür. Eyni zamanda tikinti işləri aparılan ərazi Azərbaycanda "Qırmızı kitab"a düşən ağac növü olan Ulqun sahələrinin qırılması ilə nəticələnir. Qeyd edək ki, müvafiq qanunverciliyin tələblərinə əsasən Ulqun ağaclarının qırılmasına görə, ağır cəzalar, hətta cinayət təqibi də nəzərdə tutulur. Xüsusilə də hüquqi şəxslər və vəzifəli şəxslər üçün bu tədbirlər daha sərt şəkildə qanunvericilik toplusunda öz əksini tapır.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(dia.az)