Nüvə silahına arxalanan Fransa -Ermənistan 5-ci kolon rolunda
Ermənistan dövləti casusdur.
Yenixeber.org: O, Qafqazın, o cümlədən Cənubi Qafqazın beşinci kolonudur. Erməni etnik qrupunun nümayəndələri tarixən təbəəsi olduğu bölgə dövlətlərinə qarşı fəaliyyət göstərib, 5-ci kolon rolunda olub. Bu xislətli insanların qurduğu dövlət də mahiyyət etibarilə eyni funksiyanı daşıyır. Cənub Qafqazın işğalında ermənilərin rolu əvəzsiz olub. 1990-cı ilin yanvarında sovet qoşunlarının Azərbaycana, o cümlədən Bakıya yeridilməsi buna sübutdur. Qarabağda Rusiyanın 366-cı motoatıcı sülhməramlı alayının ermənilərlə birlikdə törətdikləri soyqırımı da yaddan çıxmayıb.
Son on illərdə Ermənistan bölgəyə üçüncü dövlətlərin birbaşa iştirakına yardım edir. Cənub Qafqazda, Qarabağda Rusiya hərbçilərinin sayının artmasının baisi də bu casus, 5-ci kolon dövlətdir. Ermənistan Fransanın da bölgəyə pozucu qüvvə olaraq girməsinə çalışır. Bu, 2018-ci ilin sentyabrında Yerevanda “Frankofoniya” tədbirləri keçiriləndə özünü daha aydın göstərdi. Bir növ Fransa ilə heç bir əlaqəsi olmayan Ermənistan bu tədbiri keçirməklə fransızların xidmətində durdu. Sammit iştirakçıları, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan erməni musiqisi kimi təqdim edilən Azərbaycan havalarına - “Duy-duy”, “Xurcunu”, “Köçəri” və “Basqalı”ya oynadılar. Bu dəfə öz tarixi keçmişlərindən utanmayan Fransa Senatının üzvləri ermənilərlə birlikdə yeni bir cinayətə əl atdı. Bununla da Qarabağda yaşayacaq ermənilər üçün problem yaratdı.
Ermənistan və ermənilik bir sıra cəhətləri ilə Fransaya oxşayır. Hər iki etnosun tarixində günahsız insanların qətliamı, soyqırımı var, hər ikisində faşist düşüncə aparıcıdır (Fransa Milli Cəbhəsi Partiyasının lideri Mari Le Penin çıxışlarını xatırlamaq kifayətdir), hər ikisi başqa dövlətin torpaqlarını işğal edib, hər ikisi müsəlmanları və türkləri sevmir və s. Ermənistan 1905, 1918, 1940-50-ci illərdə, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı soyqırımlar törədib, Azərbaycan torpaqlarını işğal edib.
Fransanın bu istiqamətdə törətdiyi cinayətlərə tarixi faktlarla nəzər salaq. Bu etnosun müstəmləkəçiliyi xalqların soyqırımı və insan haqlarının tapdanması ilə müşayiət edilib. Onlar bu zülmü daha çox Afrika qitəsinin əhalisinə veriblər. Afrikada ilk fransız koloniyası 1524-cü ildə ortaya çıxıb. Sonralar Paris bu qitənin 20 ölkəsini işğal edərək onları 300 il nəzarət altında saxlayıb. Həmin ölkələrin insanlarını soyqırıma məruz qoymaqla yanaşı, onlardan qul kimi də istifadə edib. Afrikada insan ovu və alveri ilə məşğul olub. Seneqal, Kot d-İvuar və Benin qul ticarətinin mərkəzinə çevrilib. Fransa müstəmləkəçiliyinə qarşı, müstəqillik uğrunda 2 milyondan çox Afrika sakini mübarizə aparıb. Birinci Dünya müharibəsi illərində Fransanın müstəmləkəçi ordusu 71 min afrikalını süngüdən keçirib. İkinci Dünya müharibəsindən sonra Fransa uzun illər işğal etdiyi Afrika torpaqlarından çıxmadı. Fransız işğalına qarşı mübarizı aparanlar soyqırıma məruz qaldı. “Fransafrika” kimi adlanan ərazilərdə 1960-cı illərdən sonra azadlıq uğrunda yeni mübarizə dalğası başladı. Həmin tarixdən başlayaraq Fransa Afrikada 40-dan artıq hərbi əməliyyat keçirib. Həmin əməliyyatlarda ordu bütün texniki imkanlarından, o cümlədən hərbi hava qüvvələrinin döyüş təyyarələrindən istifadə edib. Hətta İkinci Dünya müharibəsinin qəhrəmanlarından sayılan Fransa prezidenti Şarl de Qollun hakimiyyəti illərində bu cinayətlərin sayı daha da artdı. Faşizmə qarşı mübarizəyə başçılıq etmiş bir lider başqa millətlər üzərində ağalığın insanlığa zidd olduğuna əhəmiyyət vermədi. Afrikada faşistlər kimi davrandı.
Fransanın Afrikada törətdikləri cinayətlər günümüzədək gəlib çıxdı. Oxşar hadisələr Valer Jiskar d-Esten, Fransua Mitteran, Jak Şirak, Fransua Olland, Nikola Sarkozinin dövründə davam etdi. Ölkənin hazırkı prezidenti Emmanuel Makron müstəmləkəçilik siyasətini davam etdirir. Fransa ordusu hələ də sülhməramlı adı altında Malidə fəaliyyət göstərir. Fransa ordusu 1990-cı illərin ortalarından başlayaraq Afrikada daha böyük cinayətlərə imza atıb. Ruanda, Zair, Anqola, Kot d-İvuar, Mərkəzi Afrika Respublikasında törədilən soyqırımları xatırlamaq yerinə düşər. Fransa ordusu sülhməramlı və başqa ad altında 1990-cı ildən 2013-cü ilədək Qabon, Somali, Ruanda, Çad, Konqo, Kot d-İvuar, Cibuti, Mərkəzi Afrika Respublikası, Sierra Leonedə hərbi əməliyyatlar keçirib. Həmin ölkələrdə Fransa çoxlu nahaq qanların tökülməsinə bais olub. Ruandadan başqa, Fransa Əlcəzairdə də soyqırımının törədilməsində günahlandırılır. 1954-1962-ci illərdə Fransa ordusunun Əlcəzairdə törətdiyi soyqırımının tanınması dünyanın gündəliyindədir. Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, tam 132 il Fransanın işğalı altında olub. 1954-cü ildən 1962-ci ilə qədər Fransa yüzminlərlə əlcəzairlini qətlə yetirib. Onların sayının 1 milyon olduğu da deyilir. Ruandada rəsmi olaraq hutu hökumətinin əmri ilə tutsilər hutular tərəfindən 1994-cü il 6 aprel-19 iyul tarixləri arasında kütləvi şəkildə qətlə yetirilib. Bu hadisə zamanı müxtəlif hesablamalara görə, təxminən 500 000 və 1 000 000 arası insan ölüb. Ölənlərin 70 faizi tutsilər olub. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edib. Fransa Ruanda hökumətinə dəstəkdə ittiham olunur.
Fransa nüvə silahına malik dövlətdir. Şarl de Qolldan başlayaraq bu günədək nüvə silahı Fransanın xarici siyasəti və strateji qərarlarının qəbulunda müstəqilliyinin əsasıdır. Deməli, Fransa dünyanı nüvə silahı ilə hədələməkdə davam edir. 2008-ci ildə Frankofoniyaya üzv qəbul edilən Ermənistan vasitəsilə Cənub Qafqazda öz iştirakını gücləndirmək niyyətində olan Fransa Senatı vasitəsilə rəy yaradır. Qafqaza soxulmaqda isə görünür nüvə silahına arxalanır.