Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vətən Müharibəsi: -Əsrə bərabər ay - TƏHLİL

Vətən Müharibəsi:  Əsrə bərabər ay -  TƏHLİL
Vətən Müharibəsinin bir ayı tamam olur. Azərbaycan geridə qalan bir ay müddətində həm döyüş meydanında, həm də diplomatik müstəvidə tarixi uğurlar əldə edib. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları zamanı düşmənə sarsıdıcı zərbələr vurulub, işğalçıların xeyli sayda canlı qüvvə və texnikası məhv edilib.
Yenixeber.org: Ordumuzun uğurlu əməliyyatları nəticəsində 1 ay ərzində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı), 3 qəsəbə (Hadrut, Mincivan və Ağbənd), 165 kənd və Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər işğaldan azad olunub. Həmçinin, ölkəmiz üçün strateji əhəmiyyəti və mənəvi dəyəri böyük olan Xudafərin körpüsü azadlığa qovuşub.



Oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin azad olunması ilə Azərbaycan İranla dövlət sərhədini tam bərpa edib. Bu tarixi hadisəni ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbə kimi qiymətləndirmək olar. İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi mühüm əhəmiyyət daşıyır. Bununla ermənilərin illərlə Dağlıq Qarabağ üzərindən apardığı narkotik qaçaqmalçılığına və digər qanunsuz fəaliyyətlərə son qoyulub.



Döyüşlərdə ölkəmiz üçün digər strateji əhəmiyyətli Suqovuşan kəndi və Hadrut qəsəbəsi də erməni işğalından azad olub. Suqovuşan kəndinin azad olunmasından sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Bununla bir neçə rayonumuzun su problemi öz həllini tapıb. Belə ki, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsilə ekoloji tarazlıq təmin edilir.



Vətən Müharibəsi ölkəmizdə həm də Dövlət-Xalq birliyini, milli həmrəyliyimizi göstərdi. Azərbaycan Xalqı indiyədək olmadığı qədər birlik, vəhdət nümayiş etdirir. Minlərlə gənc könüllü ordu sıralarına yazılmaq üçün müraciət edib. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının yalnız bir amalı var - Torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı Şuşada, Xankəndində və digər işğal altında olan ərazilərimizdə dalğalandırmaq...

Döyüşlərin 1 ayı ərzində düşmənə hərbi texnika baxımından elə ağır zərbə vuruldu ki, bunu bərpa etmək üçün bundan sonra 30 il də bəs etməyəcək. Ermənistan ordusunun qiyməti 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və qənimət kimi götürülüb.



Prezident İlham Əliyev ötən gün xalqa müraciətində sentyabrın 27-dən indiyədək Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus olan və döyüşlərdə məhv edilən hərbi texnikaların sayını açıqlayıb. Dövlət başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.



Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik”.



Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda düşmənin daha bir neçə hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyi qeyd olunub. Belə ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Sonda qeyd etmək yerinə düşər ki, Vətən Müharibəsinin bir ayı ərzində Ermənistan ordusunun onlarla yüksək rütbəli hərbçisi məhv edilib. Bir ayın tamamında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyan dünən gecə saatlarında Qarabağda ağır yaralanıb. Artıq onun yerinə digər separatçı general Mikael Arzumanyan gətirilib. Sosial şəbəkələrin erməni seqmentində Arutyunyanın artıq öldüyü bildirilir. Bunu separatçıların lideri Araik Arutyunyanın dərhal Arzumanyanı onun yerinə təyin etməsi də təsdiqləyir.



Cəmi bir ay müddətində tarixi uğurlar qazanan müzəffər Ordumuzun tezliklə Şuşada, Xankəndində, Laçında bayrağımızı ucaldacağına ürəkdən inanır, o günləri səbrsizliklə gözləyirik. (azvision)

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam