Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ovanisyanın -“qəhrəman ordu” nağılının sonu

Ovanisyanın “qəhrəman ordu” nağılının sonu
Ermənistan ordusu Azərbaycana qarşı döyüşlərdə ağır məğlubiyyətlərlə üzləşib. Erməni mətbuatında müharibənin ilk günlərində “qəhrəman ordu” haqqında əfsanələr dolaşırdısa, indi rəsmi şəxslər belə, vəziyyətin onlar üçün kritik həddə çatdığını etiraf edirlər. İlk gündən silahı qoyub qaçan erməni hərbçilərini artıq yaşlı və qadınlar əvəz etməyə başlayıb. Bir sözlə, düşmən tərəfdə xaotik vəziyyət hökm sürür.
Yenixeber.org: Döyüşlərin başladığı vaxtdan guya cəbhə xəttində ordunun yenilməməsi haqqında nağıllar uyduran Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovanisyan da dilə gələrək dolayısı ilə uçurumun bir addımlığında olduqlarını gizlətmir.

Belə ki, o, özünün “Facebook” səhifəsində dünən gecə döyüş bölgəsindən qaçmalarını etiraf edib. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin 5-ci Dağatıcı Alayının 1-ci batalyonu 300 ehtiyatda olan hərbçi ilə birlikdə döyüş mövqelərini tərk edərək geri çəkilib. Hər ötən gün Azərbaycan ordusunun nəfəsini daha yaxın hiss edən Ovanisyan artıq uydurmaların işə yaramadığını anlayaraq real itkilərdən söz açıb. Xeyli sayda itkilərinin olduğunu açıqlayan MN rəsmisi geri qayıdanlar arasında yaralıların üstünlük təşkil etdiyini söyləyib.

Daha sonra Ovanisyan Ermənistan ordusuna müraciət edərək onları "qadınlarına layiq olmağa və ölümə qarşı durmağa" çağırıb. Ardınca ordu sıralarına yazılmaqdan imtina edən erməni gənclərinə üzünü tutaraq deyib: “Hətta tələbə qızlar da özlərinin sıravi dəstələrini yaratdılar və döyüşlərə qatılıblar, ölməyə belə hazırdırlar. Bəs sən? Gəlin onlara layiq olaq”.

Azərbaycana qarşı döyüşmək istəməyən erməni gəncləri təxribatçı çağırışlarla ələ almağa çalışan Ovanisyan “Maşının üzərinə bayraq vurmaqla və İrəvanda vətənpərvərlik mahnıları oxumaqla "qələbəni" yaxınlaşdırmaq olmayacaq. Silaha sarılıb cəbhə xəttinə gedin”,- deyərək yalvarışlar edib.

Əvvəllər guya kifayət qədər könüllü və peşəkar hərbçi heyətinə malik olmaları barədə utopiyalara qapılan Ovanisyanın birdən-birə acizanə şəkildə “silaha sarılıb cəbhə xəttinə gedin” çağırışı Ermənistan ordusunun hansı miqyasda itki ilə üzləşməsini göstərir. Bir dövlət rəsmisi, hərbi vəzifə sahibi niyə öz xalqına bu formada yalvarsın ki? Deməli, ordumuz nəinki hərbi sursat və texnika cəhətdən, ümumilikdə canlı heyət baxımından da düşməni güclü itkilərə məruz qoyub. İş o yerə çatıb ki, Ovanisyan əli yalnız qələm tuta bilən tələbə qızları da ordu sıralarına cəlb etdiklərini dilə gətirib. Hətta onları təhqiramiz formada öz kişilərinə nümunə göstərib.

Buradan aydın olur ki, yalnız mülki əhalini hədəf seçən ermənilər açıq döyüşdən qaçır və indiyədək "qəhrəman ordu" nağıllarının müəlifi olan Ovanisyan, nəhayət, Azərbaycanın gücü qarşısında aciz qaldıqlarını rəsmən elan edir. Erməni rəsmisinin bu paylaşımı orduya nəzarətin itməsi və vətənpərvərliyi unudan xalqın cana doymasından xəbər verir!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam