Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Mikayıl Müşfiqin qalıqlarının araşdırılması zamanı -repressiya illərində güllələnmiş digər şəxslərin də skeletləri tapılıb

Mikayıl Müşfiqin qalıqlarının araşdırılması zamanı repressiya illərində güllələnmiş digər şəxslərin də skeletləri tapılıb - EKSKLÜZİV

 

“Ekspertiza hazırda təkcə Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların araşdırılması ilə məşğul deyil. Axtarışlar Mikayıl Müşfiqin adı ilə başlasa da, sonradan əhatə dairəsi genişlənib”.

Yenixeber.org: Bunu açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.

Ə. Həsənov bildirib ki, həmin ərazidə repressiya illərində güllələnməyə məruz qalan partiya üzvlərinin, dövlət xadimlərinin, başqa şəxslərin də skeletləri tapılıb: “Onların da adamları ərizə verib cavab gözləyirlər. Artıq ekspertiza təkcə Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən qalıqların araşdırılması ilə deyil, oradan qalıqları tapılan digər şəxslərin də kimliyini müəyyənləşdirməyə çalışır. Müayinələr davam edir, həmin ərazidən yeni skeletlər gətirilir. İstintaq sirri olduğu üçün mən sizə dəqiq siyahını deyə bilmərəm, sadəcə, biləsiniz ki, çoxdur”.

Ə. Həsənov araşdırmaların nə vaxt yekunlaşacağı ilə bağlı suala konkret cavab verməyib: “Biz o vaxt bu işi başlayanda elə bilirdik ki, iki-üç həftəyə yekunlaşacaq, lakin üstündən iki il keçib, hələ nəticə yoxdur. Buna görə də yekunlaşma vaxtını dəqiq demək mümkün deyil”.

Qeyd edək ki, Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam