Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı –SƏBƏB + VİDEO

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı –

 

Yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayandırılıb.

 

Yenixeber.org: Bu markalı benzini ölkəyə gətirən və satan “SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, yanacağın satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə qiymətlərin bahalaşmasıdır. 

Şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə Aİ-98 super markalı benzinin gətirilməsi hələ ki, dayandırılıb.

Şirkət rəsmisinin sözlərinə əsasən,  yanacağın ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər “Aİ 95” kimi tanınan “Premium” markalı benzindən istifadə edə bilərlər. 

Onun sözlərinə görə, “Aİ-98 super” markalı benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində artım olmayacaq.

Qeyd edək ki, “Aİ-98 super” markalı benzin Azərbaycanda istehsal olunmur. Bu markalı benzin ölkəmizə Bolqarıstan, Belarus və Rumıniyadan idxal edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam