Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aşura günü tanınmışlardan kimlər qan verəcək?

 

Oktyabrın 1-i Aşuradır. 

Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə ölkədə 17 ünvanda qanvermə aksiyaları keçiriləcək. 

Aksiya keçiriləcək məscid və ziyarətgahların siyahısı bunlardır: Yasamal rayon Təzə-pir məscidi, Yasamal rayon Hacı Soltanəli məscid, Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi, Səbayel rayon İçərişəhər Cümə məscidi, Suraxanı rayon Qaraçuxur məscidi, Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi, Nizami rayon Keşlə qəsəbə məscidi, Sumqayıt şəhəri Cümə məscidi, Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhəri mərkəzi Cümə məscidi, Lənkəran şəhəri Böyükbazar Cümə məscidi, Bərdə şəhəri Cümə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi, Göyçay rayonu Əbülfəzlil Abbas məscidi, Quba rayonu Ərdəbil məscidi.

Картинки по запросу Həkim Seyfəddin Əsəd


Həkim Seyfəddin Əsəd qanvermənin insan orqanizmi üçün çox xeyirli olduğunu bildirdi: “Qanvermə insan orqanizmini təzələyir. Əvvəlcə qan verən müayinə olunmalı, qan faizi yoxlanılmalıdır. Əgər şəxsdə kifayət qədər qan yoxdursa, qan verməyə ehtiyac yoxdur. Həkim məsləhətindən sonra şəxs qan verir, bu zaman orqanizm qanın yerini bərpa etmək üçün fəaliyyətini artırır, nəticədə insanda qan təzyiqi normallaşır. Hətta dərinin rəngi yaxşılaşır. Qan dövranında olan normallıq orqanizmdə olan immuniteti də artırır. Uzun müddətdir ki, insanlar qanvermə yolu ilə özünü qan təzyiqi sızmasından qoruyur. Buna görə də mən də təcrübəmdə qanvermədən istifadə edərək, təzyiqli xəstələrimdən qan almışam. Belliklə qanvermə həm insana bioloji baxımdan xeyirlidir, həm də qana ehtiyacı olan xəstələr üçün qan deposu yaradır”.

Seyfəddin Əsəd Aşura günündə qanvermə aksiyasında iştirak edəcəyini də dedi: “Həmin gün tibb müəssisələrində çalışan tibbi heyət birlikdə qanvermə aksiyasında iştirak edəcəyik”.

Maraqlıdır, bəs digər tanınmış simalardan kimlər qanvermə aksiyasında iştirak edəcək?

Картинки по запросу Deputat Çingiz Qənizadə

Deputat Çingiz Qənizadə qeyd etdi ki, əgər hansısa bir təşkilat dəvət etsə, iştirak edəcək: “Qan vermək lazımdır. İnsanlar adi günlərdə də gedib qan verirlər. Xatırlayıram ki, talassemiya xəstəsi olan bir qıza 3-4 il ardıcıl qan verdim. Daha sonra uşaq böyüdü və deyəsən səhhətindəki problemlər həll olundu. Çünki sonra müraciət olmadı. Bir daha qeyd edirəm ki, belə bir dəvət olarsa, çox böyük məmnuniyyətlə iştirak edərəm. Ölkədə qan ehtiyat bazası həmişə dolu olmalıdır. Hesab edirəm ki, bu məsələni Şeyximiz vaxtilə ona görə qabardıb, özü də Aşura günü qan verdi ki, insanlar elə hesab edirdilər ki, bu gündə mütləq qan çıxartmalıdır və özlərini zəncirlə vurur, başlarını yarırdılar. Hətta bəzi ölkələrdə kəsici xəncər və qılınca bənzər alətlərlə özlərinə xəsarət yetirirdilər. Bu mövhumatçılıqdır. Biz həm də müharibə aparan ölkəyik və təbii ki, ehtiyat qan bazamız olmalıdır. İkinci də müəyyən talassemiya və digər xəstələrimiz çoxdur, onlara daim qan lazımdır. Amma bunu məhz “Aşura günündə qan çıxmalıdır” deyə irəli sürənlərin fikri ilə heç cür razılaşa bilmirəm”.

Картинки по запросу AĞ partiyanın sədri Tural Abbaslı

AĞ partiyanın sədri Tural Abbaslı isə aksiyada iştirak edə bilməyəcəyini dedi: “Əvvəla onu qeyd edim ki, mən xalqımızın milli və dini adət-ənənələrinin qorunmasının və növbəti nəsillərə ötürülməsinin tərəfdarıyam. Bu hər xalqın varlığını qorumasının yeganə yoludur. Ancaq bu, o demək deyil ki, istər dini, istərsə də milli adətlərimizə yad adətləri də yaşatmaq gərəkdir. Düşünürəm ki, zaman-zaman bizim milli, dini adətlərimiz qonşularımızın və bizi işğal etmiş dövlətlərin mədəniyyətlərinin təsirinə məruz qalmış və bunun da nəticəsində bəzi xoşa gəlməyən “adətlər” formalaşmışdır. Biz çalışmalıyıq ki, bu sahədə milli və dini əsasları olmayan adətləri yaşamımızdan təcrid edək. Konkret Aşura gününə gəldikdə isə bildiyim qədər İmam Hüseynin Kərbəladakı şəhadətinə qədər də bu gün dinimizdə xüsusi yerə malik idi. Əvvəllər bu gün heç də xoş olmayan və İslamı əsası olmayan bəzi hərəkətlərlə qeyd olunurdu. Mən o zaman da bu gün də belə hərəkətlərin əleyhinə idim. Sonradan bu hərəkətlərin qarşısının alınması üçün Qafqaz Müsəlmanları idarəsi Qanvermə aksiyası təklif etdi. Bu gün də bu, davam edir. Müqayisədə təbii ki, qanvermə aksiyası daha məqbuldur. Bu hərəkətlə yüzlərlə xəstəyə yardım edilmiş olur. İslam zatən həm də yardımlaşma və mərhəmət dinidir. Mənim özümsə təəssüf ki, qan verə bilmirəm. Buna cəhd etsəm də zamanında keçirdiyim bəzi xəstəliklər səbəbindən həkimlər icazə verməyib”.

Картинки по запросу

Nəğməkar şair Vüqar Əhməd də keçiriləcək qanvermə aksiyasını təqdir etdiyini bildirdi: “Çox gözəl aksiyadır. Neçə ildir ki, bu cür aksiyanı dəstəkləyirəm. Bu, şeyximizin təşəbbüsüdür və ən böyük savabıdır. Yadımda idi ki, uşaq vaxtı Aşura günündə zəncirlə sinə vururdular. Amma hazırda bu cür aksiyanın keçirilməsi şəhid olan imamlarımızın da ruhunu şad edər. Çünki İslam dinində özünə xəsarət etmək günahdır. Amma qan vermə ilə xəstə insanların şəfa tapmasına yardım edilir”.

Bununla belə Vüqar Əhməd qanvermə aksiyasında iştirak edə bilməyəcəyini dedi: “3-4 əməliyyat keçirdiyim üçün çoxlu qan itirmişəm. Buna görə qan azlığından əziyyət çəkirəm. Bu səbbədən qanvermə aksiyasında iştirak edə bilmirəm”.

Похожее изображение

Tanınmış jurnalist Seymur Verdizadə də humanitar aksiyaları dəstəklədiyini və imkan daxilində bu cür tədbirlərdə iştirak etməyə çalışdığını söylədi: “Qanvermə aksiyasını mən alqışlayıram. Hər il Şuşanın işğalı günü qanvermə aksiyasında iştirak edirəm. Ümumiyyətlə, ildə iki dəfə qan verilməlidir. Bu, həm bioloji, qanın təzələnməsi üçün, həm də mənəvi cəhətdən lazımlıdır. İndi də əgər sabah Bakıda olsam, dəvət alsam qanvermə aksiyasında iştirak edəcəm. Dəfələrlə efirdə və yaxud başqa yerdə kiməsə qan ehtiyacı olduğunu görəndə qan vermişəm. Ümumiyyətlə, hesab edirəm ki, sənətindən, peşəsindən asılı olmayaraq, sağlıq durumu yerində olan hər bir insan bu aksiyalarda iştirak etməlidir”. (musavat) 

Картинки по запросу Xalq artisti Səməd Səmədov

Xalq artisti Səməd Səmədov bu günə qədər bu cür aksiyada iştirak etmədiyini etiraf etsə də, sabahkı aksiyaya qatılacağını dedi: “Bəli, həmin aksiyada iştirak edəcəm. Baxmayaraq ki, 71 yaşım var, yenə qan verəcəm, mütləq. Çünki mən həmişə irəlidə, öndəyəm”.

Картинки по запросу Əməkdar artist Nüşabə Ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli isə anemiya xəstəsi olduğunu, bu səbəbdən qanvermə aksiyasında iştirak edə bilmədiyini dedi: “Təəssüf ki, iştirak etmirəm. Çoxları da bilir ki, məndə anadangəlmə anemiya xəstəliyi, yəni qan azlığı var. Hətta bununla bağlı müalicə də alıram. Amma inanın ki, böyük məmnuniyyətlə aksiyaya qoşulmaq istəyərdim. Bu çox təqdir edilən aksiyadır. Ümumiyyətlə qanvermə insan orqanizmi üçün çox faydalıdır, orqanizm təzələnir, qan öz yerini bərpa edir”.

Картинки по запросу Tahir Əmiraslanov

Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov da aksiyada iştirak edə bilməyəcəyini bildirdi: “Aksiya çox gözəldir. Amma həkimlər mənə icazə vermir qan verim. Deyirlər ki, olmaz”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam