Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Raisaya brilyant yalanı: Qarabağ necə satıldı?- Kəşfiyyatçı danışır

 

 

79 yaşlı professor, keçmiş kəşfiyyatçı Baxış İsmayılovun həyatını öyrənəndə, yaşadıqlarını eşidəndə onun bir əsri əhatə edən canlı ensiklopediya olduğuna şübhə yeri qalmır. Körpə ikən ailəsi ilə birlikdə Qazaxıstana sürgün olunması, “Vətən xaini” damğası almaları, Nazarbayevlə yaxın dostluğu, Heydər Əliyevlə maraqlı görüşləri, SSRİ lideri Brejnevlə yaxınlığı və daha nələr, nələr...

Yenixeber.org: 

- Müsahibədən öncə bir məqama da toxundunuz: Heydər Əliyev SSRİ-də o qədər böyük nüfuz sahibi idi ki...

- Əlbəttə. Demək, bir dəfə Özbəkistanın Daşkənd şəhərində Sırdərya rayonunda V.İ.Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Nəzirə Yoldaşovanın təsərrüfatı ilə yarışırdıq. Nəzirə xanım həm də qəhrəman ana idi: 12 oğlu, bir qızı vardı. Orada iştirak edəndə bizi çox yaxşı qarşıladılar. Hesab edirəm ki, bunların hamısı Heydər Əliyevə görə idi. Yığıncaq zalına daxil olanda bir şey diqqətimi çəkdi. Gördüm, divarda bir tərəfdə Leninin, bir tərəfdə Brejnevin, bir tərəfdə də Heydər Əliyevin şəkli asılıb. Maraqlısı budur ki, H.Əliyevin şəkli rəngli idi, o birilər ağ-qara. Qarşılaşdığım mənzərədən xeyli təsirləndim. Sən demə, tədbir iştirakçılarının fikri məndə imiş. N.Yoldaşova üzünü mənə tutub dedi ki, deyəsən, bizim hörmətli qonağımız bir az təəccüblənib. Başladı vəziyyəti izah etməyə. Dedi: “bu, Sovet hökumətinin banisi Lenindir, o biri hazırda bizim hökumətin başçısı Brejnevdir. Bu isə biz müsəlmanların allahı Heydər Əliyevdir. Mən onu belə hesab edirəm, bəlkə də bu, düz deyil, amma mən onu bu dərəcədə sevdiyimə görə digərlərindən fərqləndirirəm”. Qeyd edim ki, Nəzirə xanım özbək idi.

- Ona olan diqqət və sevgi SSRİ siyasi dairələrini narahat edirdi?

- Ümumiyyətlə, qonşularımız – ermənilər və gürcülər Heydər Əliyevə qarşı çox qərəzli davranır, paxıllıq edirdilər. Buna görə ermənilərlə, gürcülərlə mübarizə aparmışam. Qorbaçov isə ölkəni necə satdısa, yaxın adamlarını da elə satdı. O bilirdi ki, Heydər Əliyev idarəetməni çox gözəl bilir, ona görə də Heydər Əliyevi özündən uzaqlaşdırdı. M.Qorbaçov rəhbərliyə keçəndən sonra düz 36 erməni MK-də işləyirdi. Onlar Qarabağ məsələsini planlaşdırmışdılar. Hər gün iki nəfər Qorbaçovun qəbuluna düşürdü. Guya ki, hesabat verir, amma əslində, Qarabağ məsələsini müzakirə edirdilər, ondan razılıq alırdılar. Ermənilər eyni zamanda Qorbaçovu biabır etdilər. Guya dünyadakı ən böyük qara brilyantı onun xanımı Raisaya hədiyyə verdilər. Halbuki bu, adi daş olub. Qarabağdan götürüb, düzəldib, Qorbaçovun həyat yoldaşına vermişdilər. Həmin daşın hədiyyə kimi Raisaya verilməsində əsas məqsəd Qarabağ məsələsinin həll edilməsi olub. Sırf bu faktla onun ittiham edilməsini, ona satqın kimi ən ağır cəza verilməsini istəyirdim. Çıxışlarımda təklif etmişdim ki, hər respublikadan adam toplansın, komissiya yaradılsın və o cəzalandırılsın.

- Baxış müəllim, Brejnevdən çox danışdıq, amma onun sonu barədə bəzi məqamları bizə demədiniz.

- O vaxt çox şey olub, hamısını demək olmur. Brejnev cüssəli adam idi. Onu dəfn edəndə Andropov komissiyanın sədri idi. O, tabutu aparmağı gərək iki yox, dörd nəfərə tapşıraydı, amma o, iki adama tapşırmışdı. Onlar da tabutu saxlaya bilmədilər və meyit yerə düşdü. Bu da ona qarşı böyük hörmətsizlik idi. O zaman Andropov Brejnevin yerində idi. Hər şey qurtarandan sonra Brejnevin qızı Qalina Andropovun qəbuluna gedib şikayət edir ki, niyə belə elədiniz, dəfn mərasimi daha yaxşı təşkil oluna bilərdi. Andropov da deyir, nə fərqi var, onsuz da ölüb. O vaxt belə deyirdilər ki, Qalina “onda sən də öl”, - deyir və tapançadan atəş açaraq onu vurur. Həmin hadisədən sonra Qalinanı tuturlar və sonra dəli olduğunu iddia edib buraxırlar. Andropov bu atəşdən yüngül yaralanmışdı.

- Andropovun da ölümü bir qədər müəmmalı qaldı.

- O vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Georqadze Ali Sovetdə çıxış elədi və səhər xəbər yayıldı ki, ölüb. Georqadzeni ona görə öldürmüşdülər ki, çox məsələdən agah idi. Onun bildikləri Andropov üçün təhlükəli olduğuna görə onu öldürtdü. Oğlu atasının intiqamını aldı. Georqadzenin oğlu Andropovu öldürməyə gedəndə gülləni zəhərə batırmışdı. Beləcə Georqadzenin oğlu Andropova atəş açır və o, güllə yarası alır, amma sağalır. Lakin zəhər bədəndə öz işini görür və Andropov ölür. Hamı da elə bilir ki, Andropov xəstəlikdən ölüb.

- Baxış müəllim, çətin, dramatik və bir o qədər də maraqlı həyat yaşamısınız. İstərdik, müsahibənin sonunda lap əvvələ qayıdaq: sürgün həyatınıza və geridə qalan o illərin xoş, ağrılı xatirələrinə...

- Bildiyim qədər, bizi Qazaxıstana aparan qatar 1938-ci ilin noyabrında İmişlidən yola çıxıb. Özü də bizi heyvan aparılan qatarda göndəriblər. Pəncərəsiz qatar idi. Belə deyim ki, 10 ailəni bir kupeyə yığıb doldurmuşdular. Heç düz-əməlli əl-qolunu uzadıb oturmaq da mümkün deyilmiş. Yatanda da büzüşüb yatırmışlar. Havasız mühit, sıxlıq, yemək yox, soyuq... Özü də sürgünü bilərəkdən soyuq aylarda başlatmışdılar ki, insanlar soyuqdan qırılsın.

Sürgün vaxtı qaranlıq, qapısı bağlı otaqda bir xanım uşaq dünyaya gətirirmiş. Bir avam adam deyib ki, “a balam, indi qaranlıqdır, saxla sabaha”. Axı belə sadəlövh insan necə xalqın düşməni ola bilərdi? Camaatı çox asanlıqla şərləyib qırırdılar.

- Bəs qatarda ölənləri harada basdırdılar?

- O vaxt vaqonlarda ölənlərin aqibəti haqda məlumatımız yoxdur. Deyilənə görə, sürgünə göndərilənlərin yarısından çoxu yolda ölüb. Sağ qalanlar isə qatardan düşəndən sonra 3 gün piyada gediblər. O qədər ac, səfil vəziyyətdə olublar ki, yerli əhali - qazaxlar onların vəziyyətinə acıyıb, yardım göstərib. Hər kəs imkanı daxilində onları evlərinə aparıb, çay-çörək verib. Ondan sonra da azərbaycanlılarla qazaxlar arasında güclü dostluq münasibətləri başlayıb. Məncə, bizim qazaxlarla dostluq münasibətimiz möhkəmliyi həm də bununla bağlıdır. Yadıma gəlir ki, biz qazax uşaqlarla oynayırdıq. Nursultan Nazarbayevin atası mənə “oğlum” deyirdi. Atamın Qazaxıstanda çoxlu dostları olub. Tez-tez evimizə gəlirdilər. Münasibətlərimiz çox yaxşı olub. Hələ də bacım uşaqları oradadır və bu münasibət davam edir. Bir müddət əvvəl Nazarbayevə təbrik məktubu yazmışdım, o da cavab olaraq mənə təşəkkür məktubu göndərmişdi.

    (axar)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam