Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vüsalə Mahirqızıdan “narazılara” çağırış:- "Yenə sabah üz-üzə gələcəyik, dostuq, yoldaşıq"

Vüsalə Mahirqızıdan “narazılara” çağırış:

 

Yenixeber.org:“Gözəl insanlar, ev alan həmkarlar üçün sevindik, haqqı çatıb, ehtiyacı olan, lakin bu dəfə mənzil qismət olmayan həmkarlarımıza görə üzüldük. İnşallah, gələn dəfələrdə onlara da qismət olar”.


Gununsesi.info-nun xəbərinə görə, bunu “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı deyib.
“Kirayədə yaşamış, ehtiyacın nə olduğunu bilən və heç vaxt unutmayan adam kimi onların hisslərini, emosiyalarını da anlayıram”- deyən V. Mahirqızının sözlərinə görə, lakin bu siyahı obyektivdir, əladır:
“O siyahıda mənim tanıdığım onlarla həmkarımız var ki, onlar öz maaşları ilə ev almaq imkanına malik deyillər. Anlayıram, media elə inkişaf eləməlidi ki, hamı öz maaşı ilə ev ala bilməlidi. Amma reallıq odu ki, media elə inkişaf eləməyib və indi də əksərən jurnalist maaşı ilə ev almaq olmur. Bəlkə də 30-40 il sonra olacaq. Amma indi olmur. 30-40 il bir sahənin inkişafı üçün elə də çox vaxt deyil.
Amma bir insanın ömrünün yarısı, hətta yarıdan çoxudu. Yekə-yekə danışmaq asandı, yaşamaq çətin. Mən bu siyahının tərtibi zamanı nə qədər əziyyət çəkildiyini, nə qeder araşdırma aparıldığını bilirəm. Ədalətli olmaq üçün hər şey ediblər və olublar da. Subyektiv yanaşmalar həmişə olacaq.
Məncə, artıq bu müzakirələrin bitməsi yaxşı olar. Çünki bu umu-küsülər nəticəni dəyişmədiyi kimi heç kimə də nəsə qazandırmayacaq. Biz hamımız yenə sabah üz- üzə gələcəyik, dostuq, yoldaşıq. Bayramınız mübarək!” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam