Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Valyuta ehtiyatı ölkənin 25 aylıq ehtiyacını ödəyə bilər” -İqtisadçı

natiq

 

Azərbaycanın xarici borcunun həcmi  11,5 milyard dollara çatıb. İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, dövlət zəmanəti ilə şirkətlərin götürdüyü borcla birlikdə xarici borcumuz 25 mlrd. dollara yaxınlaşır.

Yenixeber.org:  Gununsesi.info-ya istinadən bunu iqtisadçı bildirir.

N.Cəfərlinin sözlərinə görə, ÜDM-in həcmi 35 mlrd. dollar civarındadır. İqtisadçı bildirir ki, borclanma bu templə davam edərsə, 2-3 ilə əlavə borclar və borc faizləri ÜDM-i keçəcək: “Borclar artır, amma gəlirlər azalır, neft-qaz gəlirləri ölkənin ehtiyaclarını ödəyə bilmir, digər sahələrdə isə inkişaf və qazanc yoxdur.

Ölkənin valyuta ehtiyatlarına güvənirlər, amma bu gün bütün borcları bağlasaq, gələn ilin büdcəsinə, büdcədənkənar xərclərə pul tapmarıq. Ehtiyatlar ölkənin cəmi 25 ay mal və xidmət ehtiyacı həcmindədir.
Pambığa ümid etdilər – boşa çıxdı, keçən il birbaşa və dolayı bu sahəyə 86 mln. pul qoydular, cəmi 24 mln. geri döndü.
Tut tingi əkib baramaya ümid edirlər, 7 ildən sonra, güya, ipək satıb pul qazanacağıq -boş xülyadır.
Şərabçılığa bel bağladılar, məlum oldu ki, 2016-cı ildə cəmi 2,4 mln. dollarlıq şərab ixracı olub. Turizmə ümid edirik, amma hamı da bilir ki, bura maksimum ərəb-fars turistləri gəlir ki, bununla da xarici borc qaytarılmaz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam