Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MARKETDƏKİ QARŞIDURMANIN PƏRDƏARXASI –ŞOK TƏFƏRRÜAT

1496902692-9573-300x188

 

“Hadisə baş verən ərazidəki təhlükəsizlik kameralarının görüntülərini niyə ortaya çıxarmırlar? O görüntülər kimin günahkar olduğunu aydın göstərə bilər”

Yenixeber.org:  İyunun 8-də səhər saatlarında Binəqədi rayonundakı “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında baş verən qarşıdurma ilə bağlı mübahislər bu gün də davam edir. Hadisənin baş verməsinə görə tərəflər bir-birini ittiham edir.

Mağazadan verilən məlumatlarda “Riyad” Mühafizə Xidmətinin bir qrup əməkdaşının Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşlarına ciddi xəsarət yetirdiyi və marketə maddi ziyan vurduğu bildirilir. Və bunun arxasında mağazanın yerləşdiyi obyektin sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun dayandığını iddia edirlər. Bildirilir ki, A. Xanməmmədov mağazanın boşaldılmasını və geri təhvil verilməsi tələb edib.

Ancaq A.Xanməmmədovun il yarım əvvəl mağazanı 1,5 milyon manata yeni sahibinə satdığı iddia olunur. Ortada bunu təsdiqləyən sənədin olmamasına görə də qarşı tərəfi ittiham edirlər.

Bu iddialar və ittihamlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.“Riyad” Mühafizə Xidmətinin bir qrup əməkdaşı və mağazanın yerləşdiyi obyektin sahibi Azadxan Xanməmmədov polis tərəfindən saxlanılıb. Bu gün Azadxan Xanməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

1496993905_safaQeyd edək ki, verilən məlumatlarda qarşı tərəfə ittihamlar irəli sürülsə də, qəribədir ki, mağazanın sahibi heç bir açıqlama verməyib. Məlumtlarda heç mağazanın sahibinin adı da çəkilmir.

“AzPolitika.info”ya verilən məlumatlarda isə “Safastore” mağazasının sahibinin Bakıda çoxsaylı marşrut xətləri və obyektləri olan Seyidov Faiq Sadiq oğlu olduğu bildirilir. “Safa Holdinq”in sahibi olan Faiq Seyidovun güclü himayədarlarının olduğu iddia edilir. Elə son hadisədə Azadxan Xanməmmədovla bağlı həbs-qətimkan tədbirinin seçilməsində də, bu himayədarların rolu olduğu istisna edilmir…

Hər halda “AzPolitika.info” ilə əlaqə saxlayan Azadxan Xanməmmədovun vəkili və həyat yoldaşı hadisədə iş adamının heç bir günahının olmadığını bildirirlər. Eyni zamanda qarşı tərəfi bu hadisəni qəsdən törədərək, iş adamının obyektini qanunsuz yolla ələ keçirməyə çalışmaqda ittiham edirlər.

Azadxan Xanməmmədovun həyat yoldaşı Əsmər Fətullayevanın sözlərinə görə, baş vermiş hadisə ilə bağlı mətbuatda tamamilə yanlış informasiyalar verilib: “Binəqədi rayonu, M.Cəlal küçəsi 1D ünvanında yerləşən, təxminən 2000 kv.m həcmində qeyri-yaşayış sahəsi həyat yoldaşımın mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinın bir hissəsi 5 ildir ki, zəbt olunaraq, bir hissəsində “Safastore” adı altında supermarket açılıb. Tamamilə qanunsuz olarq, mülkiyyətimizə müdaxilə edilib. Həmin əmlakların bu günə kimi nə dəyəri ödənilib, nə də bizə icarə haqqı veriblər. Bununla bağlı həyat yoldaşım 5 ildir ki, zəbt olunmuş qanuni mülkiyyətimizin boşaldılmasına çalışır. Qanunla, xahiş-minnətlə buna cəhd edir. Ancaq “Safastore” mağazasının sahibi Faiq Seyidov nə qanunlara tabe olur, nə də xahiş eşidir.

5 ildir mülkiyyətimizi zəbt etməsi bir yana, bizim öbyektə girişimizə də imkan vermirdilər. Əvəzində kənar şəxslər bizə məxsus qeyri-yaşayış sahəsinə istədikləri vaxt girib-çıxırdılar. Mağazanın yanıda, həyətdə yoldaşıma məxsus inzibati ofis yerləşirdi. Yoldaşım həmin ofisin qorunması üçün “Riyad” Mühafizə Xidməti ilə müqavilə imzaladı ki, kənar şəxslər girib, oranı dağıtmasınlar. Həmin gün də yoldaşım mühafizə xidmətinin əməkdaşlarına haranı qoruyacaqlarını göstərmək üçün ora getmişdi. Ancaq Faiq, bacanağı, onların yanında olan şəxslər yoldaşımı görən kimi, onun üzərinə hücum çəkiblər. Yoldaşım da oradan uzaqlaşıb. “Qara Qarayev”in ərazisinə çatanda ona zəng vurublar ki, mühafizə ilə mağazanın əməkdaşları dalaşır. Yoldaşım da israrla deyib ki, sizi təxribata çəkirlər, dava salmayın. Amma buna baxmayaraq, hadisə baş verib. Sonra da yoldaşımı həbs etdilər.

Obyekti zəbt olunan yoldaşım, heç bir icarə haqq almayan yoldaşım, hücuma məruz qalan yoldaşım, bıçaqla hədələnən, avtomobili zədələnən yoldaşım, həbs olunan da yoldaşım! Bu nə qədər ədalətlidir? Hadisə baş verən ərazidəki təhlükəsizlik kameralarının görüntülərini niyə ortaya çıxarmırlar? O görüntülər kimin günahkar olduğunu aydın göstərə bilər. Baxsınlar görək mənin ərim kiməsə hücum təşkil edib, yoxsa ona hücum ediblər?

Bu adamlar görün nə qədər arxayındırlar ki, dünən gecə inzibati ofisə daxil olaraq, sənədləri, komyuterləri dağıdıblar. Bununla da kifayətlənməyib, bu gün ofisin qapısını da hörüblər (Fotolar aşağıda verilib-red.). Bununla qanundan üstün olduqlarını göstərirlər. Bir daha bildirirəm ki, bizim, əmlaklarımız zəbt edilib.Yoldaşım da iştirak etmədiyi bir hadisəyə görə həbs olunub. Bütün bunlar təsadüfi deyil, mülkiyyətimizi ələ keçirmək istəyirlər. Mağazanın sahibi Faiq Seyidov himayədarlarına arxayın olaraq, bunu edir. Əgər bu haqsızlıq davam edərsə, həmin himayədarların adlarını da açıqlayacağıq.
Mən də mətbuat vasitəsilə ölkə Prezidenti İlham Əliyevdən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyirəm. Xahiş edirəm işə ədalətli baxılmasını təmin etsinlər”.

bb4bf9f6166f46835f990ac2ecb783e6A.Xanməmmədovun vəkili Ceyhun Yusifov isə ilk növbədə qeyd etdi ki, müvəkkili barəsində həbs-qətimkan tədbirinin seçilməsi doğru deyil:“Azadxan müəllimin hadisdə heç bir iştirakı olmayıb. O, “Riyad” Mühafizə Xidməti ilə mülkiyyətindəki obyektin qorunmasına dair müqavilə bağlayıb. Mühafizəçilərin əməllərinə görə, onun məsuliyyətə cəlb edilməsi absurddur. 10 minlərlə mühafizə xidmətindən istifadə edən şirkət, obyekt var. Onda belə çıxır ki, mühafizə xidmətindən istifadə edən istənilən şirkətlərin, dövlət orqanlarının rəhbərləri mühafizəçilərin hərəkətinə görə cavabdehlik daşıyır? Belə qanun yoxdur”.

C.Yusifov həmçinin bildirdi ki, baş verən hadisənin müdafiə etdiyi şəxsə birbaşa aidiyyəti yoxdur: “Həmin obyekt Azadxan müəllimin mülkiyyətindədir, qarşı tərəf isə sahiblik hüququmuzu həyata keçirməyə əngəl yaradır. Həmin obyektin Azadxan Xanməmmədovun xüsusi mülkiyyəti olması barədə 19.05.2011-ci il tarixli Çıxarış var. Buna görə də qanunvericiliyə uyğun olaraq “Riyad” Mühafizə Xidməti ilə müqavilə imzalayıb. Müqavilə də obyektin mühafizəsinin təmin edilməsi məqsədi ilə bağlanılıb. Mühafizə Xidmətinin əməkdaşları kənar şəxslərin obyektə qanunsuz daxil olmasının qarşısını alıblar. Bu da qanunvericiliyə tam uyğundur. Mühafizəçilərlə həmin yerdə fəaliyyət göstərən Faiq adlı şəxsin arasında baş verən mübahisədə də iştirak etməyib. Mübahisə baş verən zaman əməkdaşlardan biri Azadxan müəllimə telefonla məlumat verəndə, o, Nizami rayonu ərazisində olub. Hadisə baş verən ərazidə təhlükəsizlik kameraları var. Onlara baxmaqla hadisənin necə baş verdiyini, kimlərin iştirak etdiyini aydın görmək olar. İşə obyektiv yanışılarsa bütün bunlar ortaya çıxar. Ancaq nədənsə, həmin kameranın görüntülərini ortaya çıxarmırlar”.

C.Yusifov qeyd edib ki, A.Xanməmmədov barəsində Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başladılıb: “İstintaq tərəflər arasındakı münaqişəni aydınlaşdırmaq əvəzinə, məsələni elə bir formaya gətiriblər ki, guya Azadxan müəllimin göstərişi ilə olub. Bu, tamamilə absurddur. Hadisədə müvəkkilimin hər hansı iştirakı olmayıb.
Digər tərəfdən 221.2-ci maddə ilə Azadxan müəllim barəsində həbs-qətimkan tədbirinin seçilməsi də doğru deyil. Bunun fəaliyyətində hansı ictimai-təhlükəli əməl var ki, həbs-qətimkan tədbir seçilir? Baş prokurorun da əmri var ki, belə hallarda həbs-qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Niyə bu əmrə əməl edilmir”.

1496902799_0001C.Yusifov qeyd etdi ki, A. Xanməmmədovun mağazanı 1.5 milyon manata satması barədə iddialar da tamamilə yalandır: “Kim verib, nə zaman, kimlərin yanında verib? Milyon yarım 150 manat deyil ki, cibindən çıxardıb kiməsə verəsən. Bu qədər vəsiti kim sənədsiz, sübutsuz başqasına verər? Milyon yarım pul təxminən 20 kq. çəkiyə malikdir. Bu böyüklükdə pulu saymağa iki gün vaxt lazımdır. Bu 20 kq.pulu verən adamın yanında azı 3 şahidi olur, pulu saymağa bir 10 adam lazım olur. Hanı bu adamlar? Yoxdur. Çünki pul verilməsi barədə deyilənlər tamamilə yalandır. Buna görə də ortada heç bir sənəd də yoxdur. Milyon yarım verən adam bir sənəd almaz? Heç bir sənəd yoxdur. Bütün fəaliyyətini protokol və akt üzərində quran şəxs milyon yarım verəndə niyə bir sənəd yazdırmayıb? Həmin şəxslə Azadxan müəllim arasına ikitərəfli münasibətlərə dair 100-ə yaxın akt və protolol var. Müxtəlif zamanlarda – yaxın və uzaq keçmişdə ən adi ikitərəfli münasibətləri belə aktlaşdıran adam, milyon yarım verərkən sənədləşdirməzdi? Pul verilməsi iddiası tamamilə yalandır, ictimaiyyəti çaşdırmağa çalışırlar”.

C.Yusifov qeyd etdi ki, A. Xanməmmədov öz obyektini qorumaq üçün qanunvericiliyə müvafiq olaraq mühafizə xidməti ilə müqavilə bağlayıb: “Bu adam külli miqdarda vəsait xərcləyib, obyektini təmir etdirib. Onu qorumaq üçün mühafizə xidmətindən istifadə etməsi təbii deyilmi? Buna görə müvəkkilim niyə məsuliyyətə cəlb olunmalıdır? Yəqin ki, burda başqa maraqlar var. Biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. A.Xanməmmədov məsələ ilə bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi surətdə müraciət edib. İnanıram ki, hadisənin obyektiv araşdırılması təmin ediləcək”.

R. Əliyev
Azpolitika.info

41
43
42

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam