Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ziya Məmmədovun Qulam Ələkbərov kartı "yandı"

 

Hazırda ölkəni tərk edərək Ukraynaya sığındığı iddia olunan və kriminal aləmlə əlaqəsi olduğu deyilən Qulam Ələkbərovla bağlı yeni iddia ortaya çıxıb. 
Xeberinfo.com:   AzToday.az-a daxil olan məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun istər iş dünyasında, istərsə də kadr siyasətində əsas adamı Qulam Ələkbərov Ukraynadakı Azərbaycan diasporunun işinə əngəl törədir. 
Onun hətta azərbaycanlı iş adamlarını da öz ətrafında cəmləşdirməsi ilə bağlı iddialar var. Buna görə bütün vasitələrdən istifadə etdiyi deyilir. 
Mənbə bildirir ki, ikili vətəndaşlığı olan, habelə qorxusundan qaçıb Ukraynaya sığınan Ələkbərovun, həmçinin kriminal aləmlə çox dərin əlaqələri mövcuddur. Onun məhz kriminal aləmdən də istifadə etdiyi məlumatlar sırasındadır. Belə bir adamın hələ də Ziya Məmmədovala yaxın olması isə hakimiyyət dairələrdində ciddi müzakirələrə səbəb olub. 
Məlumatda deyilir ki, Ələkbərovun Azərbaycanda da xeyli vəzifəli kadrı var. Bu kadrlar arasında Quba, Göyçay, Goranboy və Mingəçevirin icra başçıları da var. Yəni, bu adamları Ziya Məmmədova təqdim edən şəxs Qulam Ələkbərov olub. 
Məlumatda həmin şəxsləri icra başçısı təyin etdirəndən sonra sözügedən şəxsin bu rayon və şəhərlərdə həyata keçirilən tenderlərə nəzarət etdiyi və onun iştirakı ilə reallaşdırdığı bildirilir. 
Qulam Ələkbərovun hazırda Ukraynada qaranlıq fəaliyyətlə məşğul olması isə ölkədəki kadrlarına ciddi problem yaradıb. Yaxın günlərdə onun vəzifədə olan kadrlarının bir neçəsinin işdən qovulacağı istisna edilmir. Görünür, Ziya Məmmədov Qulam Ələkbərova görə özü də ağır zərbə yeyəcək. Bu dəfə onu yalandan ətrafında formalşdırdığı "Tramp mifi" də xilas edə bilməyəcək. 
Mövzunu diqqətdə saxlayacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam