Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Aforizmilər

 

 

 

   1.Insan özündən başqa nəfsində olan hər bir şeyə sadiq ola bilər,Yalnız varlığından başqa.Çünki onun yaşamı Allaha məxsusdur.(Təranə Şəms).

2.Ağilli mürid öz mürşidinin quluna çevrilməz.Ancaq onun bilgisi qarşısında zəif görünə bilər. (Təranə Şəms).

3.Həyatı elə yaşa ki, qoyduğun izin sorağı ilə səni tanımasınlar.Adının sorağı insanlar üçün yadda qalan olsun.(Təranə əms).

4.Sevən gözün pəncərəsi həmişə qəlbin gözünə açıq olur.(Təranə Şəms).

5.Öz mənliyinin saflığına güvənən hamının gözlərinə dik baxar.(Təranə Şəms.)

6.Ömrünü elə yaşa ki, hansısa cığırın tapdağına çevrilmə.(Təranə Şəms)

7.Insan düşündüyünü öz varlığına şamil etsə.özünə qazanmış olan ən bağışlanmaz düşməndir.(Təranə Şəms)

8.Vicdanın təmizliyi sənin qalibiyyət bayrağındır, sən yaşamasan da belə, o həmişə zəfərlə dalğalanacaq.(Təranə Şəms).

9.Tanri qarşısında əyilən başlar həmişə ucadır, görməsələr belə.(Təranə Şəms).

10.Insanin dilini qısa edən onun vicdanıdır,vicdan isə güzəştə getməyən hakimdir.(Təranə Şəms.)

11.Bizlər yaradanın şah əsəriyiksə,nədən özümüzə dəyərsizik,yaradan yaratdığına verdiyi dəyəri başa düşmürük.(Təranə Şəms).

12.İnsan, insan arasında öz dəyərini ala bilmirsə, demək ALLAHIN dərgahında ucadır. Çünki yaradan öz yaratdının şüuruna şübhə etmir.(Təranə Şəms).

13.Unudulan insan, unudan birini qəlbində həmişə hüzünlə yad edər. (Təranə Şəms) 

14.Dildə söylənən hər kəlmə qəlbin süzgəcindən keçir və gözlərdə öz əksini tapır.Qaşındakı insanı duymaqsa, sənin uzaqgörənliyindən asılıdır.(Təranə Şəms)

15.İntizar, hiss və ağılı bir-biri ilə qarşılaşdığı məqamdır.Zəif iradəsi olan hissin qurbanına çevrilər( Təranə Şəms)

16.Möhürlü qəlbin açarı,  gözlərin əks təsir şuasındadır.(Təranə Şəms)

17.Qartal vüqari ilə öyünər, insan qüruru ilə.(Təranə Şəms)

18.Sözün qüdrətini dəyərli və dəyərsiz edən dildir.(Təranə Şəms)

 19.İrfani könül qaynayar, amma daşmaz.( Təranə Şəms)

20.Ffitrət Tanrıdansa, qaynayan bulağa bənzəyər.( Təranə Şəms)

21.Dərdli ürəklər ağlayanda,göz yaşlarıüzə çıxmaz,lakin qəlbində yanan odun üstünə çilənər.(Təranə Şəms)

22.İnsanın zəkası ağılın aktivliyində birbaşa rol oynayır. Mürşidlə müridin qarşılaşması kimi.(Təranə Şəms)

23.İnsan gəlişi ilə varlığını bildirər, danışığı ilə özünü tanıdar.(Təranə Şəms)

24.Müvəffəqiyyətdən gicələnən başı ağıl necə idarə erər, bəlli. Bəs yıxılanda necə?Guman ki saplanan baltaların səmtindən asılıdır.(Təranə Şəms)

25.Sevgidə qürur nifrətlə sevgi arasındakı körpüdür.(Təranə Şəms)

26.Sevmədiyin birini yaşatmaq üçün sevirəm demək, hümünizmin ən yüksək zirvəsidir, baxmayarq həyatın zəhər olsa da...(Təranə Şəms)

27.Həyatın dolanbacı kəsədir,kəsə gedən yollar zilzaqdır,birləşən nöqtələr bucağın hansı tərəfidir?Kəsişmə nöqtəsi bəlli deyilsə...(Təranə Şəms)

28.İnsan o vaxt azaddır ki, onun ruhu zəncirlənməmiş olsun.(Təranə Şəms)

29.Zaman qovur biz qaçırıq,zərurət mütləqə gedən yoldur.( Təranə Şəms)

30.Sevgi qəlbin büründüyü kölgədir, bu kölgə ağılı, hislərin əsiri edir.(Təranə Şəms)

31.Sevgi ələ-ayağa dolaşan qandallı buxov deyil ki, özünə dima azadlıq arzulayasan.(Təranə Şəms)

32. İnsanın müdrikliyi onun kamilliyidirsə , onun qoyub getdikləri onun dəfinəsidir.(Təranə Şəms)

33.Insanin xarakteri, var olan birinin həyatını tənzimləyən amildir.(Təranə Şəms)

34.Nəfsin toxluğu Allahın sənə verdiyi ən gözəl fitrətdir.Hansı ki, sevdiyi qullarına əta edər.(Təranə Şəms)

35.Saxta gülüşlər içində itib batanlar həqiqi gülüşün yolunu tapa bilməzlər.Çünki bu yoda azanlar özləridir.(Təranə Şəms)

36.İnsan xisləti mumyalanmış bilməzlikdir.(Təranə Şəms)

37.Özünü tənha hiss edən insan unutmasın ki, o tək deyil. Onun içində bir ;MƏN” –İ var.və bu mən qarşısında daima özünə hesab verərək,onu nələr gözlədiyini mənən yaşayır.(Təranə Şəms)

38.Şüur altına yığılanlar insanın tükənməyən sərvətidir,əgər bu sərvət öz yerini tuta biləcəksə( Təranə Şəms)

39.İnsanın susaraq baxan gözləri için-için səsizcə ağlayan qəlbidir(Təranə Şəms)

40.Qəlbin sükutu səssizliyi xatırladır, Hansı ki, o qəlb vurmursa, demək yaşamır.(Təranə Şəms)

 

 

                                                                                                                                  davamı var...  

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam