Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb

Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Yenixeber0rg.com: Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.

Read more

Növbəti həftə Azərbaycanda vaksinasiyadan kənarda qalan uşaqlar peyvəndə cəlb ediləcək

 

Azərbaycanda aprelin 19-25-də "İmmunlaşdırma həftəsi" keçiriləcək.

Yenixeberorg.com: Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

"İmmunlaşdırma Həftəsi" zamanı bir sıra rayonlarda sil-silə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.

Read more

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,55 ABŞ dolları və ya 4,68 % azalaraq 113,01 ABŞ dolları təşkil edib.

Yenixeberorg.com: Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 116,55 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4,48 % azalaraq 108,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Read more

1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

 

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün baş tutacaq.

Yenixeberorg.com-un məlumatına görə, bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.

Niderlandın AZ klubu Ukrayna "Şaxtyor"unu qəbul edəcək. "Fiorentina" evdə "Kristal Pelas"ı, AEK "Rayo Valyekano"nu sınağa çəkəcək. "Maynts 05" isə Fransada "Strasburq"la üz-üzə gələcək.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. AZ (Niderland) – "Şaxtyor" (Ukrayna)

İlk oyun 0:3

23:00. "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə)

İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – "Rayo Valyekano" (İspaniya)

İlk oyun – 0:3

23:00. "Strasburq" (Fransa) – "Maynts 05" (Almaniya)

İlk oyun – 0:2

Read more

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

 

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenixeberorg.com: Bu barədə"Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə qoşulacaq.

Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan 16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Read more

Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub

 

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücum zamanı həlak olan müəllim Ayla Kara şagirdləri hücumçudan müdafiə edən zaman həlak olub.

Yenixeberorg.com xəbər verir ki, bu barədə "A Haber! telekanalı məlumat yayıb.

"Hadisə nəticəsində məktəbin riyaziyyat müəllimi Ayla Kara şagirdlərini öz bədəni ilə qoruduqdan sonra dünyasını dəyişib", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 13-ü yaralanıb. Ölənlərdən biri müəllim, səkkizi şagirddir.

Read more

Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

 

Livanda atəşkəs tezliklə elan edilə və bu həftə qüvvəyə minə bilər.

Yenixeberorg.com: Bu barədə iki mənbə məlumat verib.

Onların fikrincə, bu, İsrail qoşunları Livanın cənubundakı sərhəd şəhəri Bint-Cbeyil üzərində nəzarəti ələ keçirdikdən sonra baş verə bilər.

Adının çəkilməsini istəməyən Livan rəsmisi qəzetə bildirib ki, mümkün razılaşma İsrailin hücumlarının dayandırılmasını əhatə etsə də, onun qoşunlarının Livan ərazisindən çıxarılmasını özündə ehtiva etmir.

Eyni zamanda, Livan hökumət mənbələri atəşkəsin müddətinin ABŞ və İran arasında mövcud atəşkəslə əlaqəli olacağını bildiriblər. Vaşinqton və Təl-Əviv əvvəllər Livana hücumların dayandırılmasının ABŞ-İran razılaşmasının bir hissəsi olmadığını bildiriblər. Lakin danışıqlarda vasitəçi olan İran və Pakistanın nümayəndələri bunun əksini iddia ediblər.

Read more

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

 

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət belədir:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Read more

Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə” qərar verib.

Yenixeberorg.com-un xəbərinə görə, qərara əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Hungarian Oil and Gas Public Limited Company arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiqlənib.

Read more