Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Siqaretin qiyməti ucuzlaşacaq

 

İlham Əliyev xəbərdarlıq etdi

"Xeberinfo.com":  Məlumata  görə, bu barədə AzVision.az-a paytaxt mağazalarında çalışan satıcılar məlumat veriblər. Bildirilib ki, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları mağazalarda apardıqları reydlər zamanı ərzaq məhsulları ilə yanaşı tütün məmulatlarının da əvvəlki qiymətlərlə satışa çıxarılmasını tələb ediblər.
Nazirlik rəsmiləri mağaza sahiblərinə qiymətlərin qaldırılmaması ilə bağlı ciddi şəkildə xəbərdarlıq edib. 
“Bir neçə gün idi ki, siqaret əvvəlki qiymətlərlə müqayisə də 70, 80 qəpik baha satılırdı. Qiymətlər firma tərəfindən qaldırılmışdı. Bu gün isə nazirlikdən ciddi tapşırıq verildi ki, siqaret və bütün tütün məmularları əvvəlki qiymətlərlə satılmalıdır. Əks təqdirdə, ciddi cəza tədbirləri görüləcək. Sabahdan siqaretlər əvvəlki qiymətə satılacaq”-deyə mağazada çalışanlar əməkdaşımıza bildirib.
Qeyd edək ki, manatın ucuzlaşmasından sonra yerli bazarlarda ərzaq məhsulları ilə yanaşı tütün məmulatlarının da qiyməti süni şəkildə bahalaşmışdı. Fürsətdən istifadə edən işbazlar siqaretin qiymətini nə az, nə çox 80 qəpik, 1 manat civarında qaldıraraq satışa çıxarmışdılar. Bu isə alıcıların etirazına səbəb olurdu. 
Ölkə başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi xəbərdarlığından sonra İqtisadiyyat və Sənaye Nazirliyi reydlərə başlayaraq neqativ halların qarşısını almağa başladı. Dərman preparatları və ərzaq məhsullarının qiyməti nazirliyin müdaxiləsindən sonra endirildi. Hazırda nazirlik tərəfindən qiymət artımına yol verən firmalara qarşı reydlər davam etdirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam