Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ASAN xidmət”də aşkarlanan nöqsanların - statistikası açıqlanıb

Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl edilməməsi (iş vaxtı rejiminə əməl edilməməsi, xidmət zamanı telefonla danışma, geyim qaydalarını pozma və s), xidmətin keyfiyyəti (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl etməmə, qanunu tələblərin yerinə yetirilməməsi) və normativ hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s) ilə bağlı nöqsan hallarlının qeydiyyatı aparılıb.

Yenixeber.org: Ümumilikdə, 2019-cu ildə ərzində 16 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində 8 602 nöqsan halı qeydə alınıb.

Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıq edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb olunub.

Hesabat dövrü ərzində mərkəzlərdə orqan əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun 5 650 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 65,68 faizi), 1 991 yazılı xəbərdarlıq (ümumi qeyd olunmçuş nöqsan hallarının 23,15 faizi), 961 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 11,17 faizi) tərtib olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam