Redaktor seçimi
Fuad Muradovun diaspora uğursuzluğu:
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Günün xəbəri

Baş Prokurorluqda - yeni təyinatlar oldu

Baş Prokurorluqda yeni təyinatlar oldu
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad ediliblər.
Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Elçin Məmmədov 1993-cü ildən prokurorluq orqanlarında işləyir. O, Azərbaycan Nəqliyyat prokurorluğunda böyük müstəntiq və şöbə prokuroru, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror-kriminalist, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Gəncə şəhər prokurorunun müavini və Lənkəran rayon prokuroru vəzifələrində çalışıb.

Elmar Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

Nazim Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir.

Baş prokuror cənab Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılmışdır.

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}