Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Metroların mayın 9-da açılacağı gözlənilir —YOLA 60 QATAR ÇIXACAQ

 

 

 Dünyada elan edilən pandemiya vəziyyəti ilə əlaqədar bütün ölkələrdə olduğu kimi, koronavirus təhlükəsinin qarşısını almaq məqsədilə martın 23-də Azərbaycanda da karantin rejimi elan olundu. 
Yenixeber.org: Koronavurus infeksiyasının sürətlə yayılması nəticəsində Nazirlər Kabinetinin yanında yaradılan Operatv Qərargah daha sərt tədbirlər barədə qərarlar qəbul etməyə başladı. Ölkəyə giriş-çıxış bağlandı və martın 31-də Bakı metrosunun fəaliyyəti dayandırıldı. 


Bu müddətdə bir neçə dəfə metroların açılacağı xəbəri yayılsa da, deyilənlər özünü doğrultmadı. 


Operativ Qərargahın təşkil etdiyi sonuncu mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da bu mövzuda dəqiq fikir bildirmədi: "Hər şey situasiyadan asılıdır. Amma hazırda bu məsələ müzakirə olunur. Gələn həftə belə bir qərar olacaq ya yox, bu vəziyyətdən asılıdır". 


Əldə etdiyimiz məlumata görə, artıq Bakı Metropoliteni qapılarını sərnişinlərin üzünə açmağa hazırlaşır. Bu barədə qərar qəbul olunub. Bakı metrosu mayın 9-dan fəaliyyətini bərpə etməyə hazırlaşır. 


İlk gedişdə 30 cüt qatarın xəttə buraxılacağı gözlənilir. 


Belə bir qərarın qəbul olunmasına ictimai nəqliyyatda, xüsusən şəhərdaxili avtobuslarda yaşanan sərnişin sıxlığı səbəb olub. 


Göründüyü kimi Koronavirusa yoluxanların sayında artım müşahidə olunur ki, bu vəziyyətin sərnişin sıxlığı ilə əlaqəsi var. 


Bəs metro qatarlarından necə istifadə ediləcək? Bakı Metropliten rəhbərliyi bu problemi də mayın 9-na qədər çözməyə çalışır. Çox güman metro qatarlarına minik limitlə olacaq.(rupor)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam