Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusun yayıldığı ən təhlükəli ölkələrin adları - STATİSTİKA

Dünyada bir gün ərzində koronavirusa yoluxanların sayı ötən günlə müqayisədə 84 mindən çox, təsdiq edilmiş ölüm hallarının sayı 6 mindən çox artıb. 

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərdir, pandemiya ərzində ümumilikdə 224 172 insan xəstəliyin qurbanı olub. COVID-19-a yoluxanların sayı son bir gündə 84 771 nəfər, ölüm hallarının sayı 6 403 artıb.

COVID-19-a ən çox yoluxmalar və ölümlər Avropada qeydə alınıb. Köhnə qitədə 1 461 404 pandemiyanın qurbanı olub, 138 200 ölüm baş verib. Son 24 saatda bu qitədə koronavirusa yoluxanların sayı 26 274, ölənlərin sayı 2 239 nəfər artıb.

Şimali və Cənubi Amerikada 1 291 917 insan koronavirusa yoluxub, 69 087 nəfər ölüb. Bu region son bir gündə virusa yoluxanların sayı (45 727) və ölüm hallarının sayına görə (3 859) Avropanı üstələyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatından da göründüyü kimi, koronavirusa yoluxma ən çox ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 1 035 353 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Siyahıda sonrakı yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 213 435 nəfər koronavirus xəstəsidir. İtaliya 205 463 nəfərlə siyahıda üçüncü, Böyük Britaniya 171 257 yoluxma ilə dördüncü, Almaniya beşinci (159 119), Fransa altıncı (128 121) yerdə qərarlaşıb. Türkiyədə 120 204 nəfər, Rusiyada 114 431 nəfər, İranda 94 640, bir zamanlar koronavirusun yayılma mərkəzi olmuş Çində isə 84 385 nəfər COVID-19 infeksiyasına yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam