Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda-atışma oldu, ölənlər və yaralananlar var-(YENİLƏNDİ)

 

 

 

Ermənistanın Qavar rayonundə baş vermiş atışma nəticəsində iki nəfərin qətlindən sonra şəhərdə vəziyyət gərginləşib.

Yenixeber.org: Bu barədə “NEWS.am” xəbər verir.

Məlumata görə, atışmada öldürülən hərbi polisin müstəntiqinin qohumları xəstəxanaya gələrək silahlı insident zamanı yaralanan şəxslərin hər ikisinin boğazlarını kəsməklə onları qətlə yetiriblər. Qeyd edilir ki, xəstəxanada öldürülən şəxslər Armen və Xaçik adlı qardaşlardır.

Məlumata görə, rayonda nəzarət altından çıxmış vəziyyəti idarə etmə üçün hadisə yerinə Qavar polisinin rəisi Arman Sarkisyan gəlib.

“NEWS.am” bildirib ki, xəstəxanada vəziyyət elə gərginləşib ki, hətta müstəntiqlər ora daxil ola bilmirlər. Atışma nəticəsində yaralananlardan biri əməliyyat edilir, digəri isə ağır vəziyyətdə Yerevana aparılır.

Agentlik atışmanın bəzi təfərratlarını əldə edib. Qeyd edilir ki, iki nəfərin öldürüldüyü atışmadan sonra insident zamanı yaralanan iki nəfər Yerevana çatdırılıb. Hadisə yerindən qaçmış digər iki nəfər yolda qəzaya düşüblər. Onlar Qavar xəstəxanasına çatdırılıblar, xəstəxanada isə hərbi müstəntiqin qohumları bura gələrək qəzada yaralananların boğazlarını kəsiblər.

“Armlur.am”ın məlumatına görə, dəmir alətlərlə silahlanmış bir qrup şəxs polis əməkdaşlarının oolduğu xəstəxanaya soxulublar. Onlar xəstəxananın əmlakını dağıtmağa başlayıblar, bundan sonra polis kordonunu yararaq palataya giriblər və yaralıların boğazını kəsiblər.

Cinayətkarlar bundan sonra xəstəxananı tərk ediblər.


28.04.2020***23:44

Ermənistanda silahlı insident olub.

Bu barədə “Shamshyan.com”a xəbər verir.

Məlumata görə, hadisə Qeqarkuniksk vilayətində baş verib. Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha nəfər yaralanıb.

Məlumata görə, hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir.

Atışmanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam