Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya İranı ötüb-koronavirusa yoluxanların sayına görə

 

                  Rusiyada son bir gündə 6 411 nəfərə koronavirus diaqnozu qoyulub. 

Yenixeber.org: Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada yoluxanların sayı 93 558 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 72 nəfər artaraq 867-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 456 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 075.

Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı 91 472 nəfərdir. Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 066 000-i ötüb. Bunların 923 448 nəfəri sağalıb, 211 663 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam