Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Vüqar Səfərli barədə araşdırma aparılır-SƏBƏB

 

 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur. 

Yenixeber.org: Yeni icraçı direktor Əhməd İsmayılov təhvil-təslim apararkən ciddi çatışmazlıqların, qanun pozuntularının olduğunu aşkarlayıb və bundan sonra araşdırmalara başlanılıb.

Bundan ötrü fondun əməkdaşlıq etdiyi mətbuat orqanları, ayrı-ayrı qurumların siyahısı hazırlanıb.

Fondun əməkdaşları ilə söhbətlər aparılıb, müəyyən informasiyalar əldə edilib.

İlkin nəticələrə görə, V.Səfərli fondda özünə yaxın bir neçə nəfər, eləcə də kənardakı dostlarının qeyri-hökumət təşkilatları və mətbu orqanları ilə əməkdaşlıq edib, əsasən onlara layihə ayırıb. Bu illər ərzində daha çox vəsait ayrılan təşkilatlardan biri də Milli Televiziya və Radio Şurasının keçmiş sədrinə aiddir.

Məlumata görə, araşdırmalar bitəndən sonra yeni sədr “yuxarılara” məruzə edəcək. Bundan sonra V.Səfərli haqqında aparılan araşdırmaların nəticələri barədə mətbuata məlumat veriləcək.

Onu da qeyd edək ki, yeni sədr fondda artıq kadr islahatlarına da başlayıb. Keçmiş sədrə yaxın olan bir neçə nəfərin müqavilələrinə artıq xitam verilib.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam