Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Onlar təxribat yaratmaq üçün hər şeyi etməyə hazırdır” – Millət vəkili

“Onlar təxribat yaratmaq üçün hər şeyi etməyə hazırdır” – Millət vəkili

“Bu gün Azərbaycanın dinamik, ardıcıl inkişafının əsasında düşünülmüş siyasi qərarlar dayanır. Dövlətimizin başçısı cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xətt, ortaya qoyduğu siyasi iradə hər şeydən öncə Azərbaycan vətəndaşının xoşbəxtliyinin, rifahının təmin olunmasına xidmət edir. Yeni Azərbaycan Partiyası bu siyasi strategiyanın müəyyən edilməsi və uğurla realizə olunmasında aparıcı qüvvə kimi çıxış edir”. 

Yenixeber.org: Bu sözləri yap.org.az saytına millət vəkili Emin Hacıyev deyib.

E.Hacıyev qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda xeyli sayda siyasi partiya, ictimai birlik və hərəkatlar mövcud idi: “Ancaq bu siyasi qüvvələr ictimaiyyətin mütləq əksəriyyətinin dəstəyini qazana bilməmişdi. Ölkə siyasi və iqtisadi kataklizmlər, olduqca dərin böhran içərisində idi, bütün sahələrdə xaos hökm sürürdü, digər bir tərəfdən cəbhə xəttindəki uğursuzluqlar, ermənilərin Azərbaycan rayonlarını işğal etməsi, sosial problemlər, sabitliyin təmin edilə bilməməsi yeni siyasi hərəkatın önə çıxmasını və prosesləri idarə etməsini zəruri edirdi. 

Həmin dövrdə nəinki ölkənin inkişaf perspektivi görünmürdü, xalq olaraq bir əsrdə ikinci dəfə qazandığımız müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Başqa sözlə, xalqı öz ətrafında birləşdirən və səfərbər edən yeni bir siyasi hərəkata ehtiyac var idi. Bu hərəkatı dahi siyasətçi, ulu öndər Heydər Əliyev yaratdı. Xalq gördü ki, çıxış yolu vətənini sevən dahi liderin hakimiyyətə qayıdışıdır, əks halda ölkə uçuruma doğru gedir. Məhz bu baxımdan 1992-ci ildə Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi, daha sonra isə xalqın tələbi ilə ulu öndərin hakimiyyətə qayıdışı tarixi hadisə idi. 

Biz tarixin sonrakı mərhələlərində - ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlara, Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, beynəlxalq siyasi münasibətlərdə mühüm aktora çevrilməsinə baxdıqda bu hadisənin nə qədər tarixi əhəmiyyət kəsb etdiyini görürük”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan çoxpartiyalı sistemin, demokratik dəyərlərin möhkəmləndiyi ölkələrdəndir və Azərbaycan Prezidentinin təşəbbüsü ilə yeni siyasi konfiqurasiya formalaşır: "Bu gün dövlətimizin başçısının təşəbbüsü ilə siyasi hakimiyyət müxalifətlə dialoqa can atır, bunu təşkil edir. Kimlərsə bu dialoqdan qaçırsa, deməli konstruktiv əməkdaşlıqda maraqlı deyil. Beşinci kolonun nümayəndələri xaricdən, Azərbaycanın inkişafını istəməyən qüvvələrdən aldıqları dəstəklə Azərbaycanda təxribatlar,qarşıdurmalar yaratmaqda maraqlıdırlar, bunun üçün hər şeyi etməyə hazırdırlar. Amma unudurlar ki, siyasi hakimiyyəti dəyişməyin yolu xalqın dəstəyindən, iradəsindən keçir. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır. Və Azərbaycan dövləti istənilən vəziyyətdə öz vətəndaşının yanındadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam