Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Nacional” qəzeti:Ermənilər Qarabağa gəlmədirlər

“Nacional” qəzeti: Ermənilər Qarabağa gəlmədirlər
Albaniyanın “Nacional” qəzetində ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından bəhs edən “Tarixi abidələr: Marağa – 150” sərlövhəli məqalə dərc olunub.
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Albaniya – Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri, tarixçi-alim Entela Muçonun köməyi ilə işıq üzü görən məqalənin müəllifi “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.

Məqalədə ermənilərin miqrasiyasına dair məlumatların bir çox yazılı mənbələrdə yer aldığı bildirilib, müxtəlif illərdə İrandan və Türkiyədən ermənilərin Azərbaycan torpaqlarına köç etmələri konkret faktlarla göstərilib. Qeyd edilib ki, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıb. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb.

Qəzetdə qeyd olunur: “...ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa-150” abidəsini ucaldıblar. “Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından qurulan abidənin üzərində erməni dilində “Marağa-150” yazısı öz əksini tapıb və oxşar abidələr Xankəndi şəhərində, Tərtər rayonunun Çaylı kəndində də inşa edilib”.

Məqalədə qeyd olunur ki, 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa-150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib.

Qeyd edək ki, sözügedən mövzu artıq Albaniya dövlət radiosunun da diqqətini cəlb edib və radio tarixçi-alim Entela Muçonun iştirakı ilə bu mövzuda veriliş yayımlamaq niyyətindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam